İnsan yönümlü şəhərlər ️
3.62K subscribers
2.5K photos
314 videos
2 files
790 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
İnsan yönümlü şəhərlər ️
✍️ Xaqani bağının ətrafında aparılan yenidənqurma layihəsinin ictimaiyyətə təqdim edilməsinə dair Eldar Əzizova müraciət yazdım. ⠀ 🔸 Bu arada, məlum oldu ki, BŞİH-nin rəsmi Instagram səhifəsi var, amma son paylaşım keçən ilin iyul ayında olub.
📝 Müraciət, görünür ki, effektiv oldu.

Bakı Şəhər İcra Hakimiyyəti Xaqani bağının ətrafında eskizlər yapışdırıb. İnternetdə paylaşsaydılar əla olardı, ətraflı araşdırardıq.

Foto: Qafqazinfo.
🚧 Cavanşir körpüsü ilə vidalaşma.

Bakının ən tanınmış körpülərdən biri 1962-ci ildə inşa edilmişdir, əsas məqsədi Bakı Dəniz Limanına gedən yük qatarlarının dəmir yolunu və avtomobil axınların ayırmaq idi.

🔹 Körpü ilk sovet kosmonavtı Yuri Qaqarinin adını daşımış (eyni adlı küçənin davamı idi), müstəqillik dövründə isə Qafqaz Albaniyasının hökmdarı Cavanşirin xatirinə adlandırmışdır.

🔹Maraqlıdır ki, orijinalı Sankt-Peterburqun Ermitaj muzeyində yerləşən heykəlin kiçik mulyajları körpünün hasarında səki boyu düzülmüşdür.

🔸 20 may 2024-cü il tarixindən etibarən körpü bağlanacaq, onun söküntü işlərinə başlanılacaq. Bakının bu məkanı birdəfəlik tarixə qovuşacaq.

#cavanşirkörpüsü
🌳 Xaqani bağı belə olacaq.

Yenidənqurma işləri bitəndən sonra burada yaşıl piyada zonası olacaq. Sizin üçün buranın fotoları çəkdim, amma paylaşmaqda Bakı Gündəliyi səhifəsi qabaqladı.

Necədir?
⬆️ Xaqani bağının layihəsində ən çox bəyənilməyən məqam bu oldu, deyəsən.

Təbii ki, burada parkinqin olması heç bir məna daşımır, çünki sağında 5-mərtəbəli qaraj var.

Ən yaxşı halda bu ərazi sərnişinlərin düşürdülməsi və mindirilməsi (drop-off/pick-up) üçün istifadə edilə bilər.

Başqa bir məsələ isə bu ərazi və ümumiyyətlə bütün mərkəzi küçələr asfalt yox, daşla döşənilməlidir.