İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.53K photos
318 videos
2 files
805 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚲 Bakıda daha bir velozolaq təşkil olundu.

Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsində. Fotoda göründüyü kimi, həddindən artıq enli hərəkət zolaqları silinərək, yenidən çəkilib və velozolaq üçün də yer tapılıb.

#velosipedzolaqları
⬆️ Diqqətli izləyicilərimiz fikir verdi ki, Mirzə Ağa Əliyev küçəsinin Mərkəzi Park yaxınlığına düşən küçəyə də velozolaqlar çəkilir.

Beləliklə, Yasamalı və şəhər mərkəzini aktiv şəkildə velozolaqlarla birləşdirirlər.

P.S. Bu küçəyə mütləq nizamlanan piyada keçidi də lazımdır. Mərkəzi Parka piyada keçmək çox çətin və təhlükəlidir.
Çox lakonik sorğu. Xahiş edirəm, hər kəs səs versin.

🚲 Velosiped sürürsünüz?
Anonymous Poll
15%
Çoxdan sürürəm
11%
Velozolaqlar çəkiləndən başladım
45%
İndi yox, amma düşünürəm
28%
Sürmürəm və düşünmürəm
İnsan yönümlü şəhərlər ️
Çox lakonik sorğu. Xahiş edirəm, hər kəs səs versin.

🚲 Velosiped sürürsünüz?
⬆️ 🛴 Bu sorğuda skuterlər də nəzərdə tutulur. Mikromobilliyin bütün üsulları, belə deyək.
🚲 Bakıda təşkil olunan ən yaxşı velozolaqlardan biri.

☑️ Azadlıq prospektinin bu kiçik hissəsində küçənin hər iki tərəfində velozolaq salınıb.

☑️ Skuter parkinqi səkinin hesabına deyil, keçmiş parkinq cibində təşkil olunub.

☑️ Bufer zonası üçün də yer tapılıb.

🔸 Bakının bir çox küçələrində bu işləri sadəcə yenidən xətlənmə işlərini aparmaqla belə həllər tətbiq etmək olar.

#velosipedzolaqları
📊 Statistikanı sevirəm. O mifləri dağıtmağa kömək edir.

Bu rəqəmlər bir daha göstərir ki, bizdə avtomobillərin sayı çox deyil. Gündəlik istifadəsi çoxdur.

Biz insanlara layiqli və komfortlu alternativlər təklif etsək, tıxaclar qısa zamanda həll edə bilərik.

#statistika
İnsan yönümlü şəhərlər ️
Çox lakonik sorğu. Xahiş edirəm, hər kəs səs versin.

🚲 Velosiped sürürsünüz?
⬆️ Və rəqəmlərdən danışaraq, dünənki sorğunun nəticələrinə baxın.

🔹 İnsanların 70% ya artıq velosiped sürür, ya da sürməyə planlaşdırır.

🔹 Lap nəzərə alsaq ki, bu kanalının izləyiciləri müasir düşüncəli və proqressiv insanlardır, əminəm ki, Bakı üzrə bu rəqəm ~50% civarındadır.

💬 “Velozolaqlar lazım deyil” deyənlərə bu nəticələri göstərin.
🇦🇿 Şuşanın baş planından görüntülər.

🚲 Renderlərdə hətta velozolaqlar görünür.

🔹 Burada qalsın, bir neçə ildən sonra real nəticə ilə müqayisə etmək maraqlı olar. Şuşa Qarabağın tarixi mirvarisidir, burada o ab-havanı qorumaq çox önəmlidir.

🔹 Baş planı “Chapman Taylor” şirkəti işləyib.

#Şuşa #Başplan
Media is too big
VIEW IN TELEGRAM
🚇 Metroda bayram günləri ilə əlaqədar keçirilən bu retro-vaqonlarının sərgisini qaçırmayın.

🕙 Bu gün saat 22:00-a qədər açıqdır.

#iminivloq
🚲 Bayram günlərinin birini həmçinin velosiped sürməyi öyrənməklə faydalı keçirə bilərsiniz.

🔸 APAR növbəti dəfə ÖDƏNİŞSİZ təlim keçirir. Detallar və qeydiyyat linki: ⤵️

https://t.me/apar_ride/297