İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.55K photos
321 videos
2 files
811 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇩🇪Berlin küçələri bu gün.

Tramvay, velosiped zolaqları (müvəqqəti və daimi), elektoskuterlər və dayanmayan təmir işləri.

Video instagram səhifəmizin "stories"-ində.
7🔥1
Regionlarımızdan bir nümunə.

Misal üçün, fikir verin, bu dairənin iki tərəfində piyada keçidi nəzərdə tutulmayıb. Amma insanlar necəsə yolu keçməlidir. Nə edəcəklər?

Onlar qayda pozaraq yolu keçəcək, baş verən qəzada isə əksər vaxtı sürücü günahkar çıxarılacaq.

Lakin burada baş verən qəzaları minimuma endirmək üçün dairədə fiziki adacıqlar quraşdırmaq, lazım olan hər yerində piyada keçidi təşkil etmək lazımdır, bu da qəza riskini azaldacaq.

Amma regionlarda belə bir təcrübə yoxdur. Ona görə bu cür yollar və küçələr hər zaman insan həyatı aparacaq.

Hacıqabul-Muğan yolu. Foto: AAYDA
👍2
Deputatlar yenə də öz ampluasında... 🤦‍♂️

Bu gün Milli Məclisdə 1-ci oxunuşda "Yol Hərəkəti Haqqında" qanunda təklif olunan dəyişiklikər müzakirə edib.

Deputatların çıxışlarını oxudum, artıq o qədər şablondur ki, adam şərh etmək istəmir.

Ay nə bilim, parklanma yerini yaradın sonra cərimə edin, sarı xətt qarda görünməyəcək, geniş səkilərdə maşın saxlamağa icazə verin və s.

Ancaq öz maşını ya şəxsi sürücü ilə hərəkət edən bu deputatlardan başqa bir şey gözləmək olmur.

OK, necə deyərlər toxun acdan xəbəri olmaz.

Amma mənə başqa şey maraqlıdır, bu qanunu hazırlayan niyə gəlib bu deputatların qabağında çıxış etmir?

Bu qanun layihəsində iştirak edən Yol Polisi və Bakı Nəqliyyat Agentliyi niyə müzakirəyə dəvət olunmur?

Bu deputatlara dəyişiklərin məğzini kim başa salmalıdır?

Yol hərəkətinin təşkili və nəqliyyatın planlanması çox spesifik sahələrdir. Bu sahələrə məişət səviyyəsində müzakirələr aparmaq və nəticələr çıxarmaq olmaz.

Yeni qanun qəbul olunmasa (indiki redaksiyada) hec də təəccüblənmərəm.
👍1
Tam olaraq hərəkət zolağını zəbt edib. Bunun dq cəriməsi 20 manat olsun? Endirimlə ümumiyyətlə 18 AZN.

Foto: Facebook / "Dayanma Durma" səhifəsindən.
🤬1🤮1
⚠️ Günün xəbəri.

Prezident fərman imzaladı: Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilsin.

Bu eyni zamanda həm yaxşı, həm pis xəbər ola bilər.

Yaxşı xəbər odur ki, bütün dünyada böyük şəhərlərin nəqliyyat sektorları icra hakimiyyətinin (meriya) tərkibində olur. Bunun sayəsində şəhər infrastrukturuna dair islahatlar daha mərkəzləşmiş formada baş verir.

Pis xəbər isə o ola bilər ki, əgər İcra Hakimiyyəti BNA-nın mobillik yanaşmasını qəbul etməsə, deməli Bakı şəhərində müasir urbanistik islahatlara son qoyulacaq.

Həmin fərmana əsasən, həmçinin, Nəqliyyatın İntellektual İdarə etmə Mərkəzi keçir Daxili İşlər Nazirliyinə. Bu addımı açığı başa düşmədim.

Bu NİİM funksiyası bir o qədər də böyük olmasa (svetoforlara tənzimləyir), amma istənilən halda Yol Polisi icraedici orqan olmalıdır, yol hərəkətinin təşkili ilə nəqliyyatçılar məşğul olmalıdır.
👎4🤬4👍2
💬 Xəbərlə bağlı Facebook-da BNA-ya belə şərhlər yazırlar 👆

Bəli, BNA-nın bəzi həyata keçirtdiyi (və keçirtmək istədiyi) islahatlar çox qeyri-intuitiv və ağrılı islahatlar. Bütün dünya bu mərhələdən keçib və yaxud indi keçir (misal üçün, Tbilisidə yeni BRT zolaqlarından narazı olanların sayı kifayət qədər çoxdur).

Amma bir məsələdə var. Bu qurum 6 il ərzində insanlarla düzgün ünsiyyət qurmağı bacarmadı.

"Public Relations" (İctimaiyyətlə əlaqələr) avtobus sürücülərin fotolarını sosial şəbəkələrdə paylaşmaq və küçələrin tarixini yozmaqla bitmir. Mən indiyə qədər müasir urbanistikanın təhlilini onların səhifəsində görmədim.

Eyni zamanda, bu müddət ərzində BNA digər dövlət qurumlarına öz konsepsiyasını da çatdıra bilmədi.

Mən indi konkret bir şəxsi günahlandırmaq istəmirəm, lakin bu vaxta qədər ən azı dövlət başçısı ilə gələcək inkişaf konsepsiyasını razılaşdırmaq olardı.

Təbii ki, istər-istəməz bir gün Bakı düzgün yola çıxacaq. Təəssüfləndirici odur ki, bu, bizim canımızdan və ömrümüzdən gedir.
😢2
🇭🇺 İnsan yönümlü Budapeştdən ətraflı video reportaj 📹

İndi isə dəqiq xoş xəbər olacaq 🙂

Bu yaxınlarda Macarıstanda səfərdə olarkən bu səhifənin izləyicilərinə maraqlı ola biləcək GENİŞ bir vloq hazırladım.

Bu şəhərdə küçələr necə qurulub, avtomobil, velosiped və ictimai nəqliyyat necə hərəkət edir?

Sizə dünyanın ən uzun tramvayını, İkarus trolleybuslarını, Avropanın ən qədim metrostansiyalarını və hətta Budapeştdə salınan yeni yaşayış massivlərini və həyətlərini göstərəcəm.

43 dəqiqəlik buraxılışdır, amma darıxdırıcı olmamalıdır. Odur ki, rahat əyləşin, Sizə xoş seyrlər 💚

👇
https://youtu.be/tu9lu92SuZs

#vloq #Budapeşt
6
🇺🇿 Daşkənddə tramvayı bərpa etmək istəyirlər.

Bu gün çıxış edən Ozbəkistan prezidenti həmçinin bildirdi ki, şəhərdə sürət həddini 10 km/s aşağı salmaq lazımdır.

Düzdür, indi icazə verilən sürət orada 70 km/s, 60-a salacaqlar, amma yenə də bu müsbətə doğru düzgün atılmış addımdır.
👍7
😁8😢8👍31
Forwarded from AZ-YA
Axşam şəhərlərin düzgün planlaşdırılması, insanyönümlü olması, ölkəmizdəki ictimai nəqliyyat, piyada infrastrukturu və sürücülərin problemi, eləcə də onların yaratdıqları problemlər haqqında danışacağıq.

Epizodun qonağı City4People layihəsinin təsisçisi Anar Əliyevdi. O uzun müddətdi müasir şəhərlər, səyahətlər, urbanistika, nəqliyyat, avtomobillər və velosipedlər haqqında bloq aparır. Son yarım ildə YouTube kanalındakı aktivliyi xüsusiylə təqdirəlayiqdi.

Saat 23:00-da suallarınızı da götürün gəlin.
🔥3
Bəsti Bağırova küçəsində yenidənqurma işlərinin gedişatı.

Xüsusilə də lazımsız pilləkənlərin ləğv edilməsi bəyənilsin!

Foto: Transport for Baku
👍15🥰4
🇩🇪📹 Burada polis və taksi velosipedə keçir. Növbəti vlog Berlindən.

Biz Almaniyanı avtomobil istehsal edən müasir bir Avropa ölkəsi kimi tanıyırıq. Lakin BMW və Mersedeslərin vətənində bu gün ən çox diqqət məhz velosiped, piyada və ictimai nəqliyyatın hərəkətinə yetirilir.

2022-ci ildə Berlinin küçələrində nə baş verir? Şəhərdə hansı prioritetlər müəyyən olunub?

Bu buraxılışda Berlini gəzirik, metro və tramvayını sınaqdan keçiririk və "Həqiqətənmi Almaniya dağılır?" sualına cavab tapırıq 🙂

👇
https://youtu.be/TwME4MVWCv8
👍1👏1