İnsan yönümlü şəhərlər ️
3.66K subscribers
2.56K photos
321 videos
2 files
815 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⬆️ Bu videonu isə dünən axşam izləyici göndərib.

5 nömrəli ASAN Xidmətdən çıxan vətəndaş Koroğlu metrosuna necə getməlidir? Gedib haradasa yolun ortasında keçid tapmalıdır, sonra keçməlidir?

İnsanların davranışını nəzərə almayan infastruktur təşkil edirik, sonra da ağzı dolu efirə çıxıb piyadaları günahlandırırıq. Və belə misalllar ölkədə minlərlə tapmaq olar.

Əlbəttə ki, bu vəziyyət statistikada öz əksini tapacaq və qəzaların 50% piyada vurulma halları təşkil edəcək.
😢39👍12💯6
Tariximizi qorumaq mümkündürmü, yoxsa artıq çox gecdir?

💡 Sizi bu gün təəccübləndirəcəyik. Baxmayaraq ki, Bakıda bir çox tarixi binalar sökülüb, tarixi kvartallar isə bu təhlükə ilə üz-üzə qalıb, əslində bizim şəhərdə çox yaxşı bərpa nümunələri var.

☑️ Deməli, istək olsa, hər şey mümkündür. Gəlin bu yaxşı misallara baxaq və bilməyən dostlarımız ilə paylaşaq.

➡️ https://youtu.be/iVOqdU-ejeg

#vloq
20👍8👏2
🏃 “Aptekə dəyib gəlirəm”.

🇩🇪 Almaniyada bir sakin öz velosipedini avtomobillərin yerində saxlayıb bəzi sürücülərin davranışına ironiya edib.
🤣54😁62👍1
💬 Günün yalnış və sağlam fikirləri.

Azər Aydəmir kimi məşhur insanların bu cür paylaşımları cəmiyyətə ziyadandan başqa heçnə gətirmir.

Bir də Tural Yusifov çox yaxşı danışdı.

Nə vaxta kimi “victim blaiming” (qurbanın günahlandırılması) məşğul olacağıq axı?
💯61👍4😢3
Piyada infrastrukturu, ictimai nəqliyyat və mikromobilliyin səviyyələri sıfır dərəcəsində olan şəhərin başqa aqibəti ola da bilməzdi.

Bunların üstünə xaotik şəhərsalmanı gəlin.

🔸 Hər şeyi əyani şəkildə vloqda göstərmişdik.

#Xırdalan
💯30👍7
🚲 “UFC-yə gəlməyin ən rahat yolu.”

Velodayanacaqlar bütün bulvarı əhatə etsə, Neftçilər prospekti və Bayıl yoluna ən yaxşı alternativ olacaq.

#izləyicilərdən #gecəxronikası
40👍9👏5
🔄 ƏVVƏL - SONRA - TƏKLİF

🔹 Yadınıza gəlirsə, keçən il Göygöl şəhərindən vloq paylaşmışdıq. Şəhərin maraqlı hekayəsi var, çünki bir müddət burada alman ailələri yaşayırdı və şəhərin adı Helenendorf (Yelenendorf) idi. Hazırda ən görməli yerlərdən biri də Alman lüteran kilsəsidir. Vloqda qeyd etmişdik ki, bu kilsənin önündə asfalt yox, daha sakit və insan yönümlü bir mühit olmalıdır.

☑️ Bu yaxınlarda isə bu kilsənin ətrafında abadlıq işləri görülüb, asfalt daş döşəmə ilə əvəzlənib. Bu mühiti isə daha da maraqlı etmək üçün Dilqəm İsmayılov belə bir konsept paylaşıb (üçüncü foto).

💯 Və ölkəmizdə yüzlərlə belə maraqlı tarixi binalar və məkanlar var. Böyük büdcələr investisiya etmədən, onları çox gözəl və cəlbedici edə bilərik.

#əvvəlsonra
54👏10💯4
İnsan yönümlü şəhərlər ️
🔄 ƏVVƏL - SONRA - TƏKLİF ⠀ 🔹 Yadınıza gəlirsə, keçən il Göygöl şəhərindən vloq paylaşmışdıq. Şəhərin maraqlı hekayəsi var, çünki bir müddət burada alman ailələri yaşayırdı və şəhərin adı Helenendorf (Yelenendorf) idi. Hazırda ən görməli yerlərdən biri də Alman…
💬 Şərhlərdən:

🇬🇪 Gürcüstanda bir neçə alman koloniyası mövcuddur. Gürcülər ordakı küçələri iki dildə yazır, alman pivə ənənələrini dirçəldir. Kilsələri məhz kilsə kimi yenidən açır və Almaniyadan konsert qruplarını çağırır.


Heç uzağa getmək lazım olmadı, qonşu ölkə bunu başa düşürsə və edirsə, nəyimiz əskikdir?
36💯9😢1
🛴 "Skuterlərin əlindən bezdik".

⬆️ Bu mənzərə şəhərdə mikromobilliyin nə dərəcədə aktiv şəkildə istifadəsinin əyani göstəricisidir.

💬 "İki nəfər velosiped, üç nəfər skuter sürür" kimi ifadələrini işlədən adam artıq özü gülüş obyektinə çevriləcək. Amma ortada başqa çağırış var — necə gəldi atılan velosipedlər və xüsusilə skuterlər artıq şəhərdə piyadaların hərəkətinə narahatlıq və təhlükə yaradır. Baxmayaraq ki, son vaxtlar yalnız xüsusi ayrılmış yerlərdə skuterləri saxlamaq olur (APAR velosipedləri zatən öncədən müəyyən olunmuş parklanma yerlərinə bağlıdır), fakt odur ki, GPS sistemindəki qeyri-dəqiqlik çox vaxt xaotik şəkildə skuteri atıb-getmək imkanını yaradır.

🔹 Bunun iki çıxış yolu var. Parisdəki kimi skuterləri tam qadağan etmək (yaxşı misal deyil), və yaxud şərait yaratmaq. Skuterlər səki ilə hərəkət edib piyadalara təhlükə yaratmasın deyə bütün küçələrdə velozolaqlar lazımdır. Bunun istisnası olmamalıdır. Küçədə səki varsa, deməli velozolağı da olmalıdır. Veloparkinqlər də eynən — səkidə deyil, yolun hərəkət hissəsində, müvafiq ciblərdə və yaxud təhlükəsizlik adacıqlarında təşkil edilməlidir.

🔹 Əlavə olaraq, icarə şirkətlər parklanmaya nəzarət mexanizimini gücləndirməlidir. Düzgün park etməyənlər üçün artıq Avropada cərimələr tətbiq olunur (Bratislavada başıma gəlmişdir).

❗️ Radikal qadağalar və həllər dayanıqlı olmur. Düzgün nizamlanma lazımdır.

📸 Fotonu memar Elçin Əliyev paylaşıb.
21👍9💯2
Kimsə başa sala bilər, burada nə etmək olar, nə olmaz?
🤣45🤮1
🚲 Yaxın günlərdə Bakıya 200 yeni elektrik velosiped gəlir.

☑️ İlk nümunəsini artıq test-drive etdim. İcmal burada.
👍435👏5
🚶Neftçilər prospektində vaxtilə görün nə qədər eynisəviyyəli piyada keçidi olub.

Bu gün onları sadəcə nizamlanan etməklə və biri birilə koordinasiya etməklə Bakı bulvarına istirahət etməyə gələnlər üçün xeyli əlçatan edərdik.

☑️ Hazırda prospektdə cəmi bir ədəd “zebra” var, onu da insanlara çox görürlər.

#Neftçilərprospekti #piyadakeçidləri #tarixifoto
32👍5💯1
Hər zaman olduğu kimi. Gərək hadisə baş verə, sonra nəsə tədbir görülə.

Bu hasarları əvvəlcədən quraşdırmaq olmazdımı? Təhlükəsizlik mədəniyyəti (safety culture) deyilən bir anlayış var, onu bizdə tam olaraq iqnor edirlər. Elə bu yaxınlarda misal paylaşmışdım.

İstər yol qəzalarında, istər bu cür hadisələrdə məsuliyyətin böyük hissəsi infrastruktura düşür.

Əlbəttə ki, nə bu hadisədə, nə də gələcəkdə belə bədbəxt hadisədə heç kim cəzalandırmayacaq (uzağı hansısa fəhlənin üstünə atacaqlar). Çünki təhlükəsizliyə yanaşma kökündən dəyişməlidir. Qaydalar, nəzarət və sərt cəzalandırma mexanizmləri olmalıdır.

Bu arada, 27 yaşlı Cümşüdün cəsəti Hövsandan tapılıb. Allah rəhmət eləsin.
😢606👍2😱1💩1