İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.47K photos
308 videos
2 files
777 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Forwarded from Teymur Qafarzadeh
Onsuzda Sürən Yoxdur .....
Media is too big
VIEW IN TELEGRAM
🚆 “Marmaray”— İstanbulun ən dayanıqlı nəqliyyatı ilə tanış olun.

#İstanbul #minivloq
🗓️ Həftənin urbanistik icmalı:

🔹 8 noyabr prospektində yeni velozolaq və velokeçid təşkil etdilər. AYNA isə velozolaqların aktual xəritəsini paylaşdı.

🔹 Bakı metrosunda xətlərin ayrılması elan olundu. Sxemi burada, animasiyası isə burada.

🔹 Qonşu Tiflisdə problemli yol qovşağını bir az insan yönümlü etdilər.

🔹 Bakıda “uçan taksi” qəzası həftənin gündəminə çevrildi.

🇹🇷 Mən isə İstanbulda qısa səfərdə oldum, sizə bu şəhərdə yol qovşaqların gətirdiyi problemləri, və Marmaray adlı yaxşı qatar sistemini göstərdim. Bu şəhərdən əlavə kontent da gətirmişəm, izləmədə qalın.


Layihəmizin fəaliyyətinə dəstək.
💡
Kanalda reklam.
⭐️
Özəl müzakirə qrupuna qoşulmaq.

#urbanhəftə
🇹🇷 Türkiyədə hətta çox pis vəziyyətdə olan köhnə evləri və tarixi binaları sökmürlər, bərpa edib yeni nəfəs verirlər.

🔹 Və bu ayrı-ayrı dayanan binalar deyil, fikir verin İstanbulda ümumi tarixi kvartalların, toxumanın bir hissəsi də qorunub saxlanılır. Deyəndə ki, Bakının "Bayır şəhər" adlanan tarixi ərazisini bu cür qorumaq lazımdır, məhz bu nəzərdə tutulur.
🎫 Metroda tikinti işlərinin aparılması brutto sisteminə keçməsini daha da aktuallaşdırır.

🚇 "Nizami" və "28 May" stansiyaların arasında hərəkətin dayandırılması zamanı bu marşrut üzrə ekspress (şatl) avtobuslar çalışacaq. İnsanları da narahat edən məqamlardan biri də gündəlik səfərlər üçün gediş xərclərinin bahalaşmasıdır. Əvvəl 50 qəpik vurub son stansiya gedənlər indi həm avtobusa 50 qəpik vuracaq, sonra yenidən metroya daxil olmaq əlavə 50 qəpik vuracaq.

🔹 Lakin Bakının ictimai nəqliyyatında pulsuz transfer və yaxud limitsiz günlük və aylıq abunəlik sistemi olsaydı, bu məsələ heç gündəmə gəlməzdi. Belə sistemlər çoxdandır qonşu ölkələrdə var (Tiflis, Moskva, Avropa ölkələri). Bunun üçün isə ictimai nəqliyyatda "brutto" sisteminə keçid lazımdır, yəni daşıyıcıların qazancı gediş haqqından asılı olmayacaq, dövlət onlara məsafəyə görə ödəniş edəcək.

🔸 Keçən il buna dair xəbər yayılmışdır, təəssüf ki, hələ də Bakıda bu sistem tətbiq olunmayıb. Bu metro xətlərinin ayrılması layihəsi çərçivəsində bu sistemi tətbiq etmək əla fürsət olar.

#ictimainəqliyyat
🌧️ Şəhərdə vəziyyət necədir?

Paylaşın foto/videoları ⤵️
🌧 Hər dəfə güclü yağış yağan kimi eyni müzakirə və sual ortaya çıxır: “Şəhər bu vəziyyətin öhdəsindən niyə gələ bilmir?”

Əslində isə cavabı çox sadədir — bu cür yağışları "həzm" etmək üçün Bakıda yeni drenaj sistemi tikilməlidir. Belə infrastruktur çox böyük büdcə tələb edir, şəhər küçələrində kütləvi söküntü və qazma işləri aparılmalıdır. İndiki halda bu real görünmür. Qat-qat daha prioritetli məsələlər gündəmdədir.

Bu isə o deməkdir ki, hər dəfə güclü yağış yağan kimi, yenə eyni "dejavü" yaşayacağıq. Bir az üzüb, bir az ağlayıb, bir az da gülüb keçəcəyik.

#yağış