İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
801 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚲 Son bir ildə velosiped istifadəçilərin sayı artıb və artmaqdadır.

🔹 Velozolaqlar qıraqdan boş görsənsə də, şəkildəki mənzərə də artıq nadir hal deyil.

🔹 Velosipedlər daha az yer tutur, avtomobillər kimi gözə çarpmır. Lakin infrastruktur genişləndikcə, istifadəçilər artır.

🔹 Bir dəqiqəlik fikirləşin ki, Bakıda bütün küçələrdə velosiped zolaqları var. Qısa məsafələrdə və müvafiq ssenariləedə velo və skuter ən yaxşı alternativə çevriləcək.

📍 Afiyəddin Cəlilov küçəsi.

#velosipedzolaqları
🗳 Söz sizdə: Bakıda urbanistik islahatlara dair rəyinizi paylaşın.

🔹 2024-cü il Bakını dəyişdirən urbanistik islahatlarla yadda qalır. Bu il ərzində şəhərimizdə velosiped və avtobus zolaqları təşkil olundu, yeni piyada zonaları salındı, və bir sıra digər yeniliklər reallaşdı.

📊 Bəs sizin fikriniz necədir? Hansı islahatlar sizcə effektiv oldu, şəhərdə hərəkət edərkən davranışınız necə dəyişdi? 2 dəqiqə vaxt ayırıb sorğuda iştirak edə bilərsiniz. Sorğuların nəticələri açıq şəkildə saytımızda paylaşılacaq.

➡️ https://forms.gle/ao5bBrz9DRNCwffW8
📊 Bu infoqrafikada ən maraqlısı nədir?

🔹 Amsterdam və Kopenhagen dünyanın velosiped paytaxtlarıdır, bu aydındır. Lakin digər misallara baxın — Helsinki və Stokholm. Bu Skandinav paytaxtlarında iqlim Bakıdan daha sərtdir. Yağmurlu günlərin sayı da daha çoxdur.

🔸 Lakin inkişaf etmiş velosiped infrastrukturu sayəsində, bu ölkələrdə velosiped effektiv nəqliyyata çevrilib. Hətta şimali şəhərlərdə bu göstərici daha isti Barselonadan yüksəkdir.

🇦🇿 Müqayisə üçün, Bakıda velosipedin nəqliyyat kimi payı heç 1% təşkil etmir.

❗️ Bu diaqram üçün vacib bir qeyd əlavə etmək lazımdır. Çox vaxt Avropada insanlar çalışırlar iş yerindən çox uzaq yaşamasınlar. Amma bu yenə də veloinfrastrukturun yüksək səviyyədə inkişafı ilə birbaşa bağlıdır.

🇸🇪 Stokholm misalını bu reportajda göstərmişdim.

#infoqrafika
💫 Fəvvarələr meydanı və "Tarqovu" heç də hər zaman piyada zonaları olmayıb.

Bakının bu tarixi fotoları 1976-cı ilə aiddir. Bu küçələri indi bu cür təsəvvür etmək çətindir. Yəgin ki, 10 ildən sonra Əziz Əliyev küçəsinə də oxşar retrospektivdən baxacağıq.

📸 foto: baku.history

#tarixifoto
🌳 Bu gün açılışı baş tutan Nəbatat bağı.

#parklar
🎙 Bu axşam insan yönümlü podkastın ilk buraxılışını dinləmək sizi dəvət edirik.

Dilqəm İsmayılovla Bakının memarlığının bugünki vəziyyətindən və gələcəkdə mümkün olan addımlarından danışacağıq, Mikrorayonlar, stalinkalar, xruşovkalar və "novostroykalar"la nə edək? Ümumiyyətlə Bakı şəhərinin indiki şəhərsalma yanaşması onu hara aparacaq?

➡️ https://youtu.be/e8HcdKRUC14

✔️ Kanala dəstək.
✔️ Özəl Telegram-qrupunda müzakirə.
🔄 Ukrayna dairəsində yaranan tıxac haqqında hər kəs danışır.

Bir sual — işlər bitməmiş niyə nəticə çıxarırıq? Hər kəs şikayət edirdi ki, burada konflikt nöqtələri çoxdur, qəzalar baş verir. İndi burada bir layihə icra edirlər, eynisəviyyəli keçidlər təşkil edirlər. Ən azı bu məsələlər həllini tapacaq.

🔸 Vaxtilə belə "monstr" dairələr salmaq bir dəb idi (bütün post-sovet ölkələrində rast gəlmək olar), çünki "gigantizm"i sovetlər çox xoşlayırdı (dünənki podkastda bu haqda danışdıq). Səbr edək, baxaq nəticə necə olacaq.