İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)
2.32K subscribers
464 photos
7 videos
6 files
910 links
Vakansiyalar, təcrübə proqramları, şəxsi inkişafla bağlı məlumatlar

Elan və reklam yerləşdirilməsi üçün: t.me/orkhansafarli
Download Telegram
August 16, 2021
August 16, 2021
August 16, 2021
#hrazcom #insanresursları #işvar #ishvar #vakansiya

STP Şirkətlər Qrupu İnsan resurslarının idarə edilməsi departamentin Performansın idarəedilməsi, təşkilati inkişaf və hesabatlıq bölməsinə insan resursları üzrə aparıcı mütəxəssis vakansiyası elan edir.
2012-ci ildən etibarən bazarda STP MMC adı altında fəaliyyət göstərən şirkətimiz regionun ilk və ən böyük texnoparkıdır. Özündə 10-dan artıq istehsalat müəssəsini cəmləşdirən STP MMC məhsulları “Made in Azerbaijan” brendi altında dünya bazarında da öz yerini tutmaqdadır.
Özünə və peşəkarlığına güvənən, İnsan resursları sahəsində müvafiq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli;
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan və İngilis dilində yüksək səviyyədə bilmək;
- Təlim, inkişaf, iş analizlərinin aparılması və performansın idarə olunması proseslərindən məlumatlı olmaq;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
- Analitik düşünmə və problemləri həll etmə bacarığı olmalıdır.
- İstehsalat yönümlü müəssisələrdə çalışmış əməkdaşlara üstünlük verilir.
Hansı işləri görəcəksiniz:
- Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
- İnsan Resurslarının inkişaf proqramlarının hazırlanılması və gündəlik icrasının koordinasiyası;
- İnsan Resurslarının layihələrinin və inkişaf proqramlarının həyata keçirilməsi;
- Təlim və inkişaf istiqamətində hesabatlılıq mexanizminin hazırlanması və idarə edilməsi
- Müxtəlif multimedia cihazlarından istifadə, e-təhsil və s. kimi vasitələr ilə tədris mərkəzlərindən kənarda təlim prosesinin qurulmasına (müəyyən edilməsinə) və yeni təlim imkanlarının yaradılmasına dəstəyin verilməsi;
- İş analizlərinin aparılması prosesinin həyata keçirilməsi;
- KPI sisteminin qurulmasında və tətbiqi prosesinin həyata keçirilməsi;
- Sturuktur bölmə rəhbəri tərəfindən digər tapşırıqların yerinə yetirilməsi.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İnsan resursları üzrə aparıcı mütəxəssis” yazaraq 16.09.2021 il tarixinədək cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.

🌐 t.me/hrazcom
August 16, 2021
August 17, 2021
August 18, 2021
August 18, 2021
August 25, 2021
August 31, 2021
September 7, 2021
September 7, 2021
September 10, 2021
#hrazcom #intern #insanresursları

Bank of Bakunun İnsan resursları departamenti ödənişsiz təcrübə proqramı elan edir.
Proqrama kimlər müraciət edə bilər?
· İqtisadiyyat/Maliyyə/Hüquq/İdarəetmə sahələrində ali təhsil almış şəxslər;
· Azərbaycan dili üzrə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına, ingilis dili üzrə yaxşı (intermediate) səviyyədə biliklərə malik olanlar;
· MS Office proqramları, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmək bacarığı olanlar;
· Analitik düşünmə qabiliyyətinə malik olan şəxslər;
· Operativ, təşəbbüskar, komanda ilə işləmək bacarığı olan və öyrənməyə, özünü inkişaf etdirməyə həvəsi olan gənclər.

Əsas vəzifə və öhdəliklər
· Komanda ilə birgə cari tapşırıqların yerinə yetirilməsi;
· Məlumat bazalarının hazırlanması;
· Komanda ilə birgə Personal uçotu əməliyyatlarına aid təhlillərin edilməsi;
· İşə qəbul prosesində iştirak, məlumat bazalarının formalaşdırılmasına dəstək;
· Yeni həyata keçiriləcək İnsan resursları layihələrində iştirak.


Proqramdan əldə edəcəkləriniz:
· İnsan resursları sahəsi üzrə əməliyyatları praktiki tətbiq etmək bacarığı;
· İşə qəbul prosesini öyrənmək və tətbiq etmək;
· İnsan resursları ilə əlaqədar fərqli məlumat bazalarının formalaşdırılması üzrə təcrübə;
· İnsan resursları sahəsində rəsmiləşdirmə əməliyyatlarını öyrənmək və tətbiq etmək;
· İnsan Resursları ilə bağlı müxtəlif layihələrdə iştirak etmək.

o İş yeri: Baş İdarə
o İş vaxtı: 5 iş günü, 09:00-18:00


MÜRACİƏT QAYDASI
Müraciət etmək istəyən namizədlər Bank of Baku saytında, vakansiyalar hissəsindən “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində İnsan Resursları Departamenti – Təcrübə proqramı qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

🌐 t.me/hrazcom
September 10, 2021
September 14, 2021
September 16, 2021
September 28, 2021
October 3, 2021
Vakansiya: İnsan resursları üzrə aparıcı mütəxəssis

#hrazcom #vakansiya #insanresursları #işvar #ishvar

Vəzifə öhdəlikləri

• İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;
• Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
• Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
• İş stajının hesabatını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
• İş vaxtının uçotu cədvəlini hazırlayır və davamiyyətlə bağlı gündəlik qeydləri aparır;
• İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
• İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsini nəzarət edir;
• Peşələr üzrə vəzifə təlimatlarının yazılması;
• İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və rəhbərliyə hesabat verir;

Vəzifə ilə bağlı tələblər:

• Menecment, İqtisadi sahələri vəya digər müvafiq sahələr üzrə ali təhsil;
• AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini əla səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
• İnsan resursları sahəsi üzrə 2 il fasiləsiz iş təcrübəsi olmalıdır;
• E-gov Elektron Hökumət Portalında işləyə bilməlidir;
• MS Office (MS Word, MS Excel) üzrə biliyin olması;
• 1C 8.3 proqramında işləmək bacarığı;

Digər:

· Rayonlara ezamiyyət, tikinti sahələrinə yoxlamalara gedəcəyi üçün bəy namizədlərə üstünlük veriləcək.(futbol oynaya bilsə lap əla ;) )
· İş rejimi: 09:00-18:00 (5 günlük iş həftəsi).
· Əmək haqqı: Namizədin bilik və bacarıqlarına mütənasib olaraq müəyyənləşdirilir.

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “İnsan resursları üzrə aparıcı mütəxəssis” qeyd etməklə CV-lərini hr@asinshaat.az e-mail ünvanına göndərə bilərlər.

🌐 t.me/hrazcom
November 1, 2021
November 1, 2021
💐 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik! 💐

Bu gün biz iş dünyasında, cəmiyyətdə və ailədə mühüm rol oynayan bütün qadınların qarşısında baş əyirik. Onların gücü, əzmkarlığı və fədakarlığı hər bir təşkilatın uğurunun ayrılmaz hissəsidir.

İnsan resursları sahəsində çalışan qadınlar isə öz bilik və bacarıqları ilə iş yerlərində daha inklüziv, innovativ və motivasiyaedici mühitin formalaşmasına töhfə verirlər. Onların liderliyi və dəstəyi sayəsində komandalar inkişaf edir, təşkilatlar güclənir.

Bu əlamətdar gündə bütün qadınlara sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayırıq! Sizin zəhmətiniz və töhfəniz daim dəyərlidir. 🌸

#hrazcom #insanadəyər #8Mart #BeynəlxalqQadınlarGünü #İnsanResursları #HR #TəşəkkürlərQadınlar
March 8