İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.49K photos
312 videos
2 files
788 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇦🇿 Bakı şəhərinin izahlı baş planı Arxitektura Komitəsinin saytına yükləndi.

226-səhifəlik sənədi buradan yükləyə bilərsiniz.

🚊 Hər kəsi tramvaylar maraqlandırır. Qısa olaraq: Tramvay xətlərinin salınması təklif olunur, lakin onun tətbiq edilməyəcəyi ssenarilər də baş planda nəzərdə tutulur.

#başplan
Tramvay olacaq? Nə qədər metrostansiya olacaq? Yaxşı və pis məqamlar hansıdır?

Dünəndən bu suallar dayanmadan gəlir. Mən sizin üçün Bakının baş planının sənədini oxudum və təhlilini hazırladım.

🔹 Buyurun: https://city4people.az/post/baki-yeni-bas-plan-tehlil/

#başplan #bloq
Kanala dəstək olun

Dostlar, “İnsan yönümlü şəhərlər” layihəsinin işini bəyənirsinizsə, bizə dəstək ola bilərsiniz. Müasir urbanistik gələcəyə doğru 💚
Velosiped zolaqlarını qayda pozan sürücülərdən bu cür qoruyacaqlar ⬆️

#velosipedzolaqları
🚲🔁🚙 Sürücüləri velosiped yolları ilə hərəkət etməyə məcbur etsək…

“Nəqliyyat layihələndirmənin absurdları” kitabından.

#velosipedzolaqları #karikatura
Süni intellekt deyir ki Bakıya tramvaylar çox yaraşar ❤️

#tramvay
🇦🇿🇨🇭 "Azərbaycan Dəmir Yolları"nı qatarlarla təmin edən İsveçrənin "Stadler" şirkəti tramvaylar da buraxır.

🚊 Bu tramvaylar bir sıra Avropa şəhərlərində istismar olunur. Sanksiyalardan əvvəl Rusiyanın Sankt-Peterburq şəhəri də bu tramvaylardan alırdı ("Metelitsa" modelini).

Əgər Bakıya tramvaylar qaytarılacaqsa, "Stadler" ilə müqavilənin bağlanması ən uyğun variantlardan biri ola bilər.

⬆️ Hansı model daha çox xoşunuza gəlir?

#tramvay