Forwarded from Papirus
✍️ Urbanist Arzu Süleymanov
Orta məktəbdə şagirdləri arasında #bulinq yenə gündəm olub.
Təssüflər olsun ki, bir çox insan sərt qaydalar tətbiq etməklə, günahkarı cəzalandırmaqla bu problemin həll olunacağını düşünür.
Laki məsələ düşündüyümüzdən də ciddidir.
Orta məktəblərdə bulinq bir çox ölkələrdə baş verir hətta bir çoxlarımızın ideal cəmiyyət etalonu saydığımız Yaponiyada, Cənubi Koreyada və ya inkişaf etmiş Avropa ölkələrində də. ABŞ məktəbləri gözəl nümunə sayıla bilməz, lakin orda da artıq bu problemə sistemli yanaşma üsulu tətbiq olunur.
Bulinqə hər tərəfdə rast gəlmək mümkündür, hətta bitkilər və heyvanlar arasında da, lakin onlardan fərqli olaraq insan cəmiyyəti düşünmək və analiz etmək kimi üstünlüyə malikdir.
Bəs bulinqlə necə mübarizə aparmaq lazımdır?
Əsas iki məqamı vurğulamaq istərdim: Ətraf mühit və tədris metodu.
1.Ətraf mühit:
Depresiv mühit aradan qaldırılmalıdır, ümumi təhsil müəssisələrinin (uşaq bağcaları, məktəb və universitetlərdə), binalarının dizaynına yenidən baxılmalı və yeni standartlar qəbul edilməlidir.
Tanınnmış rusiyalı urbanist bloger Arkadiy Qerşmanın belə bir paylaşımı olmuşdur:
“Bu gün məktəb sosial simulyatordur: o, artıq internet vasitəsilə əldə oluna bilən biliklər üzərində inhisarını itirib. Burada biz vətəndaş olmağı, dost olmağı, münaqişə etməməyi, əməkdaşlıq etməyi öyrənməliyik. Məktəbin reallıqla və bir-biri ilə qarşılıqlı əlaqə ssenariləri nə qədər çox olsa, nəticədə cəmiyyətin daha çox azad düşünən və inkişaf etmiş üzvləri əldə edər. Buna görə də biz məktəblərdə mümkün olan ən müxtəlif məkanlar yaratmalıyıq. Sinif otaqlarımızda uşaqlar və müəllimlər ayaq üstə işləmək imkanına malik olmalıdırlar və sinifə daxil olarkən hər bir uşaq özünün rahat olacağı yer seçmək imkanı olmalıdır.Yatmaq və ya mürgüləmək üçün də sakit yerlər olmalıdır. Fiziki cəhətdən 40 dəqiqə sinifdə otura bilməyən birinci sinif şagirdlərinin otaqlarının yaxınlığında həmişə qaçmaq və sərbət qışqırmaq üçün yerləri olmalıdır. Qızlar üçün rahatlıqla rəsm çəkə biləcəkləri yerlər olmalıdır. Bəs kim dedi ki, ingilis dilini oynayarkən deyil, masa arxasında oturaraq öyrənmək lazımdır?”
Müasir dövrdə yeni tikilən ümumi təhsil müəssisələrində (uşaq bağcaları, məktəb və universitetlərdə), əlilliyi olan şəxslər üçün müyəssərliyin yaradılması, yüksək məbləğdə əlavə vəsait tələb etmir. Əlilliyi olan şəxslərin sərbəst hərəkət etmək ehtiyaclarını qarşılayan vasitələr, əslində, yaşlı insanlar və körpəsi olan valideynlərin ehtiyacı ilə eynidir. Pilləkənlə yanaşı, pandusun quraşdırılması əlil arabasında təhsil almaq istəyən vətəndaşlarımıza həmdə sosialşmaya yardım edər. Bir mərtəbədən çox mərtəbəsi olan ümumi təhsil müəssisələrində liftin mütləq olması yaşlı müəllimin də ehtiyacıdır.
Hərəkət məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyası ümumi təhsil müəssisələrindən başlayır . İnkişaf etmiş ölklərdə belə qərara gəliblər ki, müasir dövrdə, əlilliyi olan şəxslər təcrid halında yaşamamalıdır və ayrı təhsil almamalıdır. Deməli, hər inşa edilən yeni məktəb və universitetlərdə bu qrupların maraqları nəzərə alınmalıdır. Bir çox ölkədə belə insanlar tamhüquqlu və özlərini təmin edə bilən vətəndaşlardır. Onları da xoşbəxt edən amil özlərini cəmiyyətin natamam deyil, tam hissəsi olaraq hiss etmələridir.
Yeni ümumi təhsil müəssisələrinin layihələndirməsində müyəssərlik ön planda olmalıdır, təmir dövrü zamanı texniki imkanlar nəzərə alınmaqla, istifadədə olan məktəb və universitetlərdə pandusların quraşdırılması, binaların liftlə təmin olunması və hərəkəti məhdud şagird, tələbə və müəllim üçün tualet otağının olması diqqət mərkəzində olmalıdır.
Ümumi təhsil müəssisələri üçün müyəssərlik tələbi;
1.Bina pilləkənlə bərabər pandusla təmin olunmalı
2.Bir mərtəbədən çox mərtəbəsi olan , liftlə təmin olunmalı.
3.Sinif (auditoriya) qapı eni əlil arabası ilə giriş və çıxşa uyğun gəlməli, qapının kəndarı döşəmə ilə eyni səviyyədə olmalıdır.