İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.57K photos
321 videos
2 files
818 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇺🇸 Finiks və 🇪🇸 Barselona şəhərlərinin müqayisəsi.

Demək olar ki, eyni əhaliyə malik olmasına baxmayaraq, Finiks Barselonadan 13 qat daha çox ərazi əhatə edir. ABŞ-ın əksər şəhərlərində əhali sıxlığı çox aşağıdır, bu da nəqliyyat problemlərinin birinə çevrilib.

🇺🇸 Finiksə yuxarıdan baxanda çoxlu boş ərazilər gözünüzə dəyə bilər, onların əksəriyyəti parkinqlərdir. Belə şəhərlərdə qısa məsafələr olmur, ona görə piyada və velosiped infrastrukturu, eyni zamanda normal ictimai nəqliyyat təşkil etmək olmur. ABŞ sırf avtomobillər üçün bir ölkədir.

🇪🇸 İndi siz bunu Barselona ilə müqayisə edin. İspaniyanın ən böyük şəhərlərindən biri dünya reytqinlərində ən yaşamalı şəhərlərindən sırasındadır. Burada piyada gəzmək və velosiped sürmək adama ləzzət edir. İctimai nəqliyyat da saat kimi çalışa bilir. Həm də belə şəhərlərdə yaşıllıq çox olur, sakinlər həm fiziki, həm də mənəvi cəhətdan daha sağlam olur.
16👍5
🇬🇧 "Elizabeth Line" dəmiryolu xətti.

Londonda Kraliça II Elizabet şərəfinə sərnişin dəmiryolu sistemi mövcuddur. Bu ilin may ayında açılan "Elizabeth Line" 41 stansiyadan ibarətdir və bu stansiyalar hər biri əlil arabasında hərəkət edən sərnişinlər üçün əlçatandır.
11
Nəhayət ki, bunu da gördük. Bakıda nizamlanmayan piyada keçidlərində təhlükəsizlik adacıqları təşkil olunub. 👍

Piyada keçidlərinə bu cür adacıqların üstünlüyü:
Sürücülər keçidə yaxınlaşanda sürəti aşağı salır, qəza riski azalır.
Piyadalar yolun bir hissəsini keçərək, digər tərəfdən gələn avtomobilləri adacıqda daha təhlükəsiz şəkildə gözləyə bilər.
Piyada keçidində qanunsuz ötmə əməliyyatı riski minimuma azalır.

Bu cür adacıqlar şəhərin bütün keçidlərində təşkil olunsa, yol təhlükəsizliyinə dair böyük bir irəlləyiş olaacaq. Odur ki, davamını gözləyirik. Ümid edirəm, "pilot layihə" adı ilə 1-2 küçə ilə məsələ yekunlaşmayacaq.

Foto: AAYDA
👍28
🇦🇿 Sumqayıtda taktiki urbanizm.

Taktiki urbanizmin misalını təzəlikcə sizə göstərmişdim. İndi isə Sumqayıt şəhərinin 2 saylı məktəbinin ətrafını bu metodlarla daha təhlükəsiz etmək istəyirlər.

Transformasiya Azərbaycan Milli Avtomobil Klubu və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən ən həssas yol istifadəçiləri kimi uşaqların təhlükəsizliyini yaxşılaşdırmaq üçün həyata keçirilən layihədir.

İCMALAb tərəfindən hazırlanmış gözəl vizualizasiyaya da baxa bilərsiniz.
👍20
♦️ "28 May"dakı nəqliyyat xaosundan bir nümunə.

Avtobus nəzərdə tutulmuş cibdən xeyli uzaqda saxlayır, sərnişinlər məcbur olur yolun ortasında minib-düşsünlər. Və bu Bakı şəhərinin düz mərkəzində baş verir.

Ümumiyyətlə, avtobus ciblərinin əksər hallarda lazımsız olduğu haqqında yazmışdıq, dünya təcrübəsi deyir ki onlardan imtina etmək daha məqsədəuyğundur.

Lakin Dəmiryol vağzalı meydanının tək problemi bu deyil, burada ümumi olaraq vəziyyət çox acınacaqlıdır.

🔶 Yaxın günlərdə elə bloqda bu meydan haqqında ətraflı yazı olacaq.
👍19😢3😱1
Bu gün Buzovna sakinləri Xəzər sahilində qayaları təmizləmək üçün iməclik keçiriblər.

İməcliyin əsas məqsədi qanunsuz tikilən və dənizə çıxışı bağlayan obyektlərin söküntü işləri aparılan zaman ortaya çıxan zibilin təmizlənməsidir. Təmizlik işlərini sakinlər özləri təşkil etmələrinin əsas səbəbi,söküntü zamanı ortayaçıxan zibilin təmizlənmə prosesində qayaların zədə almamasıdır.

Əslində, görüləsi içlər çoxdur bu əraziyə mütəxəssilər cəlm olunmalıdır və Buzovna qayaları öz əvvəlki görkəmini almalıdır.

Dənizin qırağında yerləşən digər qəsəbələrinin sakinləri Buzovnalılardan örnək götürməlidir. Onlar öz sahilini xilas edə bildilər. 👏
👍268
​​ Ermənistan bədbəxt piyadadır.

Söhbət şahmat fiqurundan və onun geosiyasəti mənasından gedir. Alim-politoloq olmaz lazım deyil ki, bu ölkənin hansısa müstəqil qərar vermə haqqının olmamasını görməyəsən. Ermənistan həm Rusiya, həm daxili elita, həm də öz diasporunun qulu olması məlumdur.

Azərbaycanın daxili siyasətinə çox sual ola bilər hər birimizdə (seçkili mer institutun olmaması, şəhərin xaotik şəkildə idarəetməsi və s.), amma Qarabağ məsələsinin tam həll edilməsi və qonşularla normal və sülh şəraitdə yaşaması niyyəti də göz qabağındadır.

Amma imperialist rus dövləti sanki buna paxıllıq edir, imkan olan kimi aranı qızışdırır. Fərqli-fərqli siyasətçilərdən eşitmişəm ki, bizlə Ermənistan arasında "üçüncü şəxslər" qarışmasa, tez bir zamanda sülh üçün şərait yaranar. Çünki müharibə heç kimə sərf eləmir, belə ölkələrin uzun perspektivdə inkişafı çox gecikir.

Düzdür, hərdən "İrəvanı gedək alaq" kimi şüarlar səslənir bizim cəmiyyətdə, lakin ümid edirəm bu yalnız emosional bir çağırışlardır, çünki bu yeni müharibə və minlərlə yeni şəhid deməkdir. Bu bəla hər bir ailədən uzaq olmalıdır. Ermənistana da cəsarətli olub, yaxın zamanda ağıllaşmaq arzu edirəm, yoxsa bundan da bədbəxt dövlət olacaq.

Biz hər gün yollarda hər bir canın sağ qalması üçün fikir edirik, və bununla bir cərgədə onlarla əsgər və zabitlərimizin şəhid olması haqqında xəbər eşidirik. Bu, qəbuledilməzdir. 21-ci əsr dünyada ən böyük dəyər insan həyatıdır.

Allah şəhidlərimizə rəhmət eləsin. 🙏
👍335🤮1