İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.55K photos
320 videos
2 files
810 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚦Nəhayət bu svetoforlar işə salındı.

İndi 80-90-la qaza basıb sürmək xoşlayan sürücülər narazılıq edəcək, "sarı mətbuat" like xətrinə reportajlar hazırlayacaq ki, bəs "əlavə tıxac mənbəyi yaradıldı" və s.

Düzdür, camaat öyrəşənə qədər narazılıq olacaq, amma əslində bu şəhərdə hərəkətin optimallaşdırılması üçün müsbət bir dəyişiklikdir.

Video: Tural Yusifov
🚋 Necə oldu, 80 il əvvəl Bakının küçələrində tramvay üçün yer var idi, amma indi yoxdur?

Bülbül prospekti və Xəqani küçələrinin kəsişməsi, 1940-cı illər.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚷Rahat yolu keçmək istəyirsiniz? Şişərsiniz!

Yeni təşkil olunan yolayrıcının layihəsində əvvəllər piyada svetoforu nəzərdə tutulurdu ki, heç olmasa bir tərəfdən yolu yerin altına düşmədən rahat keçmək olsun.

Amma qismət olmadı deyəsən. Piyada svetoforunu sökdülər, di gedin yerin altından dairə vurun keçin.

Piyada üçün rahatlıq, yox bir hamam!
🇫🇷 Paris 2024-cü ilə qədər belə transformasiya ediləcək.

Biz isə Vağzal meydanından insanları qovub orada ödənişli parkinq təşkil edirik.
Təzəlikcə təmirdən çıxmış Mehdi Mehdizadə küçəsində analoqu olmayan piyada keçidi, səki və parkinq triosu.

İşi bu cür icra edənlər, heç olmasa, özləri utanırlar? 🤦‍♂️
@UchanSichan kanal ilə urbanistika haqqında podcastımız artıq dərc olunub.

Müsahibə rus dilində baş tutmuşdur. Gələcəkdə Azərbaycan dilində belə bir podcast etməyə planımız var 😉 Sizi maraqlandıran mövzuları yaza bilərsiniz, müzakirə edək.

👉 iTunes: https://podcasts.apple.com/de/podcast/uchansichan/id1538179402?l=en

👉 Spotify: https://podcasts.apple.com/de/podcast/uchansichan/id1538179402?l=en

👉 Google Podcasts: https://podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy8yMWFmODM4OC9wb2RjYXN0L3Jzcw==

👉 Яндекс: https://music.yandex.ru/album/12652727
YENİ MƏQALƏ: Niyə şəhərlər insanları maşın yox, velosiped sürməyə məcbur edir

Evdən çıxmaq, maşına oturmaq, peçi işə salmaq, sevdiyin mahnını dinləmək və konkret sənə lazım olan yerə istədiyin yol ilə getmək – bundan yaxşı nə ola bilərki? Rahat və komfortla istədiyin yerə getmək hər bir insanın arzusudur.

Problem ondadırki hər bir insan bu arzusunu reallaşdırsa ümumi xaos baş verəcək – fərdin rahatlığı bütün cəmiyyətin narahatlığına gətirib çıxardacaq. Sadə sözlə desək tıxac olacaq – gedəcəyin yerə tez və rahat getmək artıq mümkün olmayacaq.

Ətraflı: 👇

https://city4people.az/post/sheher-mobilliyi/
💰🚙 YENİ PARKİNQİN QİYMƏTLƏRİ

Dəmiryol vağzalının önündə bu parkinqin yaradılmasına dair fikrimi artıq bildirmişdim. Birmənalı olaraq şəhərinin əsas meydanlarının birində belə eybəcər mənzərə olmamalıdır.

Amma bir məsələ var ki, artıq bu parkinqdə 1 manat verib bütün gün maşın saxlamağa mümkün olmayacaq. Birinci saatı 1 AZN, 1-3 saat 2 AZN və s.

Belə ki, artıq insanların bir qismi bunu anlayacaq və bəlkə də bura gələn səfər avtomobil ilə gəlməyəcək. Və heç kimə deyə bilməz ki, alternativ yoxdur. 28 Maya şəhərin istənilən yerindən avtobus gəlir, metrosu, hətta sürət qatarı var.
Maraqlısı isə odur ki, ADY öz press-relizində yazır ki, Vağzal meydanı şəhərin giriş qapısıdır və qonaqlar üçün ilk təəssürat yaradır.

Amma eyni zamanda bu meydanı asfalta bürüyüb parkinqa çeviriblər, ətrafda olan xaos isə necə var idi elə də qalıb.

İndiki təəssürat güya daha yaxşıdır? :)
Nə vaxtsa sizdən soruşsalar dünyanın ən mənasız yerüstü piyada keçidi hansıdır? Bu fotonu göndərə bilərsiniz 😂

Deyilənə görə foto Xaldan şəhərində çəkilib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇦 Ukraynanın Lvov şəhərində Vağzal meydanında yenidənqurma işlərindən sonra xaotik parkinq yığışdırılıb, buraya tramvaylar qayıdıb və ictimai nəqliyyata üstünlük verilib. Həmçinin geniş ictimai məkan yaradılıb.

Bizdə isə Vağzalın önündə ödənişli dayanacağın təşkili ilə fəxr edirlər.
🚍 Bu gün Qara Qarayev prospektində və ona bitişən daha iki küçədə rəsmi olaraq avtobus zolağı qüvvəyəə düşdü.

Bakı Nəqliyyat Agentliyinin təqdimat videosunda (link birinci şərhdə) artıq görünür ki, hələ ki bu zolağa məhəl qoymayan sürücülər var, onlar bu zolağı parkinq üçün istifadə edir. Təbii ki, nəzarət olmasa, bu zolağın heç bir mənası olmayacaq (bu ifadədən bezmisiniz, bilirəm 🙂).

Lakin, digər küçələrdən fərqli olaraq, Qara Qarayev prospektində daha çox parklanma qaydası pozulur və bundan sonra da pozalacaq.

Bu isə o deməkdir ki, buranı nizama salınmasını BNA tam olaraq öz üzərinə götürə bilər, çünki hərəkətdən fərqli olaraq bu qaydaya özü nəzarət edə bilir. Fürsətdən istifadə etməyin əsl vaxtıdır.

Daha qlobal fikirləşsək isə, bu prospektdə ayrılmış zolağın yolun ortasından keçməsi daha effektiv olar. Bunun üçün isə tək BNA-nın səlahiyyəti çatmır, gərək digər strukturlarda daydayların təfəkkürü dəyişsin.
Ağ Şəhərdə salınan yeni parkda hərbi muzey tikiləcək. Deyilənə görə açıq havada olacaq.

Düşünürəm ki, yaxşı ideyadır, insanları bu əraziyə cəlb edəcək, icrası da kreativ olsa turistik məkana çevrilə bilər. Bu zonada böyük park salınır, oranı gözəl yaşıllıq etsələr lap gözəl olar.

Bir problem var ki, bu ərazidə piyada əlçatanlığı demək olar ki yox dərəcəsindədir. Hər iki tərəfdən maqistral kimi yollar çəkilib, səkilər dardır, Bulvardan bura isə yalnız yeraltı piyada keçidləri vasitəsilə gəlmək olur. Burada yolları daraldıb, eynisəviyyəli piyada keçidlərini təşkil etmək zəruridir.
🇷🇺 Moskva uzun illərdir ki yolları genişləndirib, yeni tunnellər və yol qovşaqları tikirdi. İndi isə tıxac reytinqində birinci yer tutur.

Düzdür, son illər Moskvada başa düşürlər ki, bu çıxış yolu deyil, ona görə ictimai nəqliyyat və velosiped yollarına daha çox diqqət yetirməyə başlayıblar.

Bu Bakı üçün ən yaxşı misal ola bilər. Avtomobillər üçün şəhər tikmək mümkün deyil, yeni yollar daha çox avtomobil cəlb edir.
🇺🇸 Amerikada magistral yolları sökməyə hazırlaşırlar.

ABŞ-da başa düşdülər ki, şəhərin mərkəzindən keçən maqistral yolları tıxaclardan xilas etmir, şəhər infrastrukturu başqa cür qurulmalıdır.

Xarici təcrübə rubrikasında yeni məqalə: 👉 https://city4people.az/post/amerikada-magistral-yollari-sokmeye-hazirlasirlar/
İndi güya buranı səliqəyə salıblar? 🤷‍♂️

Foto: AvtoStop səhifəsindən.
Dj.Turalla AvtoStop səhifəsindəki şərhləri oxuyuram, insanlar şikayətlərin ki, bəs daha çox parkinq lazımdır, özüdə ucuz parkinq olsun hər yerdə. O vaxt Bakının parkinq problemi düzələcək.

Parkinq problemi həqiqətən çox mürəkkəb məsələdir, amma vəziyyətdən çıxış yolu heç də insanların əksəriyyəti düşündüyü kimi deyil.

Bu məqalədə ətraflı təhlil etmişdim, oxumağa dəyər 👇
https://city4people.az/post/bakida-parkinq-problemi/
"Gözəllik"!

Məhəmməd Hadi küçəsində yeni çəkilmiş avtobus zolağı.

Foto: Ibrahim Cəfərli