İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.53K photos
318 videos
2 files
805 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🗓️ Ötən həftənin paylaşımları buraxmısınızsa:

🔹 “Tragedy of the Commons” nəzəriyyəsi deyir ki, avtomobil yönümlü şəhər heç vaxt xoşbəxtlik gətirməyəcək. Velosiped sürməkdən fərqli olaraq.

🔹 Xırdalanda daha bir səki məhv olundu.

🔹 İsti iqlim insan yönümlü şəhər qurulması üçün ciddi problem olmamasını Dubayın misalında xatırlatdıq.

🔹 Neftçilər prospektində insanlara rahat olan piyada keçidini qısa zamanda bu cür bağladılar.

🔹 Bakıda salınan yeni yollar şəhərdə niyə tıxac problemini həll etməyəcək? Bir daha urbanistikanın əsaslarına nəzər saldıq.

🔹 Avtobus zolağının vacibliyini rəqəmlər üzərində baxdıq.

🔸 Həftənin vloqu da avtobus zolaqlarına həsr olundu. AYNA-nın nümayəndəsi ilə suallara cavab axtardıq və rəsmi MaaS proqramına baxdıq.

Layihənin fəaliyyətinə dəstək.
💡 Kanalda reklam.
⭐️ Özəl qrupa giriş.

#urbanhəftə
💬 "Ay piyadalar, cəhənnəm olun bu şəhərdən ümumiyyətlə! Sizin küçədə nə işiniz var?" - şəkildəki şərhin yanaşması təxmini belədir.

❗️ Bəzi sürücülər piyadalara sadəcə "artıq element" kimi baxırlar. Yadlarından çıxır ki, maşından düşən kimi, onlar da piyadaya çevrilir.

#şərhlərmuzeyi
❗️ŞOK! Piyada keçidini "zebra" ilə əvəz etdilər. Amma bizdə yox...

🇷🇺 Rusiyanın Belqorod şəhərində müharibədən əvvəl yaxşı islahatlar gedirdi. Belə ki, bir neçə küçədə yeraltı keçidləri işıqforla nizamlanan "zebra" ilə əvəz etdilər. Və insanlar bundan yararlanmağa başladı.

🔹 Və bu tendensiya bu gün bütün dünyada müşahidə olunur. Tiflisdə də belə misallar var. Bakı geridə qalan nadir şəhərlərdən biridir.

🔹 Əmin olun ki, digər şəhərlər də "piyadalar rədd olsun keçidə getsin" deyən sürücülər də var. Lakin bu qeyri-intuitiv islahatlar hər zaman müqavimətlə rastlaşsa da, bir müddət sonra insanlar özləri onları müsbət qarşılamağa başlayır.

#piyadakeçidləri
🚲 Bakıda daha bir velozolaq təşkil olundu.

Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsində. Fotoda göründüyü kimi, həddindən artıq enli hərəkət zolaqları silinərək, yenidən çəkilib və velozolaq üçün də yer tapılıb.

#velosipedzolaqları
⬆️ Diqqətli izləyicilərimiz fikir verdi ki, Mirzə Ağa Əliyev küçəsinin Mərkəzi Park yaxınlığına düşən küçəyə də velozolaqlar çəkilir.

Beləliklə, Yasamalı və şəhər mərkəzini aktiv şəkildə velozolaqlarla birləşdirirlər.

P.S. Bu küçəyə mütləq nizamlanan piyada keçidi də lazımdır. Mərkəzi Parka piyada keçmək çox çətin və təhlükəlidir.
Çox lakonik sorğu. Xahiş edirəm, hər kəs səs versin.

🚲 Velosiped sürürsünüz?
Anonymous Poll
15%
Çoxdan sürürəm
11%
Velozolaqlar çəkiləndən başladım
45%
İndi yox, amma düşünürəm
28%
Sürmürəm və düşünmürəm
İnsan yönümlü şəhərlər ️
Çox lakonik sorğu. Xahiş edirəm, hər kəs səs versin.

🚲 Velosiped sürürsünüz?
⬆️ 🛴 Bu sorğuda skuterlər də nəzərdə tutulur. Mikromobilliyin bütün üsulları, belə deyək.
🚲 Bakıda təşkil olunan ən yaxşı velozolaqlardan biri.

☑️ Azadlıq prospektinin bu kiçik hissəsində küçənin hər iki tərəfində velozolaq salınıb.

☑️ Skuter parkinqi səkinin hesabına deyil, keçmiş parkinq cibində təşkil olunub.

☑️ Bufer zonası üçün də yer tapılıb.

🔸 Bakının bir çox küçələrində bu işləri sadəcə yenidən xətlənmə işlərini aparmaqla belə həllər tətbiq etmək olar.

#velosipedzolaqları
📊 Statistikanı sevirəm. O mifləri dağıtmağa kömək edir.

Bu rəqəmlər bir daha göstərir ki, bizdə avtomobillərin sayı çox deyil. Gündəlik istifadəsi çoxdur.

Biz insanlara layiqli və komfortlu alternativlər təklif etsək, tıxaclar qısa zamanda həll edə bilərik.

#statistika
İnsan yönümlü şəhərlər ️
Çox lakonik sorğu. Xahiş edirəm, hər kəs səs versin.

🚲 Velosiped sürürsünüz?
⬆️ Və rəqəmlərdən danışaraq, dünənki sorğunun nəticələrinə baxın.

🔹 İnsanların 70% ya artıq velosiped sürür, ya da sürməyə planlaşdırır.

🔹 Lap nəzərə alsaq ki, bu kanalının izləyiciləri müasir düşüncəli və proqressiv insanlardır, əminəm ki, Bakı üzrə bu rəqəm ~50% civarındadır.

💬 “Velozolaqlar lazım deyil” deyənlərə bu nəticələri göstərin.
🇦🇿 Şuşanın baş planından görüntülər.

🚲 Renderlərdə hətta velozolaqlar görünür.

🔹 Burada qalsın, bir neçə ildən sonra real nəticə ilə müqayisə etmək maraqlı olar. Şuşa Qarabağın tarixi mirvarisidir, burada o ab-havanı qorumaq çox önəmlidir.

🔹 Baş planı “Chapman Taylor” şirkəti işləyib.

#Şuşa #Başplan