🔹 8 noyabr prospektinin hər iki tərəfində səki və velosiped zolağı təşkil olunacaq.
⠀
⬆️ Bu xəbəri AYNA və AAYDA rəsmi şərh elədi.
🔸 Ümid edirəm, qurumlar sözlərinin üzərində dayanacaq.
#8noyabrprospekti

Telegram
İnsan yönümlü şəhərlər ️
⚠️ Deyəsən nağıl bitdi.
⠀
💬 İzləyici və vloqun daimi qonağı İlkin Babayev fotolar göndərib ki, 8 noyabrın "AMAY" tərəfdə layihədə geniş səki və velozolaq nəzərdə tutulsa da, görünür ki, layihədən bu məsələlər çıxarılıb.
⠀
Yeni bordür daşları artıq düzülüb…

🇧🇬 Sofiya - yaşıllıq və tramvayların harmoniyası.
⠀
☀️ Yay aylarında bu şəhər Bakı kimi isti olsa da, ağaclar və parklar şəhərdə mikroiqlim yaradır, piyada gəzmək və velosiped sürmək insanı yormur.
⠀
✅ Üstəgəl, inkişaf etmiş ictimai nəqliyyat (tramvay, metro, avtobus və trolleybus) Sofiyada səni avtomobildən asılı etmir.
#Sofiya

🆘 Bakıda məşhur tarixi binanın fasadını bu günə salırlar.
Şəhərin memarlıq siması “təmir” adı ilə silinir.
#memarlıq

🚧 Sökülmüş Cavanşir körpüsünün yerində piyada "zebra"ları olacaq.
⠀
🔸 Nəhayət yeni layihənin əsas detalı açıqlandı. "Port Baku Walk" və "Port Baku Tower" ərazisi eynisəviyyəli piyada keçidi ilə birləşəcək, bunun üçün çox güman ki burada svetofor quraşdırılacaq, çünki zolaqların sayı çoxdur, avtomobil və piyada axınını növbəli şəkildə buraxacaqlar.
⠀
Maraqlıdır ki, bu məlumatı AAYDA açıqlayıb, hər kəs isə AYNA-dan gözləyirdi.
#cavanşirkörpüsü

❗️ Bakı şəhəri üçün nadir bir halın şahidi oluruq.
⠀
Sahil metrosunun qabağında səkini genişləndirirlər. Amma bir nüans var.
⠀
🔸 Bunu səkinin genişləndirilməsi deyil, səkinin bərpası adlandırsaq daha düzgün olar. Çünki əvvəllər burada geniş səki var idi, daha sonra parkinq üçün kəsildi. İlin əvvəlində burada səhvən velosiped zolağı salındı, sonradan səhvi düzəldib velozolağı yolun digər tərəfinə keçirdilər.
⠀
🚶 İndi isə səkini piyadalara qaytarırlar. Bu proseslər davamlı baş verməlidir, ümid edirəm AYNA Bakıda bütün kəsilən səkilərin bərpasını üzərinə götürəcək.
#səkilər

⚠️ Dostlar, Telegram-qrupumuzda aktiv olaraq yeni cərimələr müzakirə olunur.
Qeyd edim ki, hələ ki, bunlar qanun layihəsidir, təsdiq olunmayıb və tam siyahı deyil. Milli Məclisdə üç oxunuşdan keçməlidir, daha sonra prezident tərəfindən təsdiq olunmalıdır. Bu təxmini olaraq 3-4 həftə çəkəcək.
Təbii ki, bu mövzuya dair də post paylaşacam.

💬 Bu fotonu paylaşan izləyici yazır ki, Şəmsi Bədəlbəyli küçəsində yeni təşkil olunmuş avtobus zolağına YPX əməkdaşları avtomobilləri yönəltməyə başladı.
⠀
❓ Sual yaranır, əgər bu zolağa avtomobillərin hərəkətinə icazə verilibsə, bu zolaq niyə təşkil olunub? Və yaxud, bu zolaq təşkil olunubsa, digər nəqliyyat vasitələrinin hərəkətinə niyə daxil olması icazə verilir?
⠀
🚍 Ayrılmış zolağının yeganə məqsədi - avtobusların tıxacsız hərəkətidir. Əgər bu təmin olunmursa, həmin zolağın heç bir mənası yoxdur.
⠀
🔸 Bu halda cəriməsi qaldırıb lap 500 manat etmək olar, amma zolaq öz funksiyasını yerinə yetirməyəcəksə, nə fayda?
#avtobuszolaqları

🚍 Ayrılmış avtobus zolağının məqsədi nədir?
⠀
❓ Əslində çox sadə - ictimai nəqliyyatın tıxacda qalmaması və onun vaxtı-vaxtında öz qrafiki üzrə hərəkət etməsi.
⠀
Detallara getsək isə belədir:
⠀
🔹 Avtobus minik avtomobildən ortalama 3 dəfə çox yer tutur, amma eyni zamanda 50 dəfə daha çox insan daşıyır.
⠀
🔹 Deməli şəhərdə 2000 avtobus hərəkət edirsə bu 100 min avtomobil əvəz edir.
⠀
🔹 Bunun həm sıxlıq və tıxax, həm ekoloji fəsadlarını da düşünün.
⠀
🔹 Ayrılmış zolaqla hərəkət edən avtobus tıxacda hərəkət edən avtomobilə alternativdir. Əgər tıxacda avtomobil A nöqtəsindən B nöqtəsinə 40 dəqiqə, avtobus isə 15 dəqiqə çatırsa, deməli insanlarda seçim olacaq.
⠀
🔹 Avtobus zolaqların sayəsində, hər bir marşrutun qrafikini tərtib etmək mümkündür ki, intervallar daha az olsun, ictimai nəqliyyat cəlbedici olsun.
⠀
🔹 Avtobus zolaqlarında heç bir halda hərəkət etmək olmaz, bu nəyinki qayda pozuntusudur, həm də açıq şəkildə cəmiyyətə hörmətsizliyin nümayiş etməkdir.
⠀
🔹 Avtobus zolaqlarının cəriməsini 100 manata qaldırılması, əlavə olaraq 2 cərimə ballarının tətbiq edilməsi təklif olunur. Düşünürəm ki, bu çəkindirici tədbirlə yanaşı sərt nəzarət də gələcək. Bu böyük irəlləyiş olacaq.
⠀
🔹 Bəli, sürücülər bir müddət narazı qalacaq, digər ölkələrdə bu narazılıqlar hələ də qalır, lakin 5-ci bəndə qayıdaraq - məhz ictimai nəqliyyata prioritet verməklə onu daha cəlbedici etmək və tıxacları azaltmaq mümkündür.