İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
801 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
⚡️ Özəl kanal üçün “Black Friday” endirimi.

💬 Dostlar, bilirsinizki, bizdə daha bir Telegram-kanal var. Bu kanalda public-də çıxmayan postlar, vloqların və podkastların anonsları, səhnəarxası görüntülər və öncədən linkləri paylaşıram.

🔹 Bu kanala qoşulmaqla həm eksklüziv kontent, həm işimizə dəstək göstərmiş olursunuz.

🔹 Məbləğ çox simvolikdir, əlavə olaraq bu gün qoşulan dostlar üçün xüsusi endirim var — 50%.

⚠️ Endirim çox limitli olacaq (ilk 10 nəfərə).

Dəstək üçün hər kəsə təşəkkür! 💚

➡️ Kanala giriş ⬅️
🚌 “28 May” nəqliyyat habında belə bir stendlər quraşdırılır.

Güman ki, məlumat lövhələri olacaq.

#vağzalmeydanı
🚌 Azadlıq prospekti vacib dəhlizlərdən biridir, burada avtobus zolağının təşkili əla oldu.

🔹 Bircə o sağdakı cib də səkiyə qatılsaydı, bu sıx piyada axını olan küçədə daha geniş səki yaranardı.

#avtobuszolaqları
⬆️ Beləliklə, Bakıda avtobus zolaqların aktual xəritəsi belə görsənir.

Müəllif: Azər Axundov.

#avtobuszolaqları
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Forwarded from Anar Əliyevin bloqu
🚲 “Caspian Plaza”dan Xətai metrosuna 19 dəqiqəyə velosipedlə çatdım.

Onun 5 dəqiqəsi Yusif Səfərov küçəsinin keçməsinə getdi. Bu küçədə svetofor fazaları çox ədalətsiz paylanılıb.

Cəfər Cabbarlı və Şixəli Qurbanov küçələri çıxmaq şərtilə, bütün səyahət velozolaqlarda baş verdi. Ən böyük “challenge” Qış Parkını keçməkdir. Burada bütün keçidlər yeraltıdır, şəhər mərkəzində bu vəziyyət qəbulolunmazdır.

Yol boyu N qədər velosipedçi və skuterlər istifadəçiləri (xanımlar daxil olmaqla) gördüm.

Bir sual, məndəki ssenaridə bundan yaxşı alternativ nə ola bilərdi?

🔹 Avtomobil ilə gedib küçələrdə əlavə tıxac yaradacaqdım, əlavə maşın üçün yer axtarmaq və parkinq ödəmək;
🔹 İctimai nəqliyyatda gedib əlavə vaxt itkisi və yer tutacaqdım;
🔹 Taksidə tıxacda ən azı 30 dəqiqə vaxt və əlavə 3-5 AZN.

Yoxsa daha tez və pulsuz (abunəliyim var) variantdan istifadə etmək?

Təbii ki, bu ssenari hər dəfə uyğun olmaya bilər, kimsə bəlkə gülüb yan keçər, amma bu sadəcə şəhərdə mobilliyin çeşidli olmasının önəmli olmasının bir misalıdır.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚊 Bir dəqiqəlik təsəvvür edin axşam işdən evə 2 saat tıxacda deyil, 20 dəqiqəyə belə tramvay ilə çatırsınız.

📍 Strasburq.
🚇 Yeni metrostansiyasının görünüşü belə ola bilər.

🔸 Hazırda tikintisi davam edən B-4 stansiyasının konsept fotoları paylaşılıb. Şəkillərdə “Qələbə” adı şərtidir, stansiyanın rəsmi adı hələ yoxdur.

🔸 Metrostansiya bənövşəyi xəttində yerləşir, “8 noyabr”-dan sonra gələcək.

📸 Paylaşdı: @bakinskiy.mawinist

#metro
🇵🇱 Varşavada insan həyatlarını necə xilas edirlər?

🔸 Ötən il Varşavada yol qəzalarında cəmi 29 nəfər həyatını itirib. Müqayisə üçün, Bakıda bu göstərici 188 nəfər olub (6 dəfədən çox). İndi deyəcəksiniz, "Varşava axı Bakıdan balacadır", amma 1991-ci ildə Varşavada bu rəqəm 314 idi.

Bəs insanları xilas etmək üçün şəhər bələdiyyəsi nə edir? Artıq sizə dəfələrlə danışdığım "Vision Zero" proqramının təcrübəsinə əsaslanaraq təhlükəli kəsişmələri və piyada keçidlərini müəyyən edib və hər il onların təkmilləşdirməsinə 40 milyon zlot (təxmini 10 milyon dollar) xərcləyir. Sürücülər üçün bəzi cərimələr $1200-a qaldırılıb (bu çox böyük rəqəmdir, orta maaş Polşada $1550).

🔸 Varşavadan geniş urbanistik vloq paylaşmışdım, yəgin ki əksər küçələrin nə dərəcədə təhlükəsiz olduğuna fikir verdiniz. Ayrıca olaraq piyada keçidlərində təhlükəsizlik adacıqlarını göstərmişdim.

⚠️ "Vision Zero" yol hərəkətinin təhlükəsizliyinə dair ən uğurlu proqramıdır. Vətəni İsveç olsa da, bu gün bir çox ölkələrində tətbiq olunur. Biz də həyatlarımızı xilas etmək istəyiriksə, bu proqramı qəbul və tətbiq etməliyik.

✍️ Araşdırma haqqında daha ətraflı Bloomberg-in məqaləsində oxuya bilərsiniz.

#visionzero #qəzalar #varşava
Tanış mənzərədir?

🚌 Avtobus dayanacağa yaxınlaşır, lakin vaxta qənaət etmək üçün və bəzi hallarda şərait olmadığından sərnişinləri elə yolun ortasında mindirir və düşürdür.

🔸 Bu, heç də Bakı üçün unikal hal deyil. Bir çox şəhərlər belə problemlə rastlaşıb və əla çıxış yolu tapıb — anticib adlanan sadə bir infrastruktur. Bu cür ciblər xüsusilə parklanma olan küçələrdə tətbiq olunur, beləliklə həm də təhlükəsizlik adacığının funksiyanı yerinə yetirir.

🔹 Anticiblərin sayəsində:

☑️ Sərnişinlər avtobusa daha rahat minir və düşür.
☑️ Dayanacaqda baryersiz mühit yaranır.
☑️ Avtobuslar ciblərə girib-çıxmaqda vaxt itirmir.
☑️ Anticib olan dayanacaqları qanunsuz parklanma ilə "zəbt" etmə halları minimuma enir.

🟢 Dünyada, həmçinin qonşu Moskvada (sonuncu foto) bu cür qurğuların tətbiqinə artıq başlanılıb. İctimai nəqliyyatı daha rahat və əlçatan etməyin effektiv bir üsuludur.

#dayanacaqlar