İnsan yönümlü şəhərlər ️
3.62K subscribers
2.5K photos
314 videos
2 files
791 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🎞️ Cavanşir körpüsünün tarixi fotosu.

🔸 Vaxtilə körpüdə ikitərəfli hərəkət təşkil olunmuşdur və bir hissəsində svetofor quraşdırılmışdı.

Fikir verin arxa plandakı zavodlar indiki Ağ Şəhərin ərazisidir.

🚧 Körpünün söküntüsünə artıq başladılar.

📷 Foto 2000-ci illərin əvvəlinə aiddir.

#cavanşirkörpüsü
Bu da son…

🔘 Cavanşir körpüsü. 1962-2024.

#cavanşirkörpüsü
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
İnsan yönümlü şəhərlər ️
Cavanşir körpüsünün sökülməsini, onun yerində hansı layihənin olmasını və ümumiyyətlə şəhərdə bu cür proseslər necə getməlidir - bu gün “Sabah Saxlamayaq” verilişində qonaq qismində bu mövzuda çıxış etdim. ➡️ https://youtu.be/SAh3-gwe5i0?si=5zYrO58cJGJBTRh2
🚧 Cavanşir körpüsünün sökülməsini "Sabaha saxlamayaq" verilişində müzakirə edəndə, AYNA və AAYDA-nın nümayəndələri məlumat verdilər ki, onun yerində tikilən layihənin variantları hazırda Nəqliyyatın Əlaqələndirmə Şurasında müzakirə edilir.

🔸 Masadar bir neçə layihə var, onlardan biri yaxın 20 gün ərzində seçiləcək. Ümid edək ki, şəhərin düz mərkəzində olan küçədə insan yönümlü bir mühit yaradılacaq.

🔸 Baş planan baxsaq, burada "yaşıl dəhliz" keçməlidir (körpüyə perpendikulyar), və avtomobil axınını bu yaşıl dəhlizlə necəsə ayırmaq lazım olacaq. Əgər bunu icra etməsələr, deməli, baş planın elə birinci ildə ondan kənara çıxmış olacağıq.

#cavanşirkörpüsü
🇺🇦 Kiyevdə belə bir yol qovşağı təşkil etdilər.

Fikir verin velosiped zolaqları və təhlükəsizlik adacıqları da var. Adətən bu cür qovşaqlar (tək bizdə yox, ümumiyyətlə) heç də insan yönümlü olmur, burada yeraltı keçidlər edirlər, velosiped üçün isə şərait heç olmur.

🔹 Belə baxanda, hətta misal üçün hava limanı yolu qəsəbələri velosiped yolları ilə birləşdirmək olar. Təbii ki, bu cür velozolaqlar fizik olaraq sürətli yoldan ayrılmalıdır.
🇺🇦 Müharibə şəraitində yaşayan Ukraynada baş verən urbanistik transformasilayar.

Dnepr şəhərində səkilər insanlara bu cür qaytarılır.
🇦🇿 Qusarın urbanistik icmalı.

Hələ Bakıda velosiped zolaqları olmayanda, Qusarın bir sıra küçələrində mikromobilliyin inkişafına başlanılmışdır. Amma regionda əsas problem - piyada üçün səkilərin olmaması - burada da aktualdır. Necə oldu ki, burada Avropada ki kimi velozolaqlar var, amma piyadaları düşünməyiblər? Vəziyyəti necə dəyişək?

Bu suallara cavabları növbəti vloqda axtaracağıq, veloyollara və ictimai nəqliyyata baxacağıq, eyni zamanda şəhərsalma və memarlıqdan danışacağıq.

➡️ https://youtu.be/LKOOcib8pEQ

🔹 Kanalımızın inkişafına və bizim işimizə dəstək göstərmək üçün sizdən dəstək gözləyirəm.

#vloq #regionlar #Qusar
Media is too big
VIEW IN TELEGRAM
🚧 Cavanşir körpüsündə “dar boğaz”.

Bu videoda göstərdim ki, körpünün yerində geniş yolun salınmasının niyə heç bir mənası yoxdur.

Amma reallıq necə olacaq, hələ ki heç kim bilmir.

#minivloq
🚲 Velosiped zolaqlarında indi məni daha tez-tez görəcəksiniz.

“2 Təkər” mağazasının dəstəyi ilə velozolaqları artıq özüm əyani şəkildə test edəcəm.

🔹 Şəhərin ən məşhur velodükandan və öz seçimindən bu kiçik vloqda danışdım.

#minivloq
🚧 “8 noyabr”da son vəziyyət.

Artıq prospektin bir tərəfi asfaltlanır, velosiped yolları və səkilər də demək olar ki hazırdır.

Yeni işıq dirəkləri də quraşdırılır. Ümid edirəm, onlar da müasir LED tipli işıqlar olacaq ki, həm səkini həm yolu normal işıqlandırsın.

🔸 Bu arada, şəhəri bağlayan toz dumanına fikir verin.

#8noyabrprospekti