🏘 Yaxşı yaşayış kompleksi- Minskdən nümunə.
⠀
🇧🇾 Bura Belarusun paytaxtındakı Pirs adlı kvartaldır. Əslində, yaxşı yaşayış mühiti məhs bu cür salınır.
⠀
20 mərtəbəli həyətsiz komplekslərdən fərqli olaraq, bu cür mühitdə yaxşı həyətlər təşkil etmək mümkündür, burada eyni zamanda qonşuluq siyasəti də yaranır.
⠀
Mən videobloqda bu məsələyə çox diqqət yetirirəm, sizə Berlindən və Stokholmdan belə yaşayış massivləri ətraflı göstərmişəm. Və eyni zamanda Bakıdakı Yeni Yasamal və MİDA ilə müqayisə etmişəm.
⠀
Bizim insanlar da bu cür mühitdə yaşamağa layiqdilər, ümid edirəm, bizim bina tikənlərdə bir gün bunu anlayacaq.
⠀
❗️ Vacib qeyd: Deyəcəksiniz ki, bizim tikinti şirkətləri acgözdür, onlar daha çox mərtəbə tikib kvadrat satmaq istəyirlər, amma sonuncu şəkildə illüstrativ formada göstərilir ki, eyni yaşayış sahəsini həm hündürmərtəbəli binada, həm də kvartal tipli şəhərsalmada elə eyni ərazidə təşkil etmək mümkündür.
#yaşayışmassivləri #Minsk