İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.51K photos
315 videos
2 files
791 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
🚷 Piyadalar yenə də yerin altı ilə getməlidir…

🔸 “8 noyabr”da yaxşı yenilikləri tətbiq etsələr də, buradakı NİZAMLANAN kəsişmədə, bütün şərait olmasına baxmayaraq, piyada keçidini yeraltı olaraq saxlayırlar.

Niyə belə oldu və düşüncəni necə dəyişək - bu kiçik vloqda danışdım.

#minivloq #8noyabrprospekti
🇦🇿 Neftçilər prospekti, keçən əsrin ortaları.

Vaxtilə şəhərin iki ən vacib turistik məkanını - İçərişəhəri və Dənizkənarı Bulvarını eynisəviyyəli geniş piyada keçidi birləşdirirdi.

🔸 2000-ci illərin sonlarında Neftçilər prospektində bütün eynisəviyyəli piyada keçidləri ləğv olundu, bu prospekti maqistrala çevirdilər.

🔹 Məhz bu keçidin Bakıya qaytarılması onun daha insan yönümlü tərəfə transformasiyasına siqnalı ola bilər.

#neftçilərprospekti #tarixifoto
🛫 Əhməd Rəcəbli küçəsi təmirdən sonra uçuş-enmə zolağına çevrilib.

Səkilərdə təşkil olunan parkinq ayrıca bir gözəllikdir.
⚠️ Azərbaycan prospektindəki dayanacaq, velozolaq və parkinqə giriş ilə yaşanan problem nəhayət həll olunur.

Avtobus dayanacağı parkinqə girişdən sonra köçürülür. Bu qərarı velozolaq salınan ilk gündən vermək lazım idi.
❗️ Çox vacib bir yenilik gəlir.

2024-2026-cı illərdə Bakıda sərnişindaşımada “Brutto müqavilə” modelinə keçidin təmin edilməsi planlaşdırılır.

💬 Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təmsilçisi bildirib.

🔹 Sadə dildə desək, brutto müqavilə onu nəzərdə tutur ki, AYNA daşıyıcılara hər ay fiks bir məbləğ ödəyəcək, gediş haqqından əldə edilən gəlir isə birbaşa dövlət büdcəsinə gedəcək. Artıq daşıyıcılar sərnişinlər üzərində rəqabət aparmayacaq (Bakıkart sistemi olmayan bəzi marşrutlar hələ də "plan" ilə işləyir).

Bu halda, nəqliyyat agentliyi həmçinin aylıq və illik tarifləri tətbiq etmək mümkün olacaq.

Daşıyıcının bircə vəzifəsi qalacaq - müəyyən olunan marşrut üzrə insanları A nöqtəsindən B nöqtəsinə çatdırmaq olacaq. Və daşınan sərnişinlərin sayından asılı olmayaraq o stabil gəlir əldə edəcək.

🔸 Bu vacib yenilikdir, və bununla parallel avtobus sayının çatışmazlığı və onların qrafik üzrə hərəkət etməsi da aktual problem olaraq qalır. Bu məsələlər öz həllini mütləq tapmalıdır.


#ictimainəqliyyat
⚠️ Deyəsən nağıl bitdi.

💬 İzləyici və vloqun daimi qonağı İlkin Babayev fotolar göndərib ki, 8 noyabrın "AMAY" tərəfdə layihədə geniş səki və velozolaq nəzərdə tutulsa da, görünür ki, layihədən bu məsələlər çıxarılıb.

Yeni bordür daşları artıq düzülüb və görünür ki, onun hüdudları elə olduğu köhnə dar səkinin yerindədir.

#8noyabrprospekti
Forwarded from Oxu.Az
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🚍 Daha bir avtobus zolağı salındı.

📍 Şəmsi Bədəlbəyli küçəsi.

#avtobuszolaqları
İnsan yönümlü şəhərlər ️
🚷 Piyadalar yenə də yerin altı ilə getməlidir… ⠀ 🔸 “8 noyabr”da yaxşı yenilikləri tətbiq etsələr də, buradakı NİZAMLANAN kəsişmədə, bütün şərait olmasına baxmayaraq, piyada keçidini yeraltı olaraq saxlayırlar. ⠀ Niyə belə oldu və düşüncəni necə dəyişək …
✍️ 8 noyabr prospektində yeraltı piyada keçidinin eynisəviyyəli keçidi ilə əvəzedilməsinə dair Nəqliyyatı Əlaqələndirmə Şurasına rəsmi müraciət göndərdim.

🔹 Qeyd etdim ki, əgər burada müasir yanaşma tətbiq edilirsə, küçədənkənar piyada keçidləri kimi təcrübəsindən imtina etmək lazımdır.

🔹 Müraciətin tam mətni özəl Telegram-kanalında dərc olunub.

#müraciətlər
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚍 Şəmsi Bədəlbəyli küçəsində yeni avtobus zolağı. Fikir verin, sürücülər necə də intizamlıdır.

🔹 Yolayrıcıdan avtobus zolağına deyil, birbaşa avtomobil zolağına giriş-çıxışları xüsuslə bəyəndim. Ləngimələr daha az olacaq və avtobus daha da boş qalacaq.

TiflisdəMoskvada da bu cür edirlər.

#avtobuszolaqları
⚠️ Şərifzadə küçəsinin bu hissəsinə (İnşaatçılar m/s) yenidən baxılmalıdır.

🔸 Avtobus zolağı çəkilməlidir.
🔸 Anti-cib tipli dayanacaqlar təşkil edilməlidir.
🔸 Eynisəviyyəli piyada keçidi salınmalıdır.
🔸 Səkilər genişlənməlidir.

📸: Ürfan Məmmədli.
Media is too big
VIEW IN TELEGRAM
🔄 Prioritetləri dəyişmək heç vaxt gec deyil.

🇧🇬 Sofiya şəhərindən urbanistik islahatın misalı.

#minivloq #Sofiya