İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.54K photos
320 videos
2 files
810 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Bakı şəhərinin Nizami və Xəqani küçələrini ikitərəfli etmək lazımdır - TƏKLİF.

Müşahidələrə əsasən, şəhərin mərkəzində yerləşən bu küçələr öz potensiallarından yetərincə istifadə etmir. Bu küçələrin bir hissəsini ikitərəfli etməklə onlara parallel olan Üzeyir Hacıbəyli və 28 May küçələrinə düşən yükü azaltmış olacağıq.

Eyni zamanda, aparılan hesablamalar göstərir ki, həddindən artıq enli - 4,5 metrlik hərəkət zolaqları normal standartlara uyğunlaşdırandan sonra parkinq və velosiped zolaqları üçün yer tapılacaq.

Ümumiyyətlə, Bakı şəhərinin bir sıra küçələri əvvəllər ikitərəfli olub, buna küçələrin dizaynı da işarə edir. Birtərəfli küçələr nəqliyyatın əlavə yürüşünə gətirib çıxarır və əslində tıxaclarla mübarizədə bir o qədər də kömək göstərmir.

Əminəm ki, Xəqani və Nizami küçələrinin ətrafında yaşayan sakinlər və sürücülər indiki hərəkət sxeminin narahat olduğu razılaşar.

Sözügedən təklifə dair ətraflı izahlı şəkilləri diqqətinizə çatdırıram. Təklif, həmçinin, BNA-ya və DYP-ə göndəriləcək.

#təklif
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Avtomobilləşmə şəhəri necə məhv edir...

1938-ci ildən başlayaraq Amerikanın Oklend şəhərində yaşayış massivlərini söküb yerində böyük maqistrallar tikməyə başlamışdılar.

Belə proseslər Amerikanın əksər iri şəhərlərində baş verib. Yollar şəhəri sözün əsl mənasında parçalayıb, sanki bura nüvə bombası düşüb.