İnsan yönümlü şəhərlər ️
3.66K subscribers
2.56K photos
321 videos
2 files
812 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🕯Bu gün Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Günüdür.

Məncə yol qəzaları mövzusuna həsr olunmuş ən təsiredici sosial çarxlardan biri məhz budur. Mütləq izləyin.
Bakı şəhərinin Nizami və Xəqani küçələrini ikitərəfli etmək lazımdır - TƏKLİF.

Müşahidələrə əsasən, şəhərin mərkəzində yerləşən bu küçələr öz potensiallarından yetərincə istifadə etmir. Bu küçələrin bir hissəsini ikitərəfli etməklə onlara parallel olan Üzeyir Hacıbəyli və 28 May küçələrinə düşən yükü azaltmış olacağıq.

Eyni zamanda, aparılan hesablamalar göstərir ki, həddindən artıq enli - 4,5 metrlik hərəkət zolaqları normal standartlara uyğunlaşdırandan sonra parkinq və velosiped zolaqları üçün yer tapılacaq.

Ümumiyyətlə, Bakı şəhərinin bir sıra küçələri əvvəllər ikitərəfli olub, buna küçələrin dizaynı da işarə edir. Birtərəfli küçələr nəqliyyatın əlavə yürüşünə gətirib çıxarır və əslində tıxaclarla mübarizədə bir o qədər də kömək göstərmir.

Əminəm ki, Xəqani və Nizami küçələrinin ətrafında yaşayan sakinlər və sürücülər indiki hərəkət sxeminin narahat olduğu razılaşar.

Sözügedən təklifə dair ətraflı izahlı şəkilləri diqqətinizə çatdırıram. Təklif, həmçinin, BNA-ya və DYP-ə göndəriləcək.

#təklif