İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.51K photos
316 videos
2 files
791 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚧 Sökülmüş Cavanşir körpüsünün yerində piyada "zebra"ları olacaq.

🔸 Nəhayət yeni layihənin əsas detalı açıqlandı. "Port Baku Walk" və "Port Baku Tower" ərazisi eynisəviyyəli piyada keçidi ilə birləşəcək, bunun üçün çox güman ki burada svetofor quraşdırılacaq, çünki zolaqların sayı çoxdur, avtomobil və piyada axınını növbəli şəkildə buraxacaqlar.

Maraqlıdır ki, bu məlumatı AAYDA açıqlayıb, hər kəs isə AYNA-dan gözləyirdi.

#cavanşirkörpüsü
❗️ Bakı şəhəri üçün nadir bir halın şahidi oluruq.

Sahil metrosunun qabağında səkini genişləndirirlər. Amma bir nüans var.

🔸 Bunu səkinin genişləndirilməsi deyil, səkinin bərpası adlandırsaq daha düzgün olar. Çünki əvvəllər burada geniş səki var idi, daha sonra parkinq üçün kəsildi. İlin əvvəlində burada səhvən velosiped zolağı salındı, sonradan səhvi düzəldib velozolağı yolun digər tərəfinə keçirdilər.

🚶 İndi isə səkini piyadalara qaytarırlar. Bu proseslər davamlı baş verməlidir, ümid edirəm AYNA Bakıda bütün kəsilən səkilərin bərpasını üzərinə götürəcək.


#səkilər
⚠️ Dostlar, Telegram-qrupumuzda aktiv olaraq yeni cərimələr müzakirə olunur.

Qeyd edim ki, hələ ki, bunlar qanun layihəsidir, təsdiq olunmayıb və tam siyahı deyil. Milli Məclisdə üç oxunuşdan keçməlidir, daha sonra prezident tərəfindən təsdiq olunmalıdır. Bu təxmini olaraq 3-4 həftə çəkəcək.

Təbii ki, bu mövzuya dair də post paylaşacam.
💬 Bu fotonu paylaşan izləyici yazır ki, Şəmsi Bədəlbəyli küçəsində yeni təşkil olunmuş avtobus zolağına YPX əməkdaşları avtomobilləri yönəltməyə başladı.

Sual yaranır, əgər bu zolağa avtomobillərin hərəkətinə icazə verilibsə, bu zolaq niyə təşkil olunub? Və yaxud, bu zolaq təşkil olunubsa, digər nəqliyyat vasitələrinin hərəkətinə niyə daxil olması icazə verilir?

🚍 Ayrılmış zolağının yeganə məqsədi - avtobusların tıxacsız hərəkətidir. Əgər bu təmin olunmursa, həmin zolağın heç bir mənası yoxdur.

🔸 Bu halda cəriməsi qaldırıb lap 500 manat etmək olar, amma zolaq öz funksiyasını yerinə yetirməyəcəksə, nə fayda?


#avtobuszolaqları
🚍 Ayrılmış avtobus zolağının məqsədi nədir?

Əslində çox sadə - ictimai nəqliyyatın tıxacda qalmaması və onun vaxtı-vaxtında öz qrafiki üzrə hərəkət etməsi.

Detallara getsək isə belədir:

🔹 Avtobus minik avtomobildən ortalama 3 dəfə çox yer tutur, amma eyni zamanda 50 dəfə daha çox insan daşıyır.

🔹 Deməli şəhərdə 2000 avtobus hərəkət edirsə bu 100 min avtomobil əvəz edir.

🔹 Bunun həm sıxlıq və tıxax, həm ekoloji fəsadlarını da düşünün.

🔹 Ayrılmış zolaqla hərəkət edən avtobus tıxacda hərəkət edən avtomobilə alternativdir. Əgər tıxacda avtomobil A nöqtəsindən B nöqtəsinə 40 dəqiqə, avtobus isə 15 dəqiqə çatırsa, deməli insanlarda seçim olacaq.

🔹 Avtobus zolaqların sayəsində, hər bir marşrutun qrafikini tərtib etmək mümkündür ki, intervallar daha az olsun, ictimai nəqliyyat cəlbedici olsun.

🔹 Avtobus zolaqlarında heç bir halda hərəkət etmək olmaz, bu nəyinki qayda pozuntusudur, həm də açıq şəkildə cəmiyyətə hörmətsizliyin nümayiş etməkdir.

🔹 Avtobus zolaqlarının cəriməsini 100 manata qaldırılması, əlavə olaraq 2 cərimə ballarının tətbiq edilməsi təklif olunur. Düşünürəm ki, bu çəkindirici tədbirlə yanaşı sərt nəzarət də gələcək. Bu böyük irəlləyiş olacaq.

🔹 Bəli, sürücülər bir müddət narazı qalacaq, digər ölkələrdə bu narazılıqlar hələ də qalır, lakin 5-ci bəndə qayıdaraq - məhz ictimai nəqliyyata prioritet verməklə onu daha cəlbedici etmək və tıxacları azaltmaq mümkündür.

#avtobuszolaqları
🚧 Avtomobillərin girişi üçün bağlanan Cəfər Cabbarlı / Dəmiryol Vağzalı meydanında yenidənqurma işlərinə başlanılır.

🔸 Müvafiq işçi qüvvəsi və texnika artıq əraziyə cəlb edilib. Layihə ictimaiyyətə hələ ki açıqlanmır, lakin aydın məsələdir ki, burada asfalt ərazisi xeyli azaldılacaq, yalnız ictimai nəqliyyatının hərəkətinə icazə veriləcək, velozolaqlar salınacaq, işlərin isə "COP-29" çərçivəsində aparılmasını nəzərə alaraq ağacların da əkiləcək çox güman ki.

📸: İbrahim Ocadov.

#vağzalmeydanı
🌳 Yaşıl bufer zonası bütün küçələrimizdə tətbiq olunsaydı əla olardı.

🔸 Birinci fotoda - Bülbül prospektində hazırda bərpa olunan səki.

🔹 İkinci şəkil - dizayner Rəsul Həsən tərəfindən hazırlanmış eskiz.

#səkilər
🇦🇿 "28 May" metrosunun qarşısı belə olacaq.

Bu meydan nəhayət olaraq insan yönümlü olacaq.

#vağzalmeydanı
🌳 Şəhərdə ağaclar varsa, o zaman ən isti iqlimdə belə, həmin şəhərdə rahat gəzmək mümkündür.

🇧🇬 Və Sofiya şəhəri belə misallardan biri ola bilər. Keçmişdə Bakı kimi kommunizm dövrünü yaşasa da, Sofiya şəhərində ağacları və tarixi binaları qoruya bildilər, üstəgəl müasir urbanistik islahatları da burada müşahidə etmək olur.

Gəlin, bir yerdə bu şəhərdə gəzişək, hamısını sizə göstərəm:

➡️ https://youtu.be/vk8qVws0DMQ

#vloq #Sofiya
🚧 Yusif Səfərov küçəsini yenə də “parçalayırlar”.

İndi isə Xocalı prospekti ilə kəsişmədə svetofor quraşdırılır. Xatırladım ki, 2020-ci ildə burada artıq iki kəsişmə açaraq, şəhərə əlavə giriş-çıxış veriblər.

🔹 Yaxşı addımdır, artıq Xətai metrosu tərəfdən şəhər mərkəzinə getmək üçün əlavə 1,5 km yürüş etmək lazım olmayacaq. Bu xüsusilədə ictimai nəqliyyat üçün önəmlidir.

Bonus olaraq, burada əlavə nizamlanan piyada keçidi və velosiped zolağı təşkil olunacaq.

🔸 Düşünürəm ki, vaxtilə “uçuş-enmə zolağına” çevrilən Yusif Səfərov küçəsində ən azı daha bir nizamlanan kəsişməyə ehtiyac var (Sevgi Parkının yanında), velozolaq isə küçənin hər iki tərəfində təşkil olmalıdır.

Elə gələ bilər ki, əlavə svetofor burada daha da pis tıxacın səbəbi olacaq, amma əksinə, Yusif Səfərovun yükü azalmalıdır, həm də svetofor düzgün tənzimlənsə, bu ümumi küçə şəbəkəsinə müsbət təsir göstərəcək.

#yusifsəfərovküçəsi
☀️ Dostlar, yay aylarında daha çox vloq çəkmək üçün şərait yaranır, xüsusilə son zamanlar Bakı şəhərində baş verən islahatları da işıqlandırmaq maraqlıdır.

Bu işdə ən çox motivasiya gətirən bizə daimi dəstək göstərən izləyicilərdir.

Dəstəyiniz kanalın inkişafına və urbanistikanı ölkəmizdə populyaşdırmaq üçün imkan yaradır.

Əminəm ki, məhz bu cür maarifləndirmə işlərinin nəticəsində şəhərlərimizi daha yaşıl, yaşamalı və bəlkə də küçələrində gözəl tramvayların hərəkətini görə biləcəyik.

🔹 patreon.com/city4people
🔹 kofe.al/city4people
🔹 Özəl Telegram-kanal
🔹 ABB: 5522-0993-6003-6123
🔹 Kapital: 4169-7385-1582-2504
🔹 Leobank: 4098-5844-6806-8406

Dəstək olan hər kəsə təşəkkür! 💚

Qurban Bayramınız mübarək olsun! 🙏
☀️ Yay sezonu başlamaqla Abşeron qəsəbələrinin “maraqlı həlləri” yenə də üzə çıxır.

Misal üçün, Mərdəkən-Buzovna yolunda səki boyu yüzlərlərə belə delinator quraşdırıblar.

Əgər məqsəd səkiləri qorumaqdırsa, əksinə səkilər daha alçaq yerlərdə və ya ümumiyyətlə olmayan hissələrdə heç bir delinator və baryer yoxdur (irəlidə görünür).