İnsan yönümlü şəhərlər ️
3.66K subscribers
2.58K photos
323 videos
2 files
819 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇦🇿 Bu gün regionlarda yaşayan (və yaxud tez-tez gedib-gələn) izləyicilərə müraciət etmək istəyirəm.

🔸 Bakıdan kənarda baş verənləri dərindən izləyə bilmədiyim üçün, şərhlərdə regionlarda ictimai nəqliyyat haqqında müşahidələri bölüşməyiniz xahiş edirəm. Hansı avtobuslar hərəkət edir, onların vəziyyəti, qrafik üzrə hərəkət edib-etməməsi və s.

📸 Şəkillər də göndərsəniz lap əla olar.
33👍3
🇨🇭 Əhalisi 45 min olan Nevşatel şəhərində ictimai nəqliyyat — tramvaylar, avtobuslar və trolleybuslar.

⬆️ Səhər soruşduğum və təxmin etdiyim kimi, Azərbaycan regionların əksəriyyətində hələ də köhnə "marşrutka" dediyimiz mikroavtobuslar hərəkət edir. Ağdaşda bunların birinə minmişdik.

🔹 Bəli, əhalisi kiçik olan şəhərlərdə, tıxac olmayan, daha çox piyada və velosiped məsafələri üçün uyğun şəhərdə ictimai nəqliyyat adətən çox da inkişaf etmir. Çünki hər reysdə 5-10 sərniniş daşıyan nəqliyyat heç vaxt gəlirli işləməyəcək. Bunu ancaq subsidiya xilas edə bilər.

🔹 Başa düşürəm ki, İsveçrə ilə müqayisə böyük kontrastdır, amma sadəcə bir misal kimi — şəhər subsidiya ayırır, avtomobilin istifadəsini azaltmaq istəyir, şəhəri daha ekoloji təmiz etmək istəyir. 45 min əhali bizim Quba şəhərindən də kiçikdir.

☑️ Və bu sadəcə bir misaldır. Belə parallellər çox aparmaq olar. Təəssüf ki, bizim regionlarda (Sumqayıt və Gəncə istisna olmaqla) ictimai nəqliyyatın inkişafı prioritetdə deyil. Çox vaxt "regionlar inkişaf etsin, zavod-fabrik filan açılsın" deyirlər. Bəlkə heç olmasa ictimai nəqliyyatdan başlayaq?

#ictimainəqliyyat
😢189💯1
Forwarded from Papirus
❗️❗️❗️ Hyatt Regency Baku (keçmiş Azərbaycan) da tarixin yaddaşına qovuşdu

Bu memarlıq binası da daha olmayacaq.
😢35😱5🤮3👍2
🔹 Hərdən özəl obyektlərdən baxıb nəyisə öyrənmək olar.

🅿️ Bilgəhdək ticarət mərkəzində parkinq yerlərini təxmini 2-metr enində təşkil ediblər. Şəhərdə bu standart olaraq 2,5 metr nəzərdə tutulur.

☑️ Amma göründüyü kimi hətta “SUV”-lar belə ciblərə rahat yerləşir.

🚲 Şəhərdə bunu tətbiq etsələr, əlavə qalan sahəni səkiyə qatmaq olar. Hərəkət zolaqların enini də azaltmaqla velozolaq üçün rahatlıqla her tapılır.

#parklanma
👍374💯4
🚧 Gəncədə asfaltlama davam edir.

🔹 Gəncə İH paylaşdığı fotolarda görünür ki, prioritet avtomobil yolları və asfalt salmaqdadır.

💡 Lakin gəlin təsəvvür edək, əgər Gəncə insan yönümlü şəhər olmaq istəsəydi, dəyişiklər necə baş tutardı?

Səkiləri yaşıl və geniş olardı.
Velosiped zolaqları salınardı.
Yaşıllıq və küçə mebelləri nəzərə alınardı.

🚲 Düzdür bəzi küçələrdə velosiped zolaqları nəzərdə tutulub, amma onlar bütün şəhəri əhatə etməlidir.

🔸 Yaxşı küçə asfalt çəkməklə bitmir. Əsaslı yenidənqurma tam yeni baxış deməkdir. Regionlarımız insan yönümlü olmağa tələsmir. Halbuki, Gəncə üçün bu bir fürsət idi.

🔅 İkinci foto süni intellektlə hazırlanıb və illüstrariv xarakter daşıyır.

#Gəncə
👏16😢7👍43
⬆️ Bakıda son illər ərzində layihələndirilən ən kreativ binalarından biri.

🔹 Bu gün mətbuat günü ilə yanaşı sosial mediada gördüm ki, memar Nəriman İmaməliyevin ad günüdür. Müəllif olduğu 1 saylı DOST mərkəzinin binası Bakıda son illər ərzində tikilən ən bəyəndiyim binalardan biridir.
60👍13💯5
🚲 İzzət Orucova küçəsində velosiped zolağı salınır.

🔹 İlkin çəkilən profildən göründüyü kimi, zolaq birtərəfli olacaq. Yenə də bu həddindən artıq geniş hərəkət zolaqlarını müasir standarta gətirilərək edilir.

Bu zolaq Xocalı prospektini və Afiyəddin Cəlilov küçəsini birləşdirəcək.

📸 Fotonu izləyici göndərib.

#velosipedzolaqları
44👏11
Gecə ilə daha bir səki kəsildi.

❗️ Hidayətzadə küçəsində ağacları bu cür hala salaraq, barbarcasına səkini kəsib parkinq üçün yer ayırıblar.

✍️ Dövlət başçısı tərəfindən təsdiqlənən dövlət proqramında səkilərin genişləndirilməsi və bərpası nəzərə alınsa da, şəhərdə hələ də belə barbarlığa əl atırlar.

☑️ Görünən odur ki, heç kim dərs çıxarmır. Ona görə belə məsələləri artıq birbaşa olaraq Prezident Administrasiyasına şikayət etmək qalır. Bu da ediləcək.

#səkilər
💯37💩26😢4😁1🤮1
İnsan yönümlü şəhərlər ️
Gecə ilə daha bir səki kəsildi. ⠀ ❗️ Hidayətzadə küçəsində ağacları bu cür hala salaraq, barbarcasına səkini kəsib parkinq üçün yer ayırıblar. ⠀ ✍️ Dövlət başçısı tərəfindən təsdiqlənən dövlət proqramında səkilərin genişləndirilməsi və bərpası nəzərə alınsa…
Səki bərpa olunacaq.

🔸 AAYDA rəsmi press-reliz yayıb ki, işlər qanunsuz görülüb, səki də bərpa olunacaq.

🔹 Qeyd edim ki, keçən il təsdiq olunan cərimələr arasında həmçinin qanunsuz parkinqin təşkilnə görə 2000 manatadək cərimə nəzərdə tutulub.

❗️ Bu cəriməni mütləq şəkildə tətbiq olunmalıdır ki, başqalarına dərs olsun.
👏6010👍6
Media is too big
VIEW IN TELEGRAM
İstirahət gününün videosu.

Çəkiliş daha çox yumor xarakteri daşısada, dolayısı ilə tramvayda gedişi nə dərəcədə stabil olmasını göstərir. Avtobusda gediş heç vaxt bu qədər rahat olmur.

📸: instagram / andrejko.epta
22👍5😁3👏1
Sizcə Zərifə Əliyeva küçəsində sərnişinlər avtobusu niyə avtobus zolağında gözləyir?

#gecəxronikası
💩32😁31😢1
Media is too big
VIEW IN TELEGRAM
🚲 Bakıda yeni təşkil olunan velosiped zolağı haqqında fikirlər və təkliflər.

#minivloq
👍154😱1