İnsan yönümlü şəhərlər ️
3.66K subscribers
2.56K photos
321 videos
2 files
812 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
⚠️ "Parkovşik"lərə qarşı reydlərə başlanılır.

Çox vaxt yazırlar ki, bu insanlar evlərinə çörək aparırlar, yazıqdılar, işsiz qalarlar. Əslində, həmin parkovşiklər indi qat-qat daha pis vəziyyətdədir.

Onlar qanunsuz işləyir, rəsmi iş müqavilələri yoxdur, heç bir sosial təminatları yoxdur, iş rejimi bəlli deyil, üstəgəl sürücülərlə gündəlik dava aparırlar, söyüşlər eşidirlər.

Əgər rəsmi ödənişli parklanma olsa, bu insanları Bakı Nəqliyyat Agentliyinə işə götürmək olar, onlar artıq rəsmi parklanma qaydalarına küçələrdə nəzarət etsinlər. Belə işçilərə indi Bakıda çox ehtiyac var, mövcud kameralar və BNA-nın əməkdaşları bütün küçələri əhatə edə bilmir.

Eyni zamanda, bu halda parkovşiklər rəsmi maaş ala biləcək, pensiya fonduna pul toplaya biləcək, normal iş rejiminə sahib olacaq.

Bəzi sürücülər etiraz edəcək ki, "maşın saxlamaq üçün niyə pul verməliyəm axı", amma Bakıda ödənişli parklanmanın tətbiqi perspektivdə hər kəsə sərf edəcək.

Parklanma haqqında ətraflı vloq çəkmişdim, buradan izləyə bilərsiniz.
👍10
🚊Dünyanın ən uzun tramvayı.

🇭🇺 Budapeştdən Sizə növbəti vloq gətirəcəm, hələlik isə bu şəhərin gözəl tramvaylarına baxın.

Maraqlıdır ki, köhnə tramvaylar xətdən çıxarılmır, bərpa olunur və yenidən istismara verilir.

#Budapeşt #tramvay
6👍1🤩1
🚊🇭🇺 Dünən şərhlərdə yazdılar ki, paylaşdığım tramvaylar hələ ən uzun deyil. Bəli, rekord sahibi olan 1 nömrəli marşrutda hərəkət edir.

"CAF Urbos-3" modeli. 9 seksiya, uzunluğu 56 metr. Metro qatarı qədər sərnişin daşıya bilir. Hər 3-4 dəqiqədən intervalla dayanacağı gəlir.

Bakıda beləsini görmək istəyərdiniz?

#Budapeşt #tramvay
13🔥7👍1
İnsan yönümlü Budapeştdən daha bir neçə foto.

Təhlükəsiz, əlçatan, inklüziv və tıxaclara qalib gələn şəhər 💚
7👍2