İnsan yönümlü şəhərlər ️
3.66K subscribers
2.56K photos
321 videos
2 files
816 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚲 "Süni" velozolaq.

Neftçilər prospektində "Formula-1" yarışmasından sonra qalan xətlənmə sanki yolun kənarında velosiped zolağını nişanlandırıb.

Fikir verin, avtomobillər də bu yol çiyninə daxil olmur və hər zaman olduğu kimi yenə də rahat üç cərgə ilə hərəkət edir.

Bu bir daha onu göstərir ki, Bakıda əksər küçələrdə yolun kənarlarını velozolaqlar üçün ayırmaq olar və bunun heç bir mənfi təsiri olmayacaq (əksinə, velosiped zolağı əlavə buraxılış qabiliyyəti gətirəcək).

Video: Orxan Abi
İctimai nəqliyyat yenə həftəsonu işləməyəcək.

Görəsən, bu vəziyyətin dəyişməsi üçün insanlar mütləq hansısa kütləvi etiraz aksiyalarına çıxmalıdır ki yoxsa necə?
Evakuatorlara fatihə oxudular?

Bu avtomobilləri axırıncı dəfə kim nə vaxt görüb?

Şəhərdə parklanmanın kobud şəkildə pozulma halları davam edir, belə nəticə çıxartmaq olar ki, BNA-nın parkinqə nəzarət mexanizmlərin ömrü çox qısa oldu.

Şəhərdə mobilliyin idarə edilməsi və tıxaclarla mübarizəsi parkinq siyasətinə çox bağlıdır. Bu məsələ qısa zamanda öz həllini tapmalıdır.
Hər gün şəhər və küçələrdə problemlər haqqında danışırsan, təkliflər verirsən, izləyicilərin göndərdiyi problemləri işıqlandırırsan və gözləyirsən ki, BNA, DYP və yaxud İcra Hakimiyyətindən kimsə gəlib problemi həll edəcək və yaxud heç olmasa "nəzərə alarıq" kimi cavab yazacaq.

Amma reallıq odur ki, dövlət qurumları arasında, ən azı bu məsələdə, ən vicdanlı qaz istismarı departamenti çıxdı.
🚲 Naftalanda 7 km-lik velosiped yolları salınır.

Belə getsə Bakı bu məsələdə hər kəsdən geri qalacaq.
🔄 ƏVVƏL və SONRA.

Urbanistikada belə bir ifadə var - "mühitin humanistləşdirilməsi".

Yəni, hər hansı bir süni mühitdə insanların fiziki, psixoloji və mənəvi rahatlığına nail olmaq üçün müvafiq abadlıq işlərinin görülməsi.

Başqa dildə desək, pis məkanı yaxşı məkana çevrilməsi, avtomobil tərəfindən zəbt edilmiş yerləri insanlara qaytarılması.

Bu cür inkişafın misallarını digər ölkələrdə çox tapmaq olar - Avropada, Asiyada, ABŞ-da, Avstraliyada.

Eyni küçələrdə çəkilən bu fotoların bir hissəsi təhlükəsizlik və rahatlıq hissini bəxş edir, amma cəmi bir neçə il öncə burada heç də ürəkaçan mənzərəyə rast gəlməzdin.

🇦🇿 Bakıda bu cür transformasiyalara ehtiyac çoxdan yaranıb. Lakin, bu istiqamətdə addımlar yalnız ictimaiyyətdən tələbat olduğu təqdirdə baş verə bilər.

❗️Dostlarınız ilə paylaşın, nə qədər çox insan bu məsələdən məlumatlı olsa, bir o qədər də tez həmin dəyişikləri öz şəhərimizda görəcəyik.
Bakı küçələri qan gölüdür.

Hər gün insanlar yol qəzalarında həyatlarını itirir. Adətən müvafiq qurumlar səbəb ilə yox nəticə ilə məşğul olurki bu da heç nəyi dəyişmir.

İnsan hər yerdə eynidir və maneəsiz yolda sürətli sürmək istəyir. Bunun üçün isə inkişaf etmiş ölkələr küçələrində nəqliyyat axınını sakitləşdirir.

Nəqliyyat axınının sakitləşdirilməsi – yolların dizaynının dəyişilməsini, daralmaların salınmasını, süni nahamarlıq yaratmağı və piyadaların təhlükəsizliyini artırmaq üçün kompleks şəklində tətbiq olunan tədbirlər paketidir.

İlkin Babayev bloqumuzda ətraflı yazır:
👇
https://city4people.az/post/kucelerdeki-neqliyyat-axinini-sakitlesdirmeyin-yollari/
İctimai nəqliyyatın işləmədiyi bir gündə benzinin qiymətini qaldırmaq çox "simvolik" bir addımdır.

Yəni, biz sizə heç bir alternativ vermirik, eyni zamanda yeganə üz tutduğunuz şəxsi minik avtomobilin istismar xərclərini qaldırırıq.

Bir lətifə var.

Həkimnən soruşurlar ki,
- Bu pandemiyanın nə vaxt bitəcəyini və onunla mübarizə üsulları haqqında nə deyə bilərsiniz?
- Heçnə deyə bilmərəm, mən siyasətə qarışmıram.
"Caspian Plaza" biznes-mərkəzinin önündə velosiped duracağı təşkil olunub.

Şəhərdə təhlükəsiz velosiped zolaqları olmadığı üçün hazırda bu duracağın boş olması təəccüblü deyil.