İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.51K photos
317 videos
2 files
795 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚌 Mikayıl Üseynov küçəsində boş avtobus zolağı.

Avtobusların fasiləsiz hərəkəti bütün küçələrdə bu cür təmin olunsa, ictimai nəqliyyatın cəlbliyi qat-qat artmış olar.

🔸 Müntəzəm marşrutlarının keçdiyi bütün tıxaclı küçələrdə vəziyyət belə olmalıdır.

📸: TikTok-dan.

#avtobuszolaqları
🆕 Təzə qoşulan izləyicilər bəlkə bilmir, amma bizim burada özəl Telegram-kanalımız var.

🔹 Kanalda mən bütün yeni çıxan vloqlar haqqında öncədən məlumat və anonslar verirəm, bəzi səhnəarxası görüntülər paylaşıram.

🔸 Public-də paylaşmaq istəmədiyim məsələlər həmin “Urban patrons” kanalda dərc olunur.

Həmçinin kanalda-verilən suallara daha tez cavab verirəm.

🔹 Kanala giriş simvolik bir məbləğ təşkil edir, bu həm də sizin kanalın davamlı fəaliyyətinə bir dəstəyiniz olur.

🔹 Qoşulmaq üçün ➡️ keçid.

🔹 Daha çox maraqlı kontent üçün isə Patreonda qoşula bilərsiniz. Bütün dəstək variantları burada.
⬆️ Bu eyni küçədir.

🇪🇸 Bura futbol üzrə Avropa çempionu İspaniyanın paytaxtı Madrid şəhəridir.

🔹 Madriddə 2009-cu ildən başlayaraq bir sıra küçələri piyadalaşdırmağa başladılar.

🔹 Nəticədə bu cür küçələr:

Daha təhlükəsiz oldu
Daha yaşıl oldu
Daha sakit oldu
Restoran və mağazalar daha çox qazanmağa başladı
Turistlərin cazibə nöqtəsinə çevrildi
Şəhər iqtisadiyyatı canlandı.

🔄 Bu cür transformasiyalar ilk növbədə şəhərlərin tarixi mərkəzi küçələrdən başlayır, Bakıda hələ ki yalnız istirahət günlərində bu təcrübə tətbiq olunur, bu da hələ ki ciddi bir nəticələr haqqında danışmağa imkan vermir.

#əvvəlsonra
🌳 Nərimanov parkı təmirdən sonra açıldı.

Çox yaşıl görsənir. Bu ərazi yenilənirsə, burada mütləq eynisəviyyəli piyada keçidləri də lazımdır.

#parklar
💡 VakansiyaVideoqraf axtarıram.

📹 Dostlar, vloqların yeni mövsümü üçün yenə də videoqraf axtarışındayam.

İzləyicilərin arasında çəkiliş və montajı bacaranlar, bu formanı doldura bilər: https://forms.gle/gPJiri4vMMHs88w9A

🔹 P.S. Keçən səfər müraciət edənlər, yenidən müraciət edə bilər.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇩🇪 Berlinin velosiped zolaqları - maraqlı faktlar.

🚲 Almaniyanın paytaxtında artıq 620 km velosiped zolağı var. Bu, Bakının 2040-cı ilə qədər nəzərdə tutulmuş baş planından 2 dəfə çoxdur.

🚙 Berlində 1.2 milyon avtomobil var (Bakıdan çox), buna baxmayaraq bu gün şəhərdə səfərlərin 18%-i velosipedlərin payına düşür. Müqayisə üçün Bakıda bu rəqəm heç 1% təşkil etmir (AYNA-nın məlumatı).

❗️ Almaniya Avropanın ən çox avtomobilləşmiş ölkəsidir. Dünyanın aparıcı avtomobil şirkətləri və konsernləri məhz Almaniyada cəmləşib. Buna baxmayaraq, almanlar maşını daha çox gündəlik əsasda deyil, istirahət günlərində və uzaq məsafələrə sürməyə üstünlük verir.

📸 Fotolar: Melissa & Chris Bruntlett

#velosipedzolaqları #Berlin
🚄 Bakı-Sumqayıt dəmir yol xətti üçün daha bir qatar gəlib.

🔹 İlk dəfədir ki, ölkəyə "Stadler"-in birmərtəbəli elektrik qatar çatdırılır. Bundan əvvəl dizel qatarlar idi belə görünüşdə.

Rəsmi fotolarda aydın görünmür, ümid edirəm bu qatarlarda da velosiped daşımaq mümkün olsun (dizel variantında var idi).

🔹 Ümumi olaraq ölkəyə əlavə 5 bu cür qatar gələcək.

#dəmiryolu