İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.55K photos
320 videos
2 files
810 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇦🇪🚆 Dubay metrosunda ən bəyəndiyim məqam onun maşinistsiz olması deyil (2021-ci ildə bu artıq təəccüblü gəlmir).

İlk növbədə, burada insanların hərəkətini və davranışını düşünüblər. Hər yerdə nişanlar, xəbərdarlıqlar, məlumatlandırıcı lövhələr.

Bütün stansiyalarda eskalator və liftlər var, işlək vəziyyətdədir, platforma və qatarlar haqqında məlumat yazılır, təkrarlanır, iki dildə səsləndirilir.

Biletləri həm kassadan, həm də aparatdan ala bilərsiniz. Nağd puldan "ApplePay"-ə qədər istənilən ödəniş üsulu keçərlidir. Biletlərin qiyməti getdiyiniz zonadan və məsafədən asılıdır, bu haqda ayrıca danışacam.

Metronun xəritəsi və ətrafdakı küçələrini göstərən xəritəsini göstərən stendlər bir neçə yerdə quraşdırılıb.

Yəni, burada "azmaq" çox çətindir, təbii ki, əgər təyinat nöqtənizini bilirsinizsə.

#Dubay
🧑‍🦼Əsl inklüziv şəhər budur. Əlil arabasına bağlı vətəndaş ictimai nəqliyyatdan TƏK VƏ KÖMƏKSİZ istifadə edə bilir.
Nəhayət, piyada vurulması mövzusunda fərqli nəzər nöqtəsindən reportaj hazırlayan oldu.

Artıq jurnalistlərin bir qismi piyada qəzalarında ilk növbədə "məsuliyyətsiz piyadaları" deyil, təhlükəsiz yol infrastrukturu haqqında danışdılar.

https://youtu.be/KOC01lEq5eA
Səhifədə tez-tez "əvvəl-sonra" tipli şəkillər paylaşıram.

Bu səfər bloqumuzda ABŞ-dan daha iki maraqlı təcrübə paylaşdıq.

👇
https://city4people.az/post/sheherde-ishlenmeyen-eraziler/
🇬🇪 Yeni ilə hazırlaşan Tbilisi şəhəri.

Avtobus və velosiped zolağına bir nəfər olsun daxil olmur. Siz elə bilirsiniz Gürcüstanda sürücülər bizdən daha səbirli və daha mədəniyyətlidir?

Sadəcə cərimə və nəzarət öz işini görür.

Foto: Kaxa Kaladze
👍5
Dünən Tbilisidən paylaşılan fotoya belə bir şərh gəlib 👆

Burada əslində təəccüblü bir şey görmürəm. Müasir urbanistik islahatlar ilkin mərhələdə vətəndaşlar, xüsusilə sürücülər tərəfindən çox mənfi qarşılanır.

İstər avtobus zolağı olsun, istər ödənişli parklanma olsun, səki çıxıntılar və s.

Amma şəhər inkişaf etmək istəyirsə islahatlar olmalıdır. Əsas məsələ - insanlara onların uzun müddətə daha perspektiv və xeyirli olmasını düzgün izah etməkdir.

Bakıda bu siyahıya tək vətəndaşları deyil, belə islahatlara qarşı çıxan və razılıq verməyən dövlət qurumları və deputatları əlavə etmək olar.
👍 Tbilisi prospektində küçədənkənar piyada keçidinin tikintisi təxirə salınıb.

Yadınıza gəlirsə, Tbilisi prospektində yerüstü piyada keçidini inşası nəzərdə tutulurdu (ikinci foto). Bu, güya buradakı tıxac problemini həll etməli idi.

İşlərə artıq başlanılmışdı, amma təzəlikcə çəkilən fotolardan görünür ki, bu keçidin tikintisindən imtina olunub. Bu çox yaxşı xəbərdir, buradakı piyada və nəqliyyat axınını idarə edilməsi üçün ən yaxşı variant svetofordur. BNA bu cür layihə artıq təklif etmişdir və çox güman ki, həmin layihə icra olunacaq (üçüncü foto).

Yeraltı və yerüstü piyada keçidləri şəhər daxilində olmamalıdır. Onlar 30% azmobilli vətəndaşlar üçün əlverişli deyil, eyni zamanda tıxac problemini həll etmir. Bu haqda dəfələrlə demişik, bloqumuzda da ətraflı məqalə var.

Növbəti mərhələ - Bakıda mövcud küçədənkənar piyada keçidlərini eynisəviyyəli "zebra"larla əvəz etmək. Ümid edirəm, BNA digər qurumları bu məsələnin nə qədər vacib olduğunu inandıra biləcək.

Foto: Baki Gundeliyi səhifəsindən.
📹 Ağ Şəhərdən geniş videoreportaj.

Səhifədə və bloqda Bakıdan yaxşı misallar gətirərkən çox vaxt yeni salınan Ağ Şəhərə istinad edirəm.

Qaldırılmış piyada keçidləri, kvartal tipli şəhərsalma və müasir şəhərsalmanın digər misallarını bu səfər geniş bir videoreportajda topladım.

İzləyin, paylaşın və öz fikrinizi şərhlərdə bildirin. Bəlkə bu cür video məzmunun sayı daha çox olmasını istəyirsiniz?

👇
https://youtu.be/CnKh09-lFfI
​​🚫 Dayanma-durma qaydalarının pozulmasına görə cərimələr artırılır?

Son günlər bəzi saytlar mənbənin adını çəkmədən dayanma-durma qaydalarının pozulmasına görə yaxın zamanda cərimələrin qaldırılması haqqında xəbər yayıb.

Çox güman ki, "Yol hərəkəti haqqında" yeni qanun layihəsindən söhbət gedir, hansı ki artıq Nazirlər Kabinetinə təqdim edilib. Bu qanun həqiqətən çox köhnəlib və yenilənməsinə ehtiyac var. Təəssüf ki, sözügedən qanun layihəsi hələ ki heç bir açıq mənbədə dərc olunmayıb, onu ətraflı şərh edə bilməyəcəm.

Lakin, kobud qayda pozuntularına görə cərimələrin artırılmasına həqiqətən ehtiyac var.

Biri var, sən nişanı görmədin və heç kimə ciddi maneə olmadan yolun qırağında avtomobilini saxlamısan (sarı xətt qaydası isə bildiyiniz kimi bizdə hər yerdə bəzək üçün çəkilir).

Biri də var, sən bilə-bilə maşını səkidə, ikinci cərgədə saxlamısan, bilə-bilə piyadaların yolunu kəsirsən. Yaxud da avtobus zolağında saxlayırsan - bu təsadüfü qayda pozuntusu deyil, sürücü dəqiq bilir ki, o qayda pozur.

Bu cərimənin 20 manat (endirimlə cəmi 18 AZN) bu cəzanın hörmətini yox səviyyəsinə endirib.

Təbii ki, Bakıda parklanmanın problemi tək cərimə deyil, parklanma siyasətinə tam yenidən baxılmalıdır.

Lakin kimin yadındadırsa, piyadaya yol verməməyə görə cərimə 20 manatdan 50 manata artırılandan sonra keçidlərdə piyadaya yol vermək mədəniyyəti Bakıda xeyli artdı.

Bu məsələyə əhalinin rifahını və maaşlarını qatan insanları isə başa düşmürəm. Cərimə məcburi ödəniş və vergi deyil. Qayda pozma və ödəmə. Necə deyərlər, çimmə - boğulma.