İnsan yönümlü şəhərlər ️
3.66K subscribers
2.56K photos
321 videos
2 files
815 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Necə keçdi efir? Baxa bildiniz? 🙂
👍11🤮1
Bakıda yeraltı piyada keçidini ləğv etmək istəyirlər? 🤔

İzləyici yazır ki, Qış bulvarında, yeraltı piyada keçidinin yanında təxmini 1 həftə öncə belə bir piyada yolu təşkil ediblər, birbaşa hərəkət hissəsinə çıxır. Sanki bunun davamı "zebra" tipli eynisəviyyəli piyada keçidi olmalıdır.

Təbii ki, bu yaxşı bir hal ola bilərdi, çünki şəhərdə küçədənkənar piyada keçidləri olmamalıdır, amma bir neçə səbəbə görə hələ ki belə addımın atılmasına inanmağın gəlmir:
🔸 Piyada yolu ensizdir, adətən zebraya çıxış daha geniş olur.
🔸 4 zolağın üzərindən nizamlanmayan piyada keçidi təhlükəlidir, burada ən azı svetofor da qoyulmalıdır.
🔸 Svetofor qoymaq üçün isə DYP-dən icazə alınmalıdır, bu qurum isə bu günə qədər bütün belə təkliflərə razılıq verməyib.

❗️ Qış Parkı və onun davamı olan Mərkəzi Parka daxil olmaq üçün yalnız 1 rahat keçid var. Uzunluğu 1 km-dən çox olan bu parkların ətrafında başqa heç bir əlçatan keçid yoxdur, hamısı yeraltıdır.

🚦 Bu tərəflərə ən azı 2 əlavə nizamlanan piyada keçidi lazımdır.
👍12
​​Bir izləyici soruşur ki, bax bu cür reklamın olması nə dərəcədə düzgündür? Ümumiyyətlə, avtobusu "alçadaraq" taksi xidmətini reklam etmək olarmı?

İş orasındadır ki, bu gün Bakı şəhərində taksi xidmətləri elə "kiçik avtobus" qismində fəaliyyət göstərir. Bu iki ictimai nəqliyyat növü arasında böyük fərq yoxdur. Ayrılmış zolaqlar olsaydı, marşrutlar tıxacda qalmadan qrafik üzrə hərəkət etsəydi, o zaman avtobusun bəlkə hansısa üstünlüyü ola bilərdi. Maşından komfortu daha az olsa da, daha tez təyinat nöqtəsinə çata bilərdi.

❗️ Mövcud vəziyyətdə və indiki taksi qiymətləri ilə (hansılar ki bazara uyğun olaraq tənzimlənir) əksər hallarda "Bolt" və "Uber" daha cəlbedici görsənir. Mən hələ "bir-manatlıq" taksilərdən danışmıram. Bunların hamısının mövcud olması məhz ictimai nəqliyyatın şəhərdəki mobilliyin lazımi səviyyədə təmin etməməsindən irəli gəlir.

İndiki yanaşma dəyişməsə, ictimai nəqliyyatın inkişafına sərmayə yatırılmasa, taksi şirkətlərinin fəaliyyətində və qiymət siyasətində ciddi bir dəyişiklik gözləməyə dəyməz.
👍8😢2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Gülməli və ağlamalı vəziyyət bir videoda...
😁8😢4👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇫🇷 Tural Yusifovun Fransada çəkdiyi küçələrdən biri.

Dünən insan yönümlü şəhərlər haqqında radioaparıcı Raqif də video paylaşmışdır.

Çox demirəm, 5 il bundan öncə xarici gedəndə belə şeylərə heç fikir vermirdik.

Düşüncə yavaş-yavaş dəyişir, bunu da dövlət qurumlarına çatdırmaq üçün siz də ən azı belə videoları dostlarınız ilə paylaşın. Dama-dama göl olar.
20😢1
📍"Google Maps" xəritələrində Bakı üzrə hərəkət edən avtobusların hərəkəti yenidən görünür.

May ayından bu məlumat deaktiv edilmişdir, artıq rəsmi olaraq BNA tərəfindən təqdim olunur.
20👍9
8 noyabr prospektində 10 metr uzunluğunda "velosiped zolağı".

📷: Sadiq Əliyev.
😁26👍3
"Qazilərə pul yığırıq" adı ilə qanunsuzluq etmək olar? İnanırsınız?

"Hansını dindirirsən, deyir bu 10 yerlik parkinq mənimdir, o biri tərəf filankəsin. Sarı jilet geyinib hamısı... Soruşuram hansı quruma tabesən, deyir heç bir quruma, pul yığılıb verilir qazilərə..."

Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsindəki parkinq problemi barədə izləyicimiz belə yazıb.

Hazırda küçələrdə parklanma ödənişsiz olsa da, hələ də qazilərin adı altında pul tələb edən və toplayanlar var. Maşını sərbəst (ödənişsiz) şəkildə parkinq etməyə isə imkan verilmir. Bu sahəyə nəzarət yoxdursa, deməli, şərait yaradanlar var.

Paylaşdı: Bakı Gündəliyi / FB.
🤮8👍7
Yolları daraltmaq olarmı?

Yusif Səfərov küçəsində 2 yeni svetoforun quraşdırılması layihəsi çərçivəsində bitişən küçələrdə yenidənqurma işləri aparıldı.

Bu küçələr Bakı Nəqliyyat Agentliyinin layihəsinə uyğun olaraq təmir olunub və burada gözə dəyən o oldu ki, piyada səkiləri avtomobil yolunun daralması hesabına təşkil olundu.

Bəs layihə uğurlu alındımı? Və daha yaxşı ola bilərdimi? İndi biləcəksiniz.

👉 https://youtu.be/jmeBj-Z9uB4
👍111
🇺🇸 Baltimor şəhərində bu kəsişməni təhlükəsiz etmək üçün boyadan başqa demək olar ki başqa heçnə istifadə olunmayıb.

Buna taktiki urbanizm deyilir.

Bakıda sizcə hansı kəsişməni belə dəyişməyə ehtiyac var?
👍20
​​Deyirəm, gözünüz aydın. 🤌

Koroğlu Rəhimov küçəsində hər kəs üçün əlçatan və nizamlanan piyada keçidini təşkil edən Bakı Nəqliyyat Agentliyinin daha bir təşəbbüsünü yerə basdırdılar.

Buradakı yerüstü piyada keçidini tikintisini bərpa etdilər, güman ki, bu da buradakı svetoforun yığışdırılmasına səbəb olacaq.

Təbii ki, piyadalar belə keçidlərin narahat olmasına görə onlardan istifadə etməyəcəklər, yolu daha rahat keçmək istəyib yola çıxacaqlar, qəzaların və bəlkədə ölümlərin sayı artacaq.

Yolların təhlükəsizliyinə cavabdeh olan Dövlət Yol Polisi isə piyadaları günahlandıracaq, sosial videoçarxlar çəkəcək və s.

Qeyd edim ki, bu svetofor quraşdırılan 1 il ərzində burada piyada ilə ağır qəzalar baş verməmişdir, sürücülərin və piyadaların hərəkəti nizamlanırdı. İndi əvvəlki xaos qayıdacaq, şəhər daha da əlçatmaz olacaq. Statistika isə heç kimi maraqlandırmır.

Və kimsə elə bilir ki, svetoforun ləğvi bu küçədəki tıxacların sayını azaldacaq, əlbəttə elə deyil. Tıxac hər zaman olacaq, çünki tıxacların səbəbi piyada keçidləri və svetoforlar deyil.

Biz isə sevinirdik ki, bəlkə BNA İcra Hakimiyyətinin tabeliyinə veriləndən sonra bəlkə hansısa proqress görəcəyik. Amma görünür bu gün deqradasiya doğru daha bir addım atdıq.
😢20👍2
Forwarded from AviaTravel.az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺 Rusiyada kimsə "Yandex Taxi" mobil tətbiqinə müdaxilə edərək, Moskvanın Kutuzovski prospektindəki bir nöqtəsinə bütün boş taksi maşınlarını sifariş verib.

Nəticədə prospektdə taksilərdən böyük tıxac və xaos yaranıb.

@aviatravel_az
😁20😱3
​​❗️ Lerikdə ən azı 8 ailə bu gün bədbəxt oldu. Dövlət proqramı isə kağızda qaldı?

Yadınızdadırsa, "2019-2023 illər üzrə yol təhıükəsizliyi üzrə dövlət proqramı" adlı bir sənəd var idi, onu hətta dövlət başçısı imzalamışdır.

Bu proqram konkret addımlar nəzərdə tutsa da, heç biri demək olar ki sona qədər icra olunmayıb.

Nə ölkədə sürət aşağı salınıb, nə əlçatan mühit yaradılıb, nə də qəza zamanı daha çevik operativ xidmətin göstərilməsində hər hansı bir irəlləyiş yoxdur. Mən hələ bu proqramda nəzərdə tutulan hansısa ciddi islahatlardan danışmıram, bu ayrı bir mövzudur.

Gələn il bu Dövlət Proqramının müddəti bitir və hansısa yekunlar və hesabatlar vermək lazım olacaq.

İndidən "nostradamus" kimi bir proqnoz verim. Dövlət qurumları gözəl bir statistika özündən uyduracaq, 1-2 km yeni velosiped zolaqları və yeni yeraltı/yerüstü keçidlərini atılmış addımlar kimi təqdim edəcək.

Reallıq isə tam başqa olacaq. Yollarımız can almağa davam edəcək, şəhərlərimiz isə günü-gündən deqradasiya doğru gedəcək.

Pessimist olmaq istəmirəm, amma biz, bəli, HƏR BİRİMİZ, buna qarşı laqeyd qalmağa davam etsək, heç bir irəlləyişdən söhbət gedə bilməz.

Təhlükəsiz yollar tələb edin. İmkanınız varsa, dövlət qurumlarına hər gün müraciətlər yazın, təhlükəsiz infrastrukturun misallarını göstərin. Biz öz mübarizə frontumuzu yaratmalıyıq.
👍10😢51
🚧 Hər dəfə eyni səhvlər.

AAYDA bu gün məruzə edib ki, Tbilisi prospektində təmir işləri başa çatıb. Burada piyada zolaqlarının olmamasının artıq vurğulayıblar, ümid edirəm, onları da çəkərlər, bu lap primitiv məsələdir.

Lakin bu küçənin layihəsində yenə də elementar səhvlərə yol veriblər:
Döngələrdə münaqişə zonaları. Bunlar həm qəza ocağı, həm hərəkəti ləngidən zonalardır.
Bəzi yerlərdə 2 avtomobil yerləşə biləcək zolaqların eni. Sonra deyirlər, bizim sürücülər zolağı saxlaya bilmir.
Səki olmayan hissələr. Əlavə şərhə ehtiyac yoxdur, məncə.

Yaxşı küçənin layihələşdirmək üçün bu gün kifayət qədər müasir proqram təminatı və xarici təcrübə var. AAYDA-ya hər il milyonlara ayrılan vəsaitə həmin təminatı almaq və mütəxəssis cəlb etmək olar. Niyə edilmir?

Ən azı BNA-ya müraciət etmək olardı, amma son vaxtlar, görünür ki, bu qurumun rəyləri heç kimi maraqlandırmır.

❗️ Bu arada, Tbilisi prospektində avtobus zolağının salınması da təklif olunurdu BNA tərəfindən, amma icrasına icazə verilmədi.
👍14😢5🤮4
Bakıda tıxac problemi həll olunmayacaq.

Ən azı, əgər biz bu məsələyə indiki yanaşma ilə baxmağı davam edəcəyiksə. Son 15 il ərzində paytaxtda tıxac problemini həll etmək üçün bir sıra addımlar atılmışdır. Onların heç biri kömək etmədi, əksinə, şəhəri daha da avtomobilləşdirdi.

Bu gün isə tıxac probleminin həll etmək üçün radikal islahatlar lazımdır. Sizcə, bu islahatların hansına bizim dövlət qurumları razılıq verməyə hazırdır? Məncə, hələ ki heç birinə. Ona görə yaxın zamanda Bakıda tıxac probleminin həllini gözləməyin.

Yazıda problemləri və çıxış yollarını topladım:

city4people.az/post/bakida-tixac-problemi/
👍11
This media is not supported in your browser
VIEW IN TELEGRAM
💡 Hətta "Apple" şirkəti yol təhlükəsizliyinə dair yenilik təqdim etdi iPhone 14-də.

Qəza zamanı telefon özü təcili yardımı çağıracaq.

Bizimkilər isə hələ də "sürücülər diqqətli olsa heçnə olmaz" yanaşmasına sadiqdir.

Dövlət qurumları başa düşməlidir ki, hadisə hər kəsin başına gələ bilər. Necə ki avtomobillərdə təhlükəsiz tədbirləri görülür, eləcə də yollar elə layihələndirilməlidir ki, qəza başa versə, bu ciddi fəsadlara gətirib çıxarmasın.
👍185