İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.47K photos
308 videos
2 files
775 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
IMG_8951.JPG
330.3 KB
🚇 Beləliklə, 11 yeni stansiya tikiləcək.

🔹 Nəzərə alsaq ki, Dərnəgül deposunda da yerüstü stansiya olacaq (Xocəsən və Bakmil kimi), 2030-cu ilə qədər Bakıda 10 yox, hətta 11 yeni metrostansiyaların tikilməsi nəzərdə tutulub.

📎 Azər Axundov tərəfindən hazırlanan yenilənmiş sxem əlavə olunur.

#metro
Forwarded from ArazaxmedovS
Bu fotolar telegram kanalımıza aiddir və bu gün Tbilisi Dəmir Yolu Vağzalında çəkilib. Fotoda Azərbaycan Dəmir Yollarına aid sürət qatarıdı. Böyük ehtimalla, məhz mayın 1-də Bakı-Tbilisi-Bakı qatarının işə düşəcəyi xəbəri doğrudu. İlkin yoxlama üçün qatar Tbilisi vağzalına göndərilib.
🇬🇪 Tiflisdə daha bir “monstr” layihəni bir qədər sakit etməyə çalışdılar.

📍 Bura Qəhrəmanlar Meydanıdır, tipik avtomobilyönümlü baxışlarına uyğun yol ötürücüsüdür. Yalnız avtomobillərin fasiləsiz hərəkəti üçün nəzərdə tutulmuş, normal velo və piyada infrastrukturu olmayan, bütün keçidləri yeraltı olan müxtəlif səviyyəli yol ötürücüsüdür.

🔹 Mən Tiflisdə olanda buraya da baş çəkdim və Tiflis vloqunun geniş versiyasında buranı işıqlandırdım.

🚦 Bu yaxınlarda isə burada işıqforlar quraşdırdılar, piyada keçidlərini eynisəviyyəli keçidlərlə əvəz etdilər, hətta 140 yeni ağac da əkdilər.

🔄 Birinci fotoda — əvvəlki vəziyyət (yalnız asfalt), sonrakı şəkillər — yenidənqurmadan sonra.

#Tbilisi
🇹🇷 İstanbulun misalında yol qovşaqların yaratdığı çətinliklərə baxaq.

🛣️ Vaxtilə burada şəhər mərkəzindən keçən bir neçə maqistral tipli yollar, yol ötürücüləri və qovşaqlar tikdilər, onlar şəhər toxumasını pozaraq piyadaların hərəkətini çox əngəllədi.

🔸 Ən böyük problem — yerüstü piyada keçidləridir. Lift və eskalatorlar olmayan yerlərdə bu keçidlər faktiki şəhəri əlçatmaz edir. Araba ilə burada hərəkət etmək çətindir.

🔹Təbii ki, İstanbuldan öyrəniləsi şey çoxdur, yaxşı misallar var (xüsusilə çeşidli ictimai nəqliyyat), lakin bu gün Bakıda tikilən yol qovşaqları güman ki eyni fəsadlara gətirəcək.

#İstanbul #piyadakeçidləri
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚇 Və bir daha qayıdaq metro mövzusuna.

🔹 6 ay ərzində 28 May/Nizami tuneli niyə bağlı olacaq, hansı işlər görüləcək — ən aydın şəkildə Azər Axundovun hazırladığı bu animasiya izah edir.

#metro