İnsan yönümlü şəhərlər ️
3.66K subscribers
2.56K photos
321 videos
2 files
814 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Səngəçalda ölümlə nəticələn qəza.

Bu qəzada əsas günahkar - bu yolun mühəndisləridir.

Bizim yollar və küçələr insan səhvlərini bağışlamır.

Biz günahı yollarımızın özündə və onları layihələşdirənlərdə görməyənə qədər və yollarımızı düzgün layihələşdirilməyə qədər belə qəzalar təkrarlanacaq, təəssüf ki.
Parkinqa çevrilmiş səkilər.

Belə şəkilləri inboksa tez-tez göndərirlər.

Təbii ki, burada açıq-aşkar sürücülər tərəfindən qayda pozuntusu halları qeyd alınıb (Əliəşraf ƏLizadə küçəsi).

Amma problemin kökü şəhərdə düzgün parkinq siyasətin olmamasıdır. Daha doğrusu ümumiyyətlə olmamasıdır.

İnsanlar şəhər mərkəzinə "əşşi, bir yer tapıb maşınımı ataram da, uzağı parkovşikə 1 manat verərəm" fikri ilə gəlir. Nəticədə də şəhər küçələri sanki metallolomun saxlanılması üçün böyük məkana çevrilib.

Müasir şəhərlər dəqiq belə olmamalıdır, əgər biz Bakını müasir görmək istəyiriksə.
🤮1
🇩🇪 Hamburqda piyada keçidi.

Fikir verin, hətta nisbətən ensiz yolda piyadaların təhlükəsizliyinə nə qədər diqqət ayırıblar.

Piyada zolağı olan hissədə yol daralır
Nişanlar aydın və görünən yerlərdə quraşdırılıb
Yuxarıdakı nişanda həmçinin işıqlandırma quraşdırılıb

Küçənin hər iki tərəfində velosiped zolağını salmağa da unutmayıblar.
Forwarded from Əkinçi
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sosial sahibkar Məhəmməd Kekalov şəhər infrastrukturunun əlilliyi olan şəxslər üçün əlçatan olmaması problemi haqqında danışır.

🔗 https://youtu.be/fDmrrqjUCsM

@akinchiproject
🇷🇺 Moskvanın piyada keçidlərində günü-gündən təhlükəsizliq adacıqlarının sayı artır.

Bəzi küçələrdə bunlar hələ də boya ilə nişanlanıb, amma son vaxtlar onları yüksək işıq qaytarmasına malik olan modul tipli adacıqlarla əvəz edirlər.

Təhlükəsizlik adacıqları sayəsində sürücülər piyada keçidinə yaxınlaşanda sürəti azaldır, piyadalar isə mərhələli şəkildə yolu keçə bilirlər.

Bizim şəhərlərdə piyadaların vurulması ilə bağlı qəzaların sayı yüksəkdir və bu cür adacıqlara tələbat çoxdan yaranıb.
Bu zarafat və ya "photoshop" deyil 🤦‍♂️

Deyilənə görə, bura Qara Qarayev prospektinə birləşən küçələrdən biridir.

Parallel parkinq zolağının eninə fikir verin, iki avtomobillikdir. Bu hansı məntiqə və yaxud standartlara sığır axı?

Ən acınacaqlı isə odur ki, təşkil olunmuş səkidə heç 2 adam yan-yana keçə bilməz.

Şəhərdəki prioritetləri hansı səviyyədə olmasını bu şəkil çox yaxşı izah edir.

Fazil Mustafa və digər deputatlar bu məsələ haqqında niyə danışmır? Əgər deputatların məqsədi BNA-nı qınamaqdırsa, Bakı şəhərində əksər küçələrin layihələrini də Bakı Nəqliyyat Agentliyi hazırlayır.
🇳🇱 "Amsterdam 2000".

Bu eskiz 1960-ci illərdə hazırlanıb. O vaxtın futuroloqları "müasir şəhərin inkişafını" məhz belə görürdü.

Lakin, nəqliyyat üzrə alimlər vaxtında bu məsələyə qarışdı və sübut etdi ki, şəhərləri yol və maqistrallara çevirmək səhv inkişaf yoludur.

Bu gün Amsterdamı belə təsəvvür etmək mümkün deyil. Həmin şəhər piyada və velosipedçilər üçün ən rahat və təhlükəsiz və rahat şəhərlərindən biridir.
🇺🇦 Kiyev şəhərinin bir sıra yolayrıcılarında velosipedçilər üçün xüsusi "bike-box" adlanan zonalar yaradılıb.

Svetoforla nizamlanan kəsişmələrdə bu yerlər velosipedçilərin gözləmə zonasını təmin edir ki, onlar sağ tərəfdə sürücülərin "kor zona"sına düşməsinlər və yaşıl işıq yanan kimi maşınlardan daha tez tərpəsinlər.

Bu cür zonaları daha çox İngiltərə, ABŞ və bir sıra digər qərb ölkələrində rast gəlmək olar.

Post-sovet ölkələrinə Kiyev bunu tətbiq edən ilk paytaxt oldu.
🇺🇸🚶Summer Streets!

Nyu-Yorkun Brodvey və Park Avenyu küçələri bu gün avtomobillər üçün bağlanıb, yalnız piyada və velosipedçilərin ixtiyarına verilib.

İstirahət və bayram günlərində müəyyən küçələri piyadalaşdırmaq dünyada geniş yayılan təcrübədir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇫 "Taliban"ın nəzarəti altına keçən Kabildə bu gün inanılmaz tıxaclar müşahidə olunub.

Sakinlər şəhəri mümkün qədər tez tərk etmək istəyirlər.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇳🇴 Norveç: ƏVVƏL VƏ SONRA

Son illər ərzində Oslo şəhərində yaradılan velosiped infrastrukturu sayəsində Norveçin paytaxtında velosipedçilərin sayı 36% artıb.

Formul çox sadədir: hansı nəqliyyat üçün şərait yaradılır - həmin nəqliyyatın istifadəçisi şəhərlərdə kəskin artmağa başlayır.

Bu arada Oslonun küçələrində 2019-cu ildə piyada və yaxud velosipedçinin iştirakı ilə ölümlə nəticələn qəzalar baş verməyib.

Bakıdan görək!
Bağışlayın, amma çox gülməlidir 🤣
"Səki birdən-birə bitir".

Bakıxanov qəsəbəsində təmirdən çıxan və təhvil verilən daha bir küçədə onsuzda çox dar olan səki yarımçılıq bitir.

Yolun sol tərəfində ümumiyyətlə ayrıca bir səki tikməyə ehtiyac yox idi, orada parkinqi yığışdırıb sadəcə mövcud səkini döşəmək kifayət idi.

Amma bu küçəni bəh-bəhlə təhvil verənlər yalnız avtomobillər üçün asfaltın çəkilməsi ilə kifayətləniblər.

Yolu təmir edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sual verəndə, deyirlər biz sadəcə icraçıyıq, layihəni verən Bakı Nəqliyyat Agentliyi isə deyir ki biz layihə veririk, düzgün icra etmirlər. Və hər bir qurum beləliklə özünü məsuliyyətdən azad edir.

Qısa olaraq desək, hazırda dövlət qurumları Bakının küçələri ilə futbol oynayır.

Mənim şəxsi fikrim isə budur ki, hər iki qurum tikinti normalarının pozuntusuna görə ciddi cəzalandırılmayana qədər vəziyyət dəyişməz olaraq qalacaq, təəssüf ki.