İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.57K photos
321 videos
2 files
818 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🔄 Dünyanın müxtəlif şəhərlərindən "əvvəl-sonra" fotoları.

🔹 Bəziləri düşünür ki, bu transformasiyalar hansısa urbanistlərin və ya ekoloqların yaratdığı bir trendidir — küçələri daha yaşıl etmək, velosiped zolaqlarını təşkil etmək və s.

🔹 Əslində belə küçələr şəhərin özünə də sərfəlidir. Belə küçələr daha çox piyada və velosiped istifadəçilərini cəlb edir, ticarəti stimullaşdırılır, deməli, büdcəyə daha çox vergi daxil olur. Belə şəhərlərdə insanlar daha az xəstələnir, bu da səhiyyə sisteminə düşən yükü azaldır.

🔹 Bunu dərk edən ölkələr yaxın illərdə məhz bu istiqamətdə inkişaf edəcək.

#əvvəlsonra
👍178💯3
⚠️ İnsan səhv edə bilər, diqqətsiz ola bilər, amma bunun qarşısını infrastruktur almalıdır.

⬆️ Bu iki şəkilə diqqətlə baxın. Bakıda beş (5!) hərəkət zolağı üzərindən nizamlanmayan piyada keçidi təşkil edilib. Bu birmənalı olaraq təhlükədir. Çünki piyadanı yalnız birinci və maksimum ikinci cərgədə hərəkət edən sürücülər vaxtında görə bilir. Digərlərin diqqəti artıq piyadaya fokuslana bilmir bu qədər geniş yolda. Nəticə — qəza.

🚦 Çıxış yolu ya işıqfor, yaxud da təhlükəsizlik adacığıdır (ikinci fotoda). Elə keçən həftə onlardan danışmışıq. Fiziki təhlükəsizlik adacıqları Bakıda kütləvi şəkildə tikilməsinə ehtiyac var. Olmayana qədər bu şəhərdə həm piyada, həm sürücülər təhlükəli infrastrukturun qurbanı olacaq.

#təhlükəsizlik
💯40👏10👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚶‍♂️ Türkiyədən Bakıya gələn daha bir turist piyada keçidində təəccüb hissi yaşayır.

🔸 Artıq neçənci dəfədir belə videolar paylaşılır.

🇹🇷 Türkiyədə piyada keçidində həqiqətən sənə nadir hallarda yol verirlər. Bakıda bunun cəriməsi 50 manat təşkil edir və buna kameralar vasitəsilə nəzarət var.

📸: instagram / oguzhanustageziyor
42👍12😁3
💡 Piyada keçidlərinin düzgün işıqlandırılması.

📊 Statistikaya görə yol qəzaların əksəriyyəti axşam və gecə saatlarında baş verir. Piyada vurulma hallarında isə bu çox vaxt faciə ilə nəticələnir — sürücülər piyadanı qaranlıq küçədə vaxtında görə bilmir Burada da məsuliyyət daha çox yol infrastrukturuna üzərinə düşür.

🔹Ən effektiv üsul — keçidin düzgün şəkildə işıqlandırılmasıdır. İşıqlandırma kifayət qədər yuxarıda və maşının gəldiyi tərəfdən quraşdırılmalıdır ki, piyada qara fon üzərində kontrastlı görünsün. Beləliklə, sürücü təkcə nişanı yox, əsas piyadanın özümü vaxtında görür.

📸: Şəkillərdə: düzgün işıqlandırımış piyada keçidi və onun “termal xəritəsi”. Və yenə də burada təhlükəsizlik adacığına diqqət.

Bizdə sonuncu dəfə belə keçidə harada rastlaşmısınız?

#piyadakeçidləri
25👍8👏3💯1
📊 Əhalinin neçə faizi piyada və velosipedlə hərəkət edir?

🔹 Tam dolğun olmayan, amma maraqlı infoqrafika. Gündə ən azı 30 dəqiqə piyada və yaxud velosipedlə hərəkət edən əhalinin faiz nisbətini göstərir.

🇳🇱 Ən yüksək göstərici Niderlanda aiddir. Burada 35,000 km velozolaqlar var (bizdən 1000 dəfə çox).

🔹 Təəccüblü deyil ki, bu şəkli orta ömür uzunluğu ilə üst-üstə qoyduqda, təxmini eyni mənzərə çıxar ortaya çıxar. Azərbaycam üzrə rəsmi məlumat yoxdur, güman ki, bizim göstəricilər təxminən Türkiyə səviyyəsində ola bilər.

Niyə məhz gündə 30 dəqiqə? Çünki həkimlər məhz bu minimal müddəti həm fiziki, həm də zehni sağlamlıq üçün tövsiyə edirlər.

#infoqrafika
👍24👏41
Forwarded from Apar 🚴
Gəlin növbəti dayanacağın yerini birlikdə müəyyənləşdirək😁

Sorğuda iştirak edib dayanacaqların harada olması ilə bağlı fikirlərinizi bölüşə bilərsiniz💚🚲

https://forms.cloud.microsoft/r/19whfFDDPR
14👏2
🧌 Möcüzələr dolu Xırdalan şəhərində daha bir memarlıq şedevri.

Transport for Baku səhifəsindən.
🤣65💩24😁3🤮2
🚶🏻 Uzun illərdən sonra Xocalı parkının iki hissəsini birləşdirən kəsişmədə piyada keçidi təşkil edildi.

💬 İzləyici yazıb ki, müraciət edəndən sonra Xocalı prospektində piyada keçidi təşkil edildi.

🔸 Bu problemi hələ 2021-ci ildə işıqlandırmışdım.
👍56👏8
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚲 Bu video “Velozolaq olmasa da sürmək olurdu, istəyən sürər” arqumentinə yaxşı cavabdır.

🔹 Velozolaqlar məhz təhlükəsiz şəraitin yaradılması sayəsində mikromobillik istifadəsini stimullaşdırır.

🔸 Belə baxanda hər bir küçədə piyada gəzmək olur, amma səki olan yerdə axı siz özünü daha təhlükəsiz hiss edirsiniz.
💯4913👍9😢1
Görəsən küçədə bu şəkildə təmir aparan insanlar öz evlərində də təmir edərkən yaxınlarına da bu cür əziyyət verirlər? Bu qədər hörmətsiz yanaşırlar? Valideynlər və uşaqlaranın həyatlarını təhlükəyə atırlar?

🚷 Niyə küçələri təmir edərkən insanlara hörmət sıfır səviyyəsindədir?

#səkilər
😢41👍8💩1
Forwarded from Apar 🚴
Hər kəsə salamlarrr

28 MAY Müstəqillik gününə özəl sizi Apar ilə velo yürüşə dəvət edirik.

Saat 11:00-da Ağ şəhərdən başlayan yürüş 1 saat davam edəcək və Milli Bank yaxınlığındakı Apar dayanacağında bitəcək.

Yürüş zamanı iştirakçılar üçün Apar velosipedləri ödənişsiz olacaq.

Aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz💚

https://forms.cloud.microsoft/r/6Mdu5FjuCx
22👍6👏2
💡 Detallar önəmlidir.

🔹 Hətta yol nişanlarını elə yerləşdirmək olar ki, onlar nə səkidəki piyadalara maneə olsun, nə də şəhər estetikanı pozsun.

🇩🇰Danimarka və 🇪🇸İspaniyadan nümunələr.
42💯6👍4
Forwarded from SALEH▪️NASIROV (Saleh Nasirov)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
NO TIXAC! NO PETROL! NO PARKING!
Nə yaxşı ki, bu velosiped zolaqları var. Təhlükəsiz və maneəsiz ünvana çatırsan.
Tıxac yox, petrol yox, parkinq yox.
Əla! Velosiped zolaqları çox, şəhərimiz müyəssər, əlçatan və eko-frendli olsun!
Amma bir problem var; Piyadaların bu zolaqlarla və maşınların döngə zamanı yan güzgülərə baxmayaraq hərəkət etməsi. Gözümün önündə iki skuter sürücüsü maşına çırpıldı. Bu da çox təhlükəlidir. Hesab edirəm buna görə sürücülər məsuliyyətə cəlb , cərimələr tədbiq olmalıdır! Şəhər avtomobillər üçün deyil, piyadalar, velosiped, skuter sürənlər üçündür ilk öncə.
Allah amanımda!
👍51💯5😁1
İki kiçik “tapşırıq”.

1️⃣ Küçəni tapın. Təxmin edə bilərsiniz. Bakıdadır.

2️⃣ Bu yaşıl küçəni başqa dizaynda təsəvvür edin.
33👍8