İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
801 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️ Hərdən sadəcə adam olmaq lazımdır.

Videonu izləyici göndərib yazır ki, iki nəfər “Apar” elektrik velosipedini icarəyə götürüb arxasında ayaq üstü gedir.

Sabah isə hadisə baş versə, velosipedlər tez sıradan çıxsa, yazacaqlar ki, “Bakıya yaraşmır”.
🌳 Mərkəzi Nəbatat Bağı yenidənqurmadan sonra.

Layihə və foto: MB Architects.

#parklar
❗️ 20 yanvar dairəsində İctimai Səhiyyə və İslahatlar Mərkəzinin binası "yenidənqurmadan" sonra.
🚲 Moskvanın velosiped zolaqlarına baxaq.

🔹 Əsas diqqət çəkən məkan nədir? Velosiped zolaqlarına yanaşma bütün küçələrdə eyni deyil. Bufer zonasının olması arzuolunandır lakin hər yerdə mütləq deyil.

🔹 Hərəkət zolaqlarının sayı biri keçmirsə, velozolaqları təhlükəsiz buferi olmadan avtomobil yolu ilə birgə təşkil etmək olar. Bunu "Vision Zero" deyir".

🔹 Əksər hallarda isə zolaqlar birtərəfli və küçənən hər iki tərəfində salınır.

#Moskva #velosipedzolaqları
📍 8 noyabr prospektinin yenidənqurmasının əsas üstünlüklərindən həmçinin o oldu ki, burada bir neçə işıqforla tənzimlənən yeni kəsişmələr təşkil olundu.

🔹 Bu da öz növbəsində yeni eynisəviyyəli piyada keçidlərinin salınmasını mümkün etdi. Təbii ki, idealda, buradakı bütün yerüstü keçidlərin eynisəviyyəli alternativləri də yaradılmalıdır.

📸 Fotolarda: 8 Noyabr prospekti, Gəncə prospekti ilə Polad Həşimov küçəsinin yenilənən kəsişməsi.

#8noyabrprospekti