İnsan yönümlü şəhərlər ️
3.62K subscribers
2.5K photos
314 videos
2 files
790 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Sizcə bu nəyin xəritəsidir? 🤔
İnsan yönümlü şəhərlər ️
Sizcə bu nəyin xəritəsidir? 🤔
🚊 Əlbəttə ki, tramvay sistemləri olan ölkələrdir. Azərbaycanda və Gürcüstanda ətrafında olan yeganə ölkələrdir ki, bu sistemləri öz paytaxtlarında məhv edib.

Görəsən, "tramvay köhnəlmiş və bizə lazım olmayan nəqliyyatdır” deyənlərin bu xəritəyə dair hansı şərhləri var?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🚍 Avtobusların sayı ilə yanaşı Bakıda sürücü problemi çox aktualdır.

🔸 Bu qalmaqallı videonu yəgin gördünüz. Təbii ki, burada sürücünün davranışı qəbulolunmazdır, amma problemin kökünə baxmaq lazımdır.

Bu gün avtobus sürücüsü vəzifəsinə 900 manata peşəkarları cəlb etmək mümkün deyil. Bu çox məsuliyyətli və bizim yollarımızı nəzərə alaraq çətin bir peşədir. Hətta Ermənistanda və Gürcüstanda avtobus sürücüləri bizimkidən daha çox maaş alır. Tiflisdə 2000 manatdır, misal üçün.

Tutaq ki, bu sürücünü işdən qovdular, yenisini qısa zamanda tapa biləcəklərmi? Xeyr. Bu isə o deməkdir ki, daha bir avtobus qarajda dayanacaq, xəttə çıxmayacaq.

Bu problemin həlli isə şəhərdəki ictimai nəqliyyatın işləmə mexanizmin yenidən baxılmasında durur. Daşıyıcılar və tənzimedən qurum (AYNA) arasında subsidiya mexanizmi müəyyən olunmalıdır.

🚨 Bakının yerüstü ictimai nəqliyyatı təcili şəkildə reanimasiya olunmalıdır, çox kritik vəziyyətdədir.
Bura şəhərin mərkəzidir... 🤯

🔸 Fotonu izləyici qrupumuza göndərib.
İnsan yönümlü şəhərlər ️
🌳 Piyadalaşdırılan Xaqani bağında təmir işlərinə başlanıldı. ⠀ Bakı sakini olaraq bizim nəyinki layihədə iştirak, heç layihənin eskizinə baxmaq “təbii ki” heç bir hüququmuz yoxdur. ⠀ 🔸 Güman ki, Dəmiryol vağzalının meydanı üçün də vəziyyət eyni olacaq. Vətəndaşlar…
✍️ Xaqani bağının ətrafında aparılan yenidənqurma layihəsinin ictimaiyyətə təqdim edilməsinə dair Eldar Əzizova müraciət yazdım.

🔸 Bu arada, məlum oldu ki, BŞİH-nin rəsmi Instagram səhifəsi var, amma son paylaşım keçən ilin iyul ayında olub.
🇮🇹🚊 Bolonya şəhərində yeni tramvay şəbəkəsi tikilir.

60 ildən sonra İtaliyanın 400 minlik şəhərinə tramvaylar qayıdır. 1963-cü ildə sökülən tramvay, 2026-cı ildə yenidən küçələrə qayıdacaq.

İlkin mərhələdə iki xətt və 50 stansiya nəzərdə tutulub. 2030-cu il üçün xətlərin sayı 4-ə çatdırılacaq, gündəlik sərnişinlərin sayı isə 300 min sərnişin təşkil edəcək.

Maraqlıdır ki, xətlərin bəzi hissələrində naqillər olmayacaq, tramvaylar daxili akkumulyatorın sayəsində yolunu davam edəcək. İşlər ALSTOM tərəfindən görülür (İsveçrə, Braziliyada və Dubayda tramvay sistemlərini quran tanınmış şirkət).

Görəsən, bizim ekspertlər ki, deyirdi tramvaylar artıq lazım deyil, keçmiş əsrdən qalan mirasdır və indi heç kimə lazım deyil, bu xəbərə nə deyər?
🚲 İstiqlaliyyət küçəsində yeni veloparkinqlər quraşdırılıb.

Bu cür parkinqlər geniş yayılıb, lakin bunların əsas çatışmazlığı velosipedi duracağa kilidlənməsidir. Daha hündür olmalıdır ki, tez və rahat olsun.

Velosipedçilər, necə düşünürsünüz?
Kanalın fəaliyyətinə dəstək 💫

Sizdən dəstək, məndən kontent və şəhərimizi daha yaxşı etmək üçün dövlət qurumları ilə daimi ünsiyyət. Dəstək olan hər kəsə təşəkkür!
İnsan yönümlü şəhərlər ️ pinned «Kanalın fəaliyyətinə dəstək 💫 Sizdən dəstək, məndən kontent və şəhərimizi daha yaxşı etmək üçün dövlət qurumları ilə daimi ünsiyyət. Dəstək olan hər kəsə təşəkkür!»
Tramvay şəhərə gözəllik qatır.

🇭🇺 #Budapeşt.
⬆️ Nə yaxşı ki, cəmiyyətdə artıq düzgün düşüncə formalaşır, daha çox insan ictimai nəqliyyatın vacibliyini və üstünlüyü başa düşür.

İzləyici bizi Facebook-da belə bir postda tag edib.
🚧 Babək prospektində, "Maşın bazarı" kimi tanınan ərazidə xaotik hərəkətə son qoya biləcək layihənin icrasına başlanılıb.

Prospektin Mikayıl Əliyev küçəsi kimi tanın ərazidə AYNA belə bir layihə icra edəcək. Şəhərdə keçmişdə böyük asfalt dairələri və böyük yol qovşaqlarını bu cür transformasiyalarla daha uyğun miqyasa kiçiltmək mümkündür.

🔸 Bakı şəhərində ən azı 15-20 bu cür problemli qovşaqlar var ki, onları sadə layihələrlə daha təhlükəsiz və rahat etmək mümkündür. Biri də Ukrayna dairəsidir. Bu dairə üçün də layihə var, amma hələ ki reallaşdırılmır.
🔄 Yusif Səfərov küçəsinin əhvalatı.

15 il ərzində Yusif Səfərov küçəsi 3 dəfə genişləndirildi.

🌳 Buradakı park söküldü, ağaclar ləğv olundu, hərəkət zolaqların sayı səkkizdən 12-yə çatdırıldı.

Bu tədbirləin yeganə məqsədi tıxacların sayını azaltmaq idi. Nə baş verdi? Yol genişləndi, sürücülər fikirləşdilər ki, "indi daha rahat olar maşınla getmək", daha çox avtomobil cəlb olundu küçələrə və yenidən tıxaclar yarandı.

🔹 Tıxacların həlli yolların genişləndirilməsindən keçmir, siz daha çox digər nəqliyyatı inkişaf etdirməlisiniz ki, insanlar şəxsi avtomobil istifadəsini azaltsın.