❗️ Bakıda dizayn-kod!
⠀
🔸 Deyəsən ilk addımları “8 noyabr” prospektində atmağa çalışırlar. Yenidənqurma ilə yanaşı burada obyektlərin adlarını vahid stilistikaya salırlar.
⠀
🔸 Lakin dizayn-kodun nüansları çoxdur. Birincisi, o bütün şəhər üçün vahid olmalıdır, hansısa prospekt üçün ayrıca üsul olmamalıdır. Dizayn-kod həmçinin reklam lövhələrinin hündürlüyü, fasadda digər yazıların yerləşməsini də nəzərə almalıdır.
⠀
🔸 Əsas məsələ - dizayn-kodun bütün elementləri şəhər mühitinə və onun arxitekturasına da uyğun olsun. Küçə mebeli, fənərlər, piyadalar üçün lövhələr, yaşıllıq - bunların hamısı şəhərin dizayn-kodunda öz əksini tapmalıdır.
⠀
🔸 2022-ci ildə ArxKom Bakının dizayn-kodunu elan etdi, lakin tətbiqini görmədik.
⠀
📸 İzləyicimiz İlkin Babayevin paylaşdığı bu fotolarda işlər hələ bitməyib, lakin görünür ki ən azı bu məsələdə ilk addım atılıb. Bu proses bir neçə il davam edə bilər, lakin bu işə peşəkar və zövqü olan mütəxəssislər cəlb olunmalıdır.
#dizaynkod

💬 Brifinqdə səsləndirilən - bir postda.
⠀
Bu gün mətbuat üçün keçirilən brifinqdən ordan-burdan xəbərlər paylaşıldı. Əsas məqamları sizin üçün bir paylaşımda topladım.
⠀
🔹 Bakıya COP-a qədər 160 yeni BYD elektrik avtobusu gələcək.
⠀
🔹 Ciddi avtobus sürücüsü çatışmazlığı var. 1000 nəfər ancaq BakuBus-a lazımdır. Düşünürəm ki, əsas problem cəlbedici olmayan maaşdır.
⠀
🔹 Bakıda taksilərin sayı 70 mindən 35 minə düşüb. Taksi parkının 71%-i yaşı 9 ili keçən avtomobillərdir.
⠀
🔹 AYNA ixtisara düşən taksi sürücülərini avtobus sürücüsü olmaq çağırıb. Bunu mən hələ 4 ay əvvəl təklif etmişdim.
⠀
🔹 Bakıda 160 km yeni avtobus zolaqları təşkil ediləcək. Küçə və prospektlərin adları açıqlanmasa da, yenə də ciddi bir rəqəmdir. Yeni şəbəkə nə vaxta hazır olacaq - deyilmir.
⠀
🔹 Velosiped zolaqlarının uzunluğu 50 km-ə çatdırılacaq. Bunun da tarixi açıqlanmadı.
⠀
🔹 Velosiped svetoforların sayı 22, veloparkinqlərin sayı isə 26-dır. Bu da mövcud velozolaq infrastrukturunun yalnız bir hissəsini əhatə edir.
⠀
❗️ Lakin çox önəmli bir məsələ — ictimai nəqliyyatının brutto müqaviləsi sisteminə keçid tarixi açıq sual olaraq qalır. Ümid edirəm, COP29-a qədər bu məsələ də öz həllini tapar, çünki bu sistem hazırda baş verən ictimai nəqliyyat islahatların ayrılmayan bir parçasıdır.
⠀
#RİNN

💬 “Bakıda heç kim velosiped sürmür! Kimə lazım idi bu zolaqlar?!”
⠀
🚲 Həmin an Bakı ⬆️
#velosipedzolaqları
⠀
🚲 Həmin an Bakı ⬆️
#velosipedzolaqları
🚲 Velozolaqlar Yasamala da gəlib çatdı.
Parlament prospektində yeni asfalt çəkiləndən sonra velosiped zolaqları da təşkil olundi.
Ardı gəlsin, böyük bir şəbəkəyə çevrilsin.
#velosipedzolaqları
Parlament prospektində yeni asfalt çəkiləndən sonra velosiped zolaqları da təşkil olundi.
Ardı gəlsin, böyük bir şəbəkəyə çevrilsin.
#velosipedzolaqları
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷 İstanbulun daha bir rayonuna tramvay çəkilir. Küçə bu cür dəyişəcək.
“Bakıya tramvay lazım deyil” deyənlərə İstanbuldan atəşli salamlar.
🔹 Ətraflı reportaj Ekrem İmamoğlunun səhifəsində.
#tramvay #istanbul

8 noyabr prospekti belə dəyişdi.
İşarə olunan hissədə əvvəl asfalt idi. İndi burada həm səki, həm velozolaq var.
#8noyabrprospekti

🔄 50 il əvvəl heç kim təsəvvür etmirdi ki, bu məkan belə dəyişəcək.
⠀
🇳🇱 Utrextdə şəhərin içindən keçən maqistralı söküb və vaxtilə bastırılan su kanalını geri qaytardılar.
⠀
🔹 Təbii ki, bu cür dəyişikliklər bir gündə baş vermir. Bunun üçün ilk növbədə şəhərdə avtomobildən asılılığını azaltmaq lazımdır. Bunun üçün isə bir çıxış yolu var — insanlara komfortlu ictimai nəqliyyat vermək, piyada gəzmək və velosiped sürmək üçün münbit şərait yaratmaq lazımdır.
⠀
🔹 Müasir, təhlükəsiz, ekoloji təmiz, yaşamalı və insan yönümlü şəhəri məhs ikinci foto ilə əks edə bilərik.
🔹 Bakı kimi şəhər üçün bu utopiya görsənə bilər, lakin vaxt gələcək, biz də bu cür transformasiyalarının şahidi olacağıq.
#əvvəlsonra

🚊 Tramvay şəhəri daha sərin edir.
⠀
☀️ İsti havalardan danışarkən, relsli tramvay yenə də şinli avtobuslardan, hətta elektrobuslardan bir addım irəlidədir.
⠀
🔹 Belə ki, avtobuslardan fərqli olaraq dəmir relslər asfaltdan daha az qızır, qızanda isə daha tez soyuyur. Şinlərlə asfaltın kontaktı daha çox isti enerji buraxır. Hələ dəm qazlarının faktorunu qoyuruq kənarda (elektrobuslarda onlar yoxdur).
⠀
🔹 Bir çox şəhərlərdə (misal üçün fotoda Amsterdam) relsləri qazon ilə örtürlər, bu isə qızma faktorunu daha da aşağı salır və ayrıca olaraq görün şəhərə necə gözəllik qatır.
⠀
#tramvay

🌳 Bakının yaşıl və kölgələri küçələri.
⠀
Şəhərimizdə kifayət qədər yaşıl, kölgəli və bunun sayəsində ən azı bir hissəsi sərin qalan küçələr var, onların dəyərini bilməliyik.
⠀
🔹 Özünüz bir gün çıxın yayın istisində sözügedən küçələrlə gəzişin və ağac olmayan yerlərə nisbətən dərhal fərqi hiss edəcəksiniz.
⠀
#ağaclar

🇭🇺 Budapeşt tramvayına dair izləyicimiz Fəxri Məmmədovun araşdırıması.
⠀
🚊 Budapeşt tramvay sistemi — dünyanın ən uzun tramvay şəbəkələrindən biridir (174 km).
⠀
📊 Statistikaya görə, tramvay şəhərdə sərnişin daşımada hətta metronu üstələyir – illik sərnişin sayı metrodan təxminən 100 milyon daha artıqdır.
⠀
Şəbəkə 26 əsas və 9 köməkçi xətlərdən ibarətdir.
⠀
2016-cı ildən etibarən İspaniyanın CAF şirkətinin istehsalı olan 9 seksiyalı Urbos 3/9 (56 metr) tramvayları Budapeştdə istifadəyə verilib, bu isə dünyada ən uzun tramvay hesab olunur.
⠀
Əlavə faktlar:
🔹 Tarixi əhəmiyyət. Budapeşt tramvay şəbəkəsi dünyanın ən qədimlərindən biridir, ilk tramvay xətti 1887-ci ildə açılmışdır.
🔹 Ən uzun və ən qısa xətlər. Ən uzun tramvay xətti, uzunluğu on səkkiz kilometrdən çox olan Xətt 1-dir, ən qısası isə cəmi altı kilometr olan Xətt 4-dür.
🔹 Ən gözəl tramvay xətti. Budapeştin 2 nömrəli Tramvay Xətti dünyada ən gözəl tramvay marşrutlarından biri hesab edilir. Bu xətt Dunay çayı boyunca hərəkət edir və Parlament, Buda qalası və Zəncir Körpüsünün möhtəşəm mənzərələrini təqdim edir.
🔹 Ətraf mühitə təsir. Tramvay şəbəkəsi Budapeştin nəqliyyat sıxlığını və çirklənməni azaltmaq səylərinin bir hissəsidir. Tramvaylar avtomobillərə ekoloji cəhətdən təmiz alternativdir və şəhərin karbon izini azaltmağa kömək edir.
⠀
☑️ Qeyd: Budapeşt aqlomerasiyasının əhalisi – 3 milyon insan təşkil edir.
⠀
___
⠀
📹 Budapeşti mən ətraflı olaraq 2022-ci və 2023-cü illərdə vloqlarda göstərmişdim, kiçik videoya da baxa bilərsiniz.
#tramvay #Budapeşt