İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)
2.32K subscribers
459 photos
7 videos
6 files
900 links
Vakansiyalar, təcrübə proqramları, şəxsi inkişafla bağlı məlumatlar

Elan və reklam yerləşdirilməsi üçün: t.me/orkhansafarli
Download Telegram
#hrazcom #vakansiya #insanresursları #ishvar #işvar

Vəzifə: İnsan Resursları üzrə mütəxəssis

Əmək haqqı: 600 Azn
İş qrafiki: Həftədə 6 gün
Nahar şirkət tərəfindən təmin olunur.

Namizədə Tələblər:

- Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
- Ali təhsil;
- Bu sahədə minimum 2 il iş təcrübəsi;
- E-gov Elektron Hökumət Portalında mükəmməl işləyə bilmək;
- 1C bilikləri

Vəzifə öhdəlikləri:

- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Əmək kitabçalarında qeydlər aparmaqla iş qeydiyyatını aparmaq;
- Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
- İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın 1-2-sində tam məlumatı təqdim etmək.
- İşə Qəbul müsahibələrinin / ilkin görüşlərin keçirilməsi və dəyərləndirilməsi

Qeyd : Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla office@azprotein.az elektron ünvanına göndərmələri xahiş olunur.

🌐 t.me/hrazcom
#hrazcom #insanresursları #ishvar #işvar #vakansiya

Hal-hazırda AİSCO şirkətində İR Menecer vəzifəsi mövcuddur.

- Ali təhsil (SHRM və s. beynəlxalq sertifikatı)
- Bu sahədə min. 5 il təcrübəsi
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
- İnsan resurslarının idarə olunması, funksiyaları, prosedurları haqqında mükəmməl biliyə malik olmalı;
- Azərbaycan dilini yüksək səviyyədə bilməli, İngilis dili arzuolunandır.
- MS Office proqramlarını, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilməli;

Ə/h 1500-2000 azn (namizədə görə)

Maraqlanan namizədlər mövzu yerində “HR” yazmaqla öz CV-lərini hr@aisco.az ünvanına göndərə bilərlər.

🌐 t.me/hrazcom
#hrazcom #vakansiya #işvar #ishvar #insanresursları

Woodpecker mebel fabrikinə İR şöbə rəhbəri axtarılır. Maraqlı şəxslər hr@rifahqrup.az email-na cv göndərə bilər.

Fabrik Cəlilabad rayonunda yerləşir.

🌐 t.me/hrazcom
#hrazcom #insanresursları #işvar #ishvar #vakansiya

STP Şirkətlər Qrupu İnsan resurslarının idarə edilməsi departamentin Performansın idarəedilməsi, təşkilati inkişaf və hesabatlıq bölməsinə insan resursları üzrə aparıcı mütəxəssis vakansiyası elan edir.
2012-ci ildən etibarən bazarda STP MMC adı altında fəaliyyət göstərən şirkətimiz regionun ilk və ən böyük texnoparkıdır. Özündə 10-dan artıq istehsalat müəssəsini cəmləşdirən STP MMC məhsulları “Made in Azerbaijan” brendi altında dünya bazarında da öz yerini tutmaqdadır.
Özünə və peşəkarlığına güvənən, İnsan resursları sahəsində müvafiq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli;
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan və İngilis dilində yüksək səviyyədə bilmək;
- Təlim, inkişaf, iş analizlərinin aparılması və performansın idarə olunması proseslərindən məlumatlı olmaq;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
- Analitik düşünmə və problemləri həll etmə bacarığı olmalıdır.
- İstehsalat yönümlü müəssisələrdə çalışmış əməkdaşlara üstünlük verilir.
Hansı işləri görəcəksiniz:
- Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
- İnsan Resurslarının inkişaf proqramlarının hazırlanılması və gündəlik icrasının koordinasiyası;
- İnsan Resurslarının layihələrinin və inkişaf proqramlarının həyata keçirilməsi;
- Təlim və inkişaf istiqamətində hesabatlılıq mexanizminin hazırlanması və idarə edilməsi
- Müxtəlif multimedia cihazlarından istifadə, e-təhsil və s. kimi vasitələr ilə tədris mərkəzlərindən kənarda təlim prosesinin qurulmasına (müəyyən edilməsinə) və yeni təlim imkanlarının yaradılmasına dəstəyin verilməsi;
- İş analizlərinin aparılması prosesinin həyata keçirilməsi;
- KPI sisteminin qurulmasında və tətbiqi prosesinin həyata keçirilməsi;
- Sturuktur bölmə rəhbəri tərəfindən digər tapşırıqların yerinə yetirilməsi.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İnsan resursları üzrə aparıcı mütəxəssis” yazaraq 16.09.2021 il tarixinədək cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.

🌐 t.me/hrazcom
#hrazcom #ishvar #işvar #vakansiya #insanresursları

"Azərbaycan Dəmir Yolları" QSC-nin (#ady) İnsan resursları idarəsində aşağıda qeyd edilən vakansiya aktivdir:

1. Mütəxəssis (V210816-2)
Əmək haqqı şöbəsi
Ətraflı: https://lnkd.in/eVFtYTf8

🌐 t.me/hrazcom
#hrazcom #insanresursları #vakansiya #işvar #ishvar

Vakansiya: Kadr işləri üzrə köməkçi
İş barədə məlumat:
- AR-nın Əmək Qanunvericiliyinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
- İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
- Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- Xəstəlik vərəqələrinin doldurulması və qeydiyyatı;
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
- Həftəlik və aylıq hesabatların hazırlanması;
- Elektron və yazılı Əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı ;
- Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.).
- İşçi heyətinin müqavilələrinin, əlavə razılaşmalarının, əmrlərinin, bildiriş məktublarının, intizam məsuliyyətinə cəlbetmə haqqında əmrlərin hazırlanması (xəbərdarlıq, töhmət) və s.;
- Yeni əmək kitabçalarının verilməsi , doldurulması və qeydiyyatı ;
- İşçi heyətinin tələb olunan hallarda düzgün əvəz edilməsinə nəzarət edilməsi (şirkəti tərk etdikdə, məzuniyyətə çıxdıqda, müvəqqəti əvəz olunduqda);
- İşçi heyəti üçün iş davamiyyəti cədvəllərinin hazırlanması və işçilərin əmək haqqılarının vaxtında və dəqiqliyi ilə ödənilməsini təmin etmək üçün mühasibat şöbəsi ilə birgə işin təşkil olunması;
- İşçilərin gündəlik davamiyyətini müəssisədə quraşdırımış turniketlə işləmək;
- İşdən çıxan işçilərin şəxsi işlərinin Azərbaycan Qanunvericiliyinə uyğun olaraq arxivləşdirmək;
Namizədə tələblər:
- Ali təhsil
- 1 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək.
- Kommunikativ bacarığı, məsuliyyətlilik
- Ofis texnikası və komputer texnologiyalarından inamla işləmə qabiliyyəti
- Microsoft Office, 1 C proqram
E-mail: ali.israyilzade@vbc.az

🌐 t.me/hrazcom
#hrazcom #insanresursları #vakansiya #işvar #ishvar

Vakansiya: İR mütəxəssis

“ Debet Safety “ MMC Fərdi Mühafizə Vasitələri və İşçi geyimləri istehsalı və təchizatı ilə məşğuldur.

Namizədə olan tələblər :
∙ İnsan resursları üzrə min 2-3 il iş təcrübəsi
∙ Dil bilikləri : Azərbaycan, Rus dillərində sərbəst danışmaq ve işgüzar yazışmanı aparmaq

Vəzifə üzrə tələblər :
∙ Müəssisələrin işçilərini əmək qanunvericiliyinə əsasən işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması ilə bağlı prosedurların yerinə yetirilməsi,
∙ Əmək qanunvericiliyin tələblərinə əsasən müvaviq əmrlərin hazırlanması,
∙ İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin daxil edilməsi,
∙ İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatın aparılması; əmək kitabçalarında müvafiq qeydlərin aparılması,
∙ Məzuniyyət qrafikinin və cədvəlininin tərtib olunması,
∙ İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlanıb təqdim edilməsi,
∙ İş vaxtının uçotu ( davamiyyət ) cədvəllərinin tərtib edilməsi,
∙ Müəssisələrə əmək qanunvericiliyi ilə bağlı mütamadi olaraq müvafiq məsləhətlərin və izahatların verilməsi,
∙ Vakansiyalar üzrə iş elanlarını yerləşdirmək, daxil olan CV-ləri analiz etmək və uyğun namizədlərlə görüşləri həyata keçirmək,
∙ İşə qəbulla bağlı namizədlər üçün müvafiq qiymətləndirmə formaları (suallar, testlər və s.) hazırlamaq,
∙ Şirkətin fəaliyyəti ilə əlaqədar bütün kadr sənədləşməsinə dair sənədlərin (qərarlar, əmrlər, əsasnamələr, prosedurlar və s.) üzərində işləmək bacarığı,
∙ e-gov,e-sosial portallarda şərbəst işləmək.
∙ Qanunvericilikdən irəli gələn digər işlərin yerinə yetirilməsi,
Namizədə tələblər:
∙ Ali təhsil;
∙ İnsan resursları üzrə ən azı 2 il iş təcrübəsi,
∙ AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini əla səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı,
∙ Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı,
∙ Əla səviyyədə kompüter bacarıqları (MS Office proqramları),
∙ 1C proqramında işləmək bacarığı,
∙ Güclü ünsiyyət və danışıq qabiliyyəti,
∙ Azərbaycan, Rus dillərini mükəmməl bilməli,
∙ Komandada işləmək bacarığı.
İş şəraiti :
∙ 5 günlük iş həftəsi ( 08.15- 17.15),
∙ Nahar və servis (nəqliyyat ) (m. Köroğlu, m. 20 yanvar iş yerinədək və geri dönməklə ) şirkət tərəfindən təşkil olunur,
∙ AR qanunvericiliyə uyğun rəsmiləşdirilməsi,
∙ Bayram, hüzn və qeyri iş günlərində şirkət çalışmır
İş yeri: Atyalı qəsəbəsi ( Höküməli dairəsindən sonra )
CV-ləri subject bölməsində İnsan resursları üzrə mütəxəssis qeyd etməklə hr@debet.az e-mail ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi : 050 286 69 80

🌐 t.me/hrazcom
#hrazcom #ishvar #işvar #vakansiya #insanresursları

“Delta Qrup C.O.” MMC
İnsan Resursları Biznes Partnyor


Müvafiq tələblər:
Kurasiyasında olan strukturlarla aşağıdakı məsələlər üzrə əməkdaşlıq etmək:
-Vakansiyalarını qiymətləndirmək, operativ, dəqiq təhlil etmək
-Talant seçimi və idarə edilməsi qaydalarını bilmək və işində tətbiq etmək
-Kadr Planlama tədbirlərini həyata keçirtmək
-Təlim inkişaf fəaliyyətini reallaşdırmaq
Təhsil səviyyəsi: Humanitar, iqtisadi və ya uyğun sahədə ali təhsil
İş təcrübəsi: İnsan resursları üzrə 1 il, işə qəbul üzrə 1 il iş təcrübəsi
Dil bilikləri: Azərbaycan (əla), ingilis (orta), rus (orta)

İş şəraiti üzrə təkliflərimiz:
-İş yeri:Sumqayıt şəhəri
-İş qrafiki: Həftəiçi 5 gün 09:00-18:00
-Əmək haqqı – 775 Azn
-Bakı və Sumqayıt ərazisi üzrə servis xidməti
-Tibbi sığorta,
-Nahar
-Özünü inkişaf planlaması və karyera inkişaf proqramı

Müraciət üçün vakansiyanın adını qeyd edərək CV-nizi
hr@delta-group.az mail ünvanına yönləndirməsi xahiş edilir. Vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

🌐 t.me/hrazcom
#hrazcom #təcrübə #intern #insanresursları

İnsan resursları bölməsində təcrübə proqramı

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC İnsan resursları bölməsində təcrübə proqramı elan edir. Təcrübə proqramı 2 ay müddətində nəzərdə tutulub. Təcrübə dövründə təcrübəçiyə şirkət tərəfindən ödəniş ediləcək və yekunda nəticəsi yüksək olan şəxslər kiçik mütəxəssis kimi işə qəbul ediləcəkdir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Təcrübə proqramına kimlər müraciət edə bilər?

• Yeni məzunlar
• 21-24 yaş aralığında gənclər

Namizəddə hansı özəllikləri axtarırıq?

• Ali təhsil (müvafiq sahə üzrə üstünlükdür)
• Əla səviyyədə şifahi və yazılı azərbaycan dili biliyi
• Orta səviyyədə ingilis dili biliyi
• Yüksək kommunikasiya bacarığı, səlis və aydın nitq qabiliyyəti
• MS Word, Excel proqramları üzrə orta biliklər

Təcrübə proqramı dövründə hansı işlər görüləcəkdir?

• İşəqəbul prosesinin təşkili və həyata keçirilməsi
• Vakansiyalar üzrə namizədlərin axtarışı, seçimi və müsahibələrin təşkili
• Əməkdaşların adaptasiyası prosesinin təşkili
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “İnsan resursları üzrə təcrübəçi” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

🌐 t.me/hrazcom
#hrazcom #insanresursları #vakansiya #işvar #ishvar

Vakansiya: Əmək haqqı mütəxəssisi
Əmək haqqı: 1500 AZN
Şirkət: Azərlotoreya
İş qrafiki: 5 günlük

CV-lərinizi murad.mursalli@gilanagriculture.com ünvanına göndərə bilərsiniz.

🌐 t.me/hrazcom
#hrazcom #vakansiya #ishvar #işvar #insanresursları

Vakansiya: HR Mütəxəssis

Vəzifə öhdəlikləri:


- Ştat cədvəllərinin və təşkilati strukturun hazırlanması (əmr, əsasnamələrin prosedura uyğun hazırlanması)
- Əmək qanunvericiliyinə uyğun olaraq işçilərin sənədləşdirilməsi (qəbulu, Qanunvericiliyin tələblərinə uyğun əmək şəraitinin dəyişdirilməsi, işdən azad olunması və digər kadr proseslərinin sənədləşdirilməsinin təşkili və nəzarət, həmçinin arayışların yazılması və qeydiyyatı)
- Əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi
- E-gov.az Elektron Hökumət Portalında, its.gov.az portalında işləyə bilmək
- Vəzifə təlimatlarının hazırlanması
- İşçilərin qeydiyyatı və sığortalanması ilə bağlı Dövlət Qurumları, Qeyri Dövlət qurumları ilə əlaqəli işlərin görülməsi
- Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
- İşçilərin gündəlik və aylıq dəvamiyyətinin izlənilməsi və ayın sonu dəvamiyyət tabellərinin hazırlanaraq mühasibatlığa təhvil verilməsi;
- Əmək haqqı hesablaması üçün mühasibat şöbəsi ilə əlaqəli şəkildə fəaliyyət göstərilməsi və tələb olunan vaxtda məlumatların hazırlanaraq təqdim edilməsi;
- Şirkət üzrə bütün növ əmrlərin yazılması (işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.,)
- İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi
- Əmək kitabçalarının yazılması, əmək haqqı kartlarının sifarişi
- İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələrin hazırlanması
- Əcnəbi və vətandaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində iş icazəsinin alınması üçün tələb olunan sənədlərin toplanması, anket formaların tərtib edilməsi

Tələblər:

- Ali təhsil
- AR Əmək Məcəlləsini mükəmməl bilmək
- Ofis proqramları ilə işləmə bacarığı, xüsusilə Excel, Word,
- Azərbaycan dilini mükəmməl bilməli
- İnsan resursları sahəsində azı 5 il təcrübəsi (səhiyyə sektorunda təcrübəsi olmağı üstünlükdür)
Namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək coshgun.hashimov@kbt.az ünvanına göndərsinlər.

🌐 t.me/hrazcom
#hrazcom #insanresursları #ishvar #işvar #vakansiya

Vakansiya: İnsan Resursları və təlim departamentinin rəhbəri
Əmək funksiyaları:
- İnsan resursları və təlim departamentinin işinin təşkili;
- İnsan resurslarının planlaşdırılması və idarə olunması;
- Şirkətin strateji hədəflərinə xidmət göstərən əməliyyat planlarının icrasının təmin olunması;
- İşə qəbul prosesinin təşkili və ona nəzarət;
- İşə qəbul və adaptasiya planının hazırlanması və plana uyğun olaraq adaptasiya tədbirlərinin təmin olunması;
- İnsan resursları inzibatçılığı və rəsmiləşdirmə işlərinin təşkili;
- Prosedur və qaydaların hazırlanması və inkişafı;
- Əməyin qiymətləndirilməsi prosesinin təşkili və idarə olunması;
- Təlim ehtiyyaclarının müəyyən edilməsi;
- İşçilər üçün inkişaf və təlim proqramlarının hazırlanması;
- Daxili və xarici təlimlərin təşkil olunmasına nəzarət;
- İşçi məmnuniyyətinin ölçülməsi və müvafiq olaraq təkliflərin hazırlanması;
- Həvəsləndirmə və mükafatlandırma sisteminin inkişafı;
- Şikayyət, təklif və müraciətlərin araşdırılması və müvafiq qərarların qəbul edilməsi;
- İntizam proseslərinin idarə olunması;
- İR üzrə audit işlərinin həyata keçirilməsi;
- İnsan resurları üzrə müxtəlif hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- İnsan resurslarının inkişafı üzrə təkliflər hazırlamaq;
- İnsan resursları üzrə potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması.
Tələblər:
- Ali təhsil;
- İnsan resursları sahəsində ən azı 7 il iş təcrübəsi, o cümlədən bu sahədə rəhbər vəzifəsində minimum 3 il iş stajı;
- AR əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- İnsan resurslarının funksiyaları, standartları və prosedurları haqqında yüksək biliyə malik olmalı;
- Azərbaycan dilini əla səviyyədə bilməli, rus dilini bilməsi arzuolunandır;
- MS Office proqramlarını, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilməli;
- İR proqram təminatları ilə işləmə təcrübəsi arzuolunandır.
Şəxsi keyfiyyətlər:
- Liderlik xüsusiyyətləri;
- Təşkilatçılıq bacarığı;
- Gərgin iş şəraitində işləmək bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Diqqətli və məsuliyyətli.
Əmək şəraiti:
- İş günləri: həftənin I-V günləri, iş vaxtı: 09:00-18:00
- Korporativ telefon;
- Əmək haqqı: 5000 AZN-dən başlayaraq
Qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur ki, məktubun mövzu hissəsində İnsan resursları və təlim departamentinin rəhbəri qeyd edərək CV-ləri Rana.Quliyeva@abc-telecom.az ünvanına göndərsinlər.

🌐 t.me/hrazcom
#hrazcom #intern #insanresursları

Bank of Bakunun İnsan resursları departamenti ödənişsiz təcrübə proqramı elan edir.
Proqrama kimlər müraciət edə bilər?
· İqtisadiyyat/Maliyyə/Hüquq/İdarəetmə sahələrində ali təhsil almış şəxslər;
· Azərbaycan dili üzrə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına, ingilis dili üzrə yaxşı (intermediate) səviyyədə biliklərə malik olanlar;
· MS Office proqramları, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmək bacarığı olanlar;
· Analitik düşünmə qabiliyyətinə malik olan şəxslər;
· Operativ, təşəbbüskar, komanda ilə işləmək bacarığı olan və öyrənməyə, özünü inkişaf etdirməyə həvəsi olan gənclər.

Əsas vəzifə və öhdəliklər
· Komanda ilə birgə cari tapşırıqların yerinə yetirilməsi;
· Məlumat bazalarının hazırlanması;
· Komanda ilə birgə Personal uçotu əməliyyatlarına aid təhlillərin edilməsi;
· İşə qəbul prosesində iştirak, məlumat bazalarının formalaşdırılmasına dəstək;
· Yeni həyata keçiriləcək İnsan resursları layihələrində iştirak.


Proqramdan əldə edəcəkləriniz:
· İnsan resursları sahəsi üzrə əməliyyatları praktiki tətbiq etmək bacarığı;
· İşə qəbul prosesini öyrənmək və tətbiq etmək;
· İnsan resursları ilə əlaqədar fərqli məlumat bazalarının formalaşdırılması üzrə təcrübə;
· İnsan resursları sahəsində rəsmiləşdirmə əməliyyatlarını öyrənmək və tətbiq etmək;
· İnsan Resursları ilə bağlı müxtəlif layihələrdə iştirak etmək.

o İş yeri: Baş İdarə
o İş vaxtı: 5 iş günü, 09:00-18:00


MÜRACİƏT QAYDASI
Müraciət etmək istəyən namizədlər Bank of Baku saytında, vakansiyalar hissəsindən “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində İnsan Resursları Departamenti – Təcrübə proqramı qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

🌐 t.me/hrazcom
#hrazcom #insanresursları #vakansiya #işvar

Vəzifə: İnsan Resursları departamenti – Biznes partnyor

Tələblər:

- İqtisadiyyat/Maliyyə/Hüquq/İdarəetmə və oxşar sahələrdə ali təhsil
- AR Əmək Məcəlləsi barədə biliklər
- 1-3 il müvafiq sahə üzrə iş təcrübəsi (bank sahəsində təcrübə üstünlükdür)
- Dil bilikləri: Azərbaycan dili - əla, ingilis dili – çox yaxşı, (rus dili - yaxşı, üstünlükdür)
- Kompüter bilikləri: MS Word, MS Excel - əla, MS Power point, MS Project, MS Visio – çox yaxşı
- Analitik düşünmə qabiliyyəti
- Operativ olmaq və komanda ilə işləmək bacarığı
- Yüksək səviyyədə şifahi özünüifadə və kommunikasiya bacarığı

Əsas vəzifə və öhdəliklər:

- İnsan resurslarının planlaşdırılmasını həyata keçirmək;
- İşə qəbul prosesini həyata keçirmək;
- Performans dəyərləndirmə sisteminin qurulmasında iştirak və tətbiq etmək;
- İR proseslərinin təhlilini həyata keçirmək;
- Səriştəlilik modelinin hazırlanmasında iştirak və tətbiq etmək;
- Təlim və inkişaf proseslərinin təkmilləşdirilməsində iştirak və tətbiq etmək;
- Müxtəlif İnsan resursları layihələrində iştirak və tətbiq etmək.

- İş yeri: Baş İdarə
- İş vaxtı: 5 iş günü, 09:00-18:00

MÜRACİƏT QAYDASI:

Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində İnsan Resursları Departamenti – Biznes partnyor qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

🌐 t.me/hrazcom
Azerconnect-də ən son aktiv #vakansiyalar
İşaxtaran dostlarınızı işarələyə bilərsiniz.

1. Məhsullar və xidmətlər üzrə ekspert - https://lnkd.in/dfJueUzt
2. İR Layihələri və Data üzrə mütəxəssis
- https://lnkd.in/dHYwWYQN
3. İnformasiya təhlükəsizliyi üzrə aparıcı mütəxəssis
- https://lnkd.in/dAWmt2Y9

#hrazcom #işvar #ishvar #azerconnect #infosec #insanresursları #data #analitik #IT #marketinq
Vakansiyalardan anında xəbərdar olmaq üçün HR-AZ.com telegram kanalını izləməyiniz tövsiyə olunur: t.me/hrazcom
#hrazcom #vakansiya #ishvar #işvar #insanresursları

Karyerasını İnsan Resursları sahəsində qurmaq istəyən məzunlar!

Milla süd emalı zavodu (“AZ FP Co LTD” MMC) İnsan Resursları sahəsi üzrə peşəkar karyera qurmaq istəyən, analitik düşüncəyə malik olan şəxslər üçün gündəlik cari işlərin görülməsi və öyrənilməsi məqsədi ilə "İnsan resursları üzrə kargüzar" vakansiyasını aktiv edir.

Tələblər:
-Ali təhsil (İqtisadiyyat, Hüquq, Psixologiya və Menecment)
-Dil bilikləri: İngilis dili (arzu olunandır)
-Öyrənməyə həvəsli, detallara diqqət, punktual və məsuliyyətli,çevik, komandada işləmə bacarığı
-MS Office baza biliklər
-Həvəsli, bacarıqlı və tələbkar olmaq

Ünvan: Bakı-Şamaxı şosesi 15km.

Müraciət üçün mövzu hissəsində “İnsan resursları üzrə kargüzar” qeyd etməklə ümumi məlumatlı CV formanı career@milla.az ünvanına göndərməyiniz xahiş olunur.

🌐 t.me/hrazcom
#hrazcom #vakansiya #ishvar #işvar #insanresursları

OMİD Mağazalar şəbəkəsi "İşə qəbul üzrə mütəxəssis" vakansiyasını elan edir.

Namizədə dair əsas tələblər:
• Ali təhsil
• Müvafiq sahədə 1-3 il iş təcrübəsi; (Retail üzrə)
• Microsoft Office, visio, 1 C (HR modulu) proqramlarında sərbəst işləmək bacarığı;
• Səlis niqt qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və ya rus dillərini bilənlərə üstünlük veriləcək).

Əsas vəzifə və öhdəliklər:

• İşçi tələbləri ilə bağlı axtarış kanallarını müəyyənləşdirilmək, elanları hazırlamaq və dərc olunmasını təmin etmək;
• Yeni ştatlara əmək haqqı təyin olunmasında iştirak etmək, ehtiyac olduğu təqdirdə əmək haqqı üzrə bazar araşdırmalarını aparmaq;
• Daxil olan müraciətləri təhlil etmək, səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
• Namizədlərlə ilkin müsahibələri keçirmək;
• Prosedurlara əsasən imtahana cəlb olunması nəzərdə tutulan namizədlərlə müvafiq sahələr üzrə test imtahanını keçirmək;
• Müvafiq vakansiyalar üzrə namizədlərlə müsahibələr təşkil etmək və iştirak etmək;
• Müsahibə nəticələri barədə namizədlərə lazımi məlumatlar vermək;
• Müvafiq vəzifələr üzrə işə qəbul edilmiş namizədlərə sənəd siyahısı verərək sənədləşməyə yönləndirmək, əməkdaşın işə qəbul məlumatlarını məluumat bazasında daxil etmək və sənədləşmə üçün əmək haqqı və tabel üzrə mütəxəssisə məlumat göndərmək;
• Vəzifə və iş yeri dəyişikliyi ilə bağlı müraciətləri araşdırmaq, struktur rəhbərlərindən müvafiq əsaslandırmaları almaq, ehtiyac olarsa işçi ilə müsahibə keçirmək;
• İşə qəbul edilmiş işçilərin sınaq müddətini təqib etmək, nəzərdə tutulan müddətin sonunda birbaşa rəhbərindən müvafiq qeydlər aparılmış sınaq müddəti qiymətləndirmə formasını tələb etmək;
• İşdən çıxış üçün müraciət edən, həmçinin sınaq müddətini uğursuz başa vuran işçilərlə çıxış müsahibəsini aparmaq və müvafiq strukturlara məlumat verərək işçini işdən çıxış prosesinə yönləndirmək , məlumat bazasında müvafiq dəyişikliklər etmək;
• Təhsil müəssisələrindən təcrübə məqsədi ilə yönləndirilən tələbələrin aidiyyati struktur bölmələrində yerləşdirilməsinə köməklik etmək;
• Kariyera sərgilərində iştirak etmək, sərgidə vakansiyalar haqqında namizədləri məlumatlandırmaq;
• İşə müraciət edən namizədlərin 1 C programında məlumatlarını əlavə etmək;
• İşə qəbul edilən əməkdaşlara aidiyyatı üzrə Orientasiya və Adaptasiya proqramı üzrə təlimatlandırmaq;
• İşə qəbul edilən əməkdaşların rəsmi sənədlərini proqramdan çıxararaq imza etdirməklə şəxsi işini formalaşdırmaq;

İş şəraiti:

• Həftə ərzində 5 günlük iş qrafiki
• İş saatı: 09:00-18:00
• Əmək haqqı 800 manat
• Yaş həddi : 22-40
• AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə

Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İşə qəbul üzrə mütəxəssis” sözlərini qeyd edərək habib.valiyev@omid.az -ünvanına göndərsinlər.

🌐 t.me/hrazcom
Vakansiya: İnsan resursları üzrə aparıcı mütəxəssis

#hrazcom #vakansiya #insanresursları #işvar #ishvar

Vəzifə öhdəlikləri

• İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;
• Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
• Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
• İş stajının hesabatını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
• İş vaxtının uçotu cədvəlini hazırlayır və davamiyyətlə bağlı gündəlik qeydləri aparır;
• İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
• İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsini nəzarət edir;
• Peşələr üzrə vəzifə təlimatlarının yazılması;
• İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və rəhbərliyə hesabat verir;

Vəzifə ilə bağlı tələblər:

• Menecment, İqtisadi sahələri vəya digər müvafiq sahələr üzrə ali təhsil;
• AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini əla səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
• İnsan resursları sahəsi üzrə 2 il fasiləsiz iş təcrübəsi olmalıdır;
• E-gov Elektron Hökumət Portalında işləyə bilməlidir;
• MS Office (MS Word, MS Excel) üzrə biliyin olması;
• 1C 8.3 proqramında işləmək bacarığı;

Digər:

· Rayonlara ezamiyyət, tikinti sahələrinə yoxlamalara gedəcəyi üçün bəy namizədlərə üstünlük veriləcək.(futbol oynaya bilsə lap əla ;) )
· İş rejimi: 09:00-18:00 (5 günlük iş həftəsi).
· Əmək haqqı: Namizədin bilik və bacarıqlarına mütənasib olaraq müəyyənləşdirilir.

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “İnsan resursları üzrə aparıcı mütəxəssis” qeyd etməklə CV-lərini hr@asinshaat.az e-mail ünvanına göndərə bilərlər.

🌐 t.me/hrazcom
#hrazcom #vakansiya #insanresursları #işvar #ishvar

İstehsalat sahəsində işləmək üçün Sumqayıtda yaşayan #elektrik tələb olunur

Tələblər:

Texniki təhsil
Elektrik sahəsində azı 3 il təcrübə
Müvafiq sahə üzrə vəsiqə (sertifikat)

İstirahət: Bazar günü.
Nahar şirkət tərəfindən verilir.
Əmək haqqı: razılaşma yolu ilə

Maraqlanan şəxslər CV formalarını o.musayev@unimetal.az elektron ünvanına göndərə bilərlər.

🌐 t.me/hrazcom
💐 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik! 💐

Bu gün biz iş dünyasında, cəmiyyətdə və ailədə mühüm rol oynayan bütün qadınların qarşısında baş əyirik. Onların gücü, əzmkarlığı və fədakarlığı hər bir təşkilatın uğurunun ayrılmaz hissəsidir.

İnsan resursları sahəsində çalışan qadınlar isə öz bilik və bacarıqları ilə iş yerlərində daha inklüziv, innovativ və motivasiyaedici mühitin formalaşmasına töhfə verirlər. Onların liderliyi və dəstəyi sayəsində komandalar inkişaf edir, təşkilatlar güclənir.

Bu əlamətdar gündə bütün qadınlara sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayırıq! Sizin zəhmətiniz və töhfəniz daim dəyərlidir. 🌸

#hrazcom #insanadəyər #8Mart #BeynəlxalqQadınlarGünü #İnsanResursları #HR #TəşəkkürlərQadınlar