İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)
2.32K subscribers
459 photos
7 videos
6 files
899 links
Vakansiyalar, təcrübə proqramları, şəxsi inkişafla bağlı məlumatlar

Elan və reklam yerləşdirilməsi üçün: t.me/orkhansafarli
Download Telegram
#hrazcom #təcrübə #intern #insanresursları

İnsan resursları bölməsində təcrübə proqramı

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC İnsan resursları bölməsində təcrübə proqramı elan edir. Təcrübə proqramı 2 ay müddətində nəzərdə tutulub. Təcrübə dövründə təcrübəçiyə şirkət tərəfindən ödəniş ediləcək və yekunda nəticəsi yüksək olan şəxslər kiçik mütəxəssis kimi işə qəbul ediləcəkdir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Təcrübə proqramına kimlər müraciət edə bilər?

• Yeni məzunlar
• 21-24 yaş aralığında gənclər

Namizəddə hansı özəllikləri axtarırıq?

• Ali təhsil (müvafiq sahə üzrə üstünlükdür)
• Əla səviyyədə şifahi və yazılı azərbaycan dili biliyi
• Orta səviyyədə ingilis dili biliyi
• Yüksək kommunikasiya bacarığı, səlis və aydın nitq qabiliyyəti
• MS Word, Excel proqramları üzrə orta biliklər

Təcrübə proqramı dövründə hansı işlər görüləcəkdir?

• İşəqəbul prosesinin təşkili və həyata keçirilməsi
• Vakansiyalar üzrə namizədlərin axtarışı, seçimi və müsahibələrin təşkili
• Əməkdaşların adaptasiyası prosesinin təşkili
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “İnsan resursları üzrə təcrübəçi” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

🌐 t.me/hrazcom
#hrazcom #təcrübə #intern #erp

Vakansiya: ERP üzrə Təcrübəçi

İş yeri Sumqayıt

Tələblər:

Güclü proqramlaşdırma bilikləri
Analitik yanaşma
ERP-də işləmə üzrə səriştələr
Kanpaniyaların ERP üzərində aktiv edilməsi bacarığı
Stok kartların açılması bacarığı
Təhsil ( kompyuter texnologiyaları, proqramlaşdırma sahələri üzrə)

Təkliflərimiz:

❇️Əmək haqqı 250 Azn
❇️MİS və hesabatvermə sistemlərinin öyərdilməsi
❇️5 günlük, 6 saatlıq iş qrafiki
❇️Nahar və servis (Bakı, Sumqayıt) şirkət tərəfindən təmin edilir.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən mövzu yerinə vakansiyanın adını qeyd edərək CV-lərini ✉️hr@delta-group.az mail ünvanına göndərmələri xahiş olunur. Uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

🌐 t.me/hrazcom
#hrazcom #intern #insanresursları

Bank of Bakunun İnsan resursları departamenti ödənişsiz təcrübə proqramı elan edir.
Proqrama kimlər müraciət edə bilər?
· İqtisadiyyat/Maliyyə/Hüquq/İdarəetmə sahələrində ali təhsil almış şəxslər;
· Azərbaycan dili üzrə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına, ingilis dili üzrə yaxşı (intermediate) səviyyədə biliklərə malik olanlar;
· MS Office proqramları, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmək bacarığı olanlar;
· Analitik düşünmə qabiliyyətinə malik olan şəxslər;
· Operativ, təşəbbüskar, komanda ilə işləmək bacarığı olan və öyrənməyə, özünü inkişaf etdirməyə həvəsi olan gənclər.

Əsas vəzifə və öhdəliklər
· Komanda ilə birgə cari tapşırıqların yerinə yetirilməsi;
· Məlumat bazalarının hazırlanması;
· Komanda ilə birgə Personal uçotu əməliyyatlarına aid təhlillərin edilməsi;
· İşə qəbul prosesində iştirak, məlumat bazalarının formalaşdırılmasına dəstək;
· Yeni həyata keçiriləcək İnsan resursları layihələrində iştirak.


Proqramdan əldə edəcəkləriniz:
· İnsan resursları sahəsi üzrə əməliyyatları praktiki tətbiq etmək bacarığı;
· İşə qəbul prosesini öyrənmək və tətbiq etmək;
· İnsan resursları ilə əlaqədar fərqli məlumat bazalarının formalaşdırılması üzrə təcrübə;
· İnsan resursları sahəsində rəsmiləşdirmə əməliyyatlarını öyrənmək və tətbiq etmək;
· İnsan Resursları ilə bağlı müxtəlif layihələrdə iştirak etmək.

o İş yeri: Baş İdarə
o İş vaxtı: 5 iş günü, 09:00-18:00


MÜRACİƏT QAYDASI
Müraciət etmək istəyən namizədlər Bank of Baku saytında, vakansiyalar hissəsindən “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində İnsan Resursları Departamenti – Təcrübə proqramı qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

🌐 t.me/hrazcom
#hrazcom #vakansiya #intern #təcrübə #işvar #ishvar

Araz Supermarket karyerasına yeni başlayan gənclər üçün təcrübə proqramı elan edir.

Təcrübəçilər “Araz" Supermarketlər şəbəkəsinin müxtəlif departamentlərində (Hüquq, Maliyyə, Marketinq, İnsan Resursları, Təchizat, Satış və s.) təcrübə keçmək imkanı əldə edəcəklər.

Təcrübə proqramı universitetin 4-cü kurs tələbələri, magistr tələbələri və məzunlar (universiteti son 1 ildə bitirmiş) üçün nəzərdə tutulub.

Təcrübə proqramına cəlb ediləcək namizədlər aşağıdakı bacarıqlara malik olmalıdır:

- Məntiqi və analitik düşünmə;
- Ünsiyyət və təqdimat;
- Yüksək səviyyədə ingilis dil biliyi.

Təcrübə müddəti 3 aylıqdır, rəsmi və ödənişlidir. Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclər, davamlı işlə təmin oluna bilərlər.
Proqrama qoşulmaq istəyən şəxslər 17 dekabr tarixinədək cv-lərini mövzu sətrində “Təcrübə proqramı” qeyd edərək career@retail.az ünvanına göndərə bilər.

🌐 t.me/hrazcom
#vakansiya #təcrübə #intern

Əziz Könüllü,

Bu xəbər sənin üçündür!

Əgər sən İnsan Resursları üzrə bilik və bacarıqlarını inkişaf etdirmək və bu sahədə karyera qurmaq istəyirsənsə.

Kapital Bank namizədləri insan resursları departamentinin İşə qəbul, Əmək münasibətlərinin idarə edilməsi, Təşkilati öyrənmə və inkişaf, Performansın idarə edilməsi və motivasiya
şöbələrinə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Tələblər:
Ali təhsil;
MS Office proqramları üzrə işləmək qabiliyyəti; Ünsiyyətqurma və səlis danışıq qabiliyyəti; Səbirli, məsuliyyətli və intizamlı; Yüksək motivasiyalı və öyrənməyə açıq.

Öhdəliklər:
Verilən tapşırıqların vaxtında yerinə yetirilməsi; Ümumi iş prosesinə dəstək olunması və s.

*Təcrübə müddəti 3 ay ödənişsizdir.

Əgər təklif Sizə maraqlıdırsa, CV-lərinizi mövzu hissəsinə "Təcrübəçi" yazaraq ziyafat.baloglanli2@kapitalbank.az e-mail ünvanına göndərməklə vakansiyaya müraciət edə bilərsiniz.

🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #təcrübəproqramı #təcrübə #intern #SOCAR
SOCAR Ödənişli İstehsalat Təcrübəsi Proqramına qəbul üçün müsabiqə elan edir.

Proqram çərçivəsində aşağıdakı ixtisas istiqamətləri üzrə təcrübə proqramına qəbul və uğurla başa vuranların işə qəbulu nəzərdə tutulmuşdur: (son 3 ilin məzunları və sonuncu kurs tələbələri üçün)

1. İnşaat/Təmir-tikinti;
2. Geologiya;
3. Əməyin mühafizəsi və həyat fəaliyyətinin təhlükəsizliyi;
4. Kimya Texnologiya;
5. İqtisadiyyat və idarəetmə;
6. Neft-qaz-mədən;
7. Mühəndis (qaz təsərrüfatı üzrə);
8. NÖC və Avtomatika;
9. Mexanika;
10. Energetika.

Ətraflı məlumat və müraciət etmək üçün link: https://lnkd.in/gV7BXRCk

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #təcrübə #təcrübəproqramı #intern
"MKT İstehsalat Kommersiya" MMC İnsan resursları sahəsinə (İşə qəbul, Sənədləşmə və Kadr kargüzarlığı, Təlim və inkişaf, Payroll) təcrübəçilər axtarışındadır. Yayı daha səmərəli keçirmək istəyənlər üçün "Yay Təcrübə Proqramı" çərçivəsində bu sahəyə marağı olan və özünü inkişaf etdirmək istəyən gənclər aşağıda qeyd olunan linkə keçid edərək, müraciətlərini tamamlaya bilər.

Link: https://bit.ly/3PWkQib

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #təcrübəproqramı #intern
“A+CO” ASC şirkəti İnsan Resursları və İnzibati İdarəetmə Departamentində təcrübə proqramı elan edir.

“A+CO” ASC şirkəti karyerasına peşəkar kollektivlə birgə çalışaraq başlamaq istəyən şəxslər üçün təcrübə proqramı elan edir.

🔍 Tələblər:

∙ Ali təhsil ( İnsan Resursları , Biznesin təşkili, Maliyyə və Hüquq və s.)
∙ Riyazi biliklər və məntiqi təfəkkür;
∙ Ofis proqramlarını orta səviyyədə bilmə;
∙ Təşəbbüskar və məsuliyyətli olma;
∙ Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
∙ Özünü inkişafa meyillilik;
∙ Komandada işləmə bacarığı;
∙ Ünsiyyət qurma və səlis danışıq qabiliyyəti;
∙ Punktual və nizam-intizamlı.

🏢 İş şəraiti:

∙ İş yeri: Xırdalan şəhəri
∙ 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
∙ Nahar Şirkət tərəfindən təmin olunur;
∙ 20 Yanvar metrosundan servis xidməti ilə təmin olunur;

📥 Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Təcrübəçi” yazaraq hr@aplusco.az ünvanına
göndərilməsi xahiş olunur.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #təcrübə #intern
💼 ‘’Kristal Abşeron’’ şirkətində Anbardar (Təcrübəçi) vakansiyası aktivdir.

🔍 Tələblər:

- Ali təhsil;
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
- Azərbaycan dilini mükəmməl bilməli;
- Komandada işləmək bacarığı.

📃 Vəzifə öhdəlikləri:

- Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlüyünü təmin etmək;
- Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal-material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət etmək;
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini həyata keçirmək;
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini həyata keçirmək;
- Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək.

🏫 İş şəraiti:

- Təcrübə müddəti 3 ay müddətində;
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı: 300 AZN

📩 Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını linkedin mesaj qutusuna və ya e-mail vasitəsilə mövzu yerinə “Anbardar (Təcrübəçi)” yazmaqla ''hr@kristalabsheron.az'' elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #təcrübə #intern
💼 Vakansiya: İR Təcrübəçi

🔍 Tələblər:


• Ali təhsil ;
• Yaş: 21-25;
• Cinsi:Kişi
• Güclü ünsiyyətqurma qabiliyyəti;
• İR sahəsi üzrə karyera qurmaq hədəfi;
• MS Office bilikləri;
• Öyrənməyə və inkişafa yüksək həvəs;
• Analitik düşünmə qabiliyyəti;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;

🏢 İş şəraiti:

• İstirahət günləri: Şənbə və Bazar;
• Əmək Müqaviləsinin müddəti : 3 ay;
• Təcrübə müddəti üzrə əmək haqqı: 300 AZN
• Təcrübə müddətini uğurla keçən təcrübəçi işlə təmin edilə bilər.

Qeyd: MBA (İnsan Resurslar üzrə) və HR Təlimlərində iştirak edən nazmizədlərə üstünlük verilir.

📩 Müraciət etmək istəyən namizədlər CV-lərini azhrecruiters@gmail.com e-mail ünvanına mövzu hissəsinə “İnsan Resursları üzrə Təcrübəçi” qeyd edərək göndərə bilərsiniz.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #ishvar #işvar #vakansiya #təcrübə #intern
💼 NOVCO şirkəti #maliyyə departamentində təcrübə imkanı.

🔍 Tələblər:

• Ali təhsil (Maliyyə, Mühasibat uçotu)
• Riyazi biliklər və məntiqi təfəkkür

🏭 İş şəraiti:

• Təcrübə müddəti: 3 ay
• 5/7 iş qrafiki, iş vaxtı 09:00-18:00

📩 E-mail: career@novco.com , mövzuda Təcrübə proqramı yazaraq CV göndərə bilərsiniz.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #ishvar #təcrübə #intern #internship
💼 BRAVO-da ÖDƏNİŞLİ TƏCRÜBƏ PROGRAMI !

Karyerana Bravo ilə təkan ver!

📍 Təcrübə sahələri:


Kommersiya
Plonogram
Riskərin idarə edilməsi
İT və Biznes sistemləri
Keyfiyyətin idarə edilməsi
Mağazaların inkişafı (inşaat, mexanika və elektrik sistemləri)
Pərakəndə satışın genişləndirilməsi
İnsan Resursları (Təlim və inkişaf, İR informasiya sistemləri)

🔍 Tələblər:

Ali Təhsil
Bakalavr dərəcəsini son 3 ildə bitirmiş olması
Azərbaycan və İngilis dilində sərbəst danışıq qabiliyyəti
Excel programı üzrə yüksək səviyyədə bilik
Məsuliyyət, Dəqiqlik, İnkişafa meyillilik
Şifahi və yazılı ünsiyyət bacarığı

📩 Müraciət Linki: https://forms.office.com/r/WgEBXWQDbX

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #ishvar #işvar #təcrübə #intern
💼 "Azerbaijan United Carriers" QSC təcrübə proqramına start verir !
Yeni məzun olan və maliyyə-mühasibatlıq biliklərinə sahib gənc dost, bu elan məhz sənin üçündür !

📄 Öhdəliklər:

- Gündəlik işlərin hesabata alınması, sənədləşdirilməsi;
- Gündəlik gələn sifarişlərin təqib edilməsi;
- Sənədləşmə işlərinin görülməsi;
- Aktların düzgünlüyününün yoxlanılması.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların həll edilməsi;


🔍 Tələblər:

- Ali təhsil (Mühasibatlıq və Maliyyə ixtisası üzrə);
- MS Excel proqramında çalışmaq bacarığı;
- Maliyyə-mühasibatlıq biliklərinin olması.

🏭 İş şərtlərimiz:

- Əmək haqqı: 300 AZN;
- 6 günlük növbəli iş qrafiki;
- İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, Neptun marketlə üzbəüz;
- Servis şirkət tərəfindən təmin edilir.

📩 Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasib-təcrübəçi” yazaraq hr@auc.az ünvanına göndərmələri xahiş olunur.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #ishvar #işvar #təcrübə #intern
💼 "Araz" Supermarket MMC-də Mühasibatlıq Departamentində, hal-hazırda aşağıda qeyd olunan təcrübəçi vakansiyaları mövcuddur.

Yerli Tədarükçülərlə Hesablaşmalar bölməsi / Yerli tədarükçülərlə hesablaşmalar üzrə təcrübəçi
Fakturaya nəzarət şöbəsi / Fakturaya nəzarət üzrə təcrübəçi
İdxal Əməliyyatları bölməsi / İdxal əməliyyatları üzrə təcrübəçi

🔍 Tələblər:

Ali təhsil (Maliyyə, Mühasibat uçotu);
MS Office bilikləri - (Excel,Power Point, Outlook) yaxşı səviyyədə olmalı.

Qeyd: Təcrübə proqramı müddəti 3 aydır, ödənişli və rəsmi formada təşkil olunur.
📩 Uyğun namizədlər müraciət etdiyi vakansiya adını qeyd edərək cv-lərini career@retail.az ünvanına göndərə bilərlər.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #ishvar #işvar #təcrübə #intern
💼 Vakansiya: İşə qəbul üzrə mütəxəssis (Biznes Tərəfdaş)

✓ İstehsal sahəsində ən azı il təcrübəsi olması gərəkdir)
✓ İş yeri - Hökməli qəsəbəsi filialı
✓ Nahar verilir
✓ Servis ilə qarşılanır
✓ Tibbi sığorta mövcuddur
✓ Əmək haqqı - 800 azn

📩 Uyğun namizədlər #cv-lərini fidan.aliyeva@avrora.az ünvanına göndərə bilərlər.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #ishvar #işvar #təcrübə #intern
💼 SOCAR Gənc İstedadlar proqramını elan edib:

- 5 ay ərzində SOCAR-da istehsalat təcrübəsində iştirak etmək
- təlimlərdə iştiak etmək
- müəyyən edilmiş təqaüddən yararlanmaq
- fərqlənən gənclərin işlə təmin olunma imkanı

Ətraflı:
https://lnkd.in/dAcYdKHz

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #ishvar #işvar #təcrübə #intern
💼 Təcrübəçi Animator vakansiyası

Şirkət: Animators Studio
Şirkət Təsnifatı: Animasiya xidməti
E-poçt Ünvanı: talant@animators.az
Vebsaytımız : www.animators.az

📄 Öhdəliklər:

● Ağ lövhə animasiya videolarının hazırlanması(Təcrübəçiyə işin öyrənilməsi üçün
bələdçilik ediləcək)

🔍 Tələblər:

● Kreativ olmaq
● İngiliscə mükəmməl oxuma və başa düşmə qabiliyyəti
● Yaş aralığı: 18-25
● Təcrübə tələb olunmur
● Tələbələr və yeni məzunlar

İş qrafiki :

● Sərbəst , Home Office (Məsafədən İşləmək )

Əmək Haqqı:
● Ödənişli

📩 Qeyd: CV-nizi talant@animators.az mailinə başlıq hissəsində “ Təcrübəçi Animator” qeyd edərək göndərin. Uyğun olan “CV”lərə e-mail vasitəsi ilə geri dönüş olacaq.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya #intern #təcrübə
💼 Vakansiya: İnsan Resursları üzrə təcrübəçi (Bazarstore)

🔍 Tələblər:


- Ali təhsilli (iqtisadiyyat, menecment, insan resursları və s. ixtisası üzrə) məzunlar;
- MS Ofiice proqramlarından istifadə etməyi bacarmalı;
- Əmək məcəlləsi və qanunvericiliyin digər normativ qaydalarından anlayışlı olmalı;
- Əmək haqqı hesablamaları ilə bağlı məlumatlı olmalı;
- İş təcrübəsi tələb olunmur;
- Staj müddəti ödənişlidir;
Nahar şirkət tərəfindən təmin edilir.

📩 Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində "İnsan Resursları üzrə təcrübəçi (Bazarstore)" qeyd etməyiniz xahiş olunur.

İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Bakı

Bu və digər vakansiyalar mobiı telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya #intern #təcrübə
💼 "GÜVƏN DAYƏ" şirkəti KÖNÜLLÜ TƏCRÜBƏ PROQRAMI elan edir.
Özünəgüvənən, yüksək təqdimat və inandırma bacarığı olan, karyera qurmaq istəyən Ali, orta ixtisas təhsilini yeni bitirmiş və ya qiyabi təhsil alan dinamik gənclər üçün KÖNÜLLÜ TƏCRÜBƏ PROQRAMI elan edir.

Proqrama aşağıdakı sahələr aiddir
1. Ofis meneceri
2. Qrafik dizayner
3. Oyun dostu


🔍 Ümumi tələblər

Yaş: 18- 28
Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (üstünlük)

İş qrafiki:
I - 10:00 - 13:00
II - 14:00 - 17:00
III- Onlayn

🔍 Ofis meneceri üzrə xüsusi tələblər :
- MS Word, MS Excel

🔍 Qrafik Dizayn üzrə xüsusi tələblər:
-Adobe Photoshop
- Adobe Illustrator

🔍 Oyun dostu üzrə xüsusi tələblər:
- Pedaqoq, Psixologiya ixtisası olanlara (üstünlük)

📩 Müraciət qaydaları: Qeyd edilən tələblərə uyğun namizədlərdən öz CV lərini mövzu bölməsinə müraciət etdiyi sahəni qeyd edərək guvendayeshirketi@gmail.com elektron poçt ünvanına göndərməkləri xahiş edilir.
Telefon: 051 353 97 91
Instagram: @guvendaye.az
Facebook : Güvən Dayə xidməti

Bu və digər vakansiyalar mobiı telefonunuzda:
🌐 t.me/hrazcom