İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.53K photos
318 videos
2 files
805 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🔸 Bu həftə nə ilə yadda qaldı:

🔹 Rumıniya və Macarıstana səfər etdim. Bu ölkələrdəki nişanlanma boyasının keyfiyyətini və sürücülük mədəniyyətini göstərdim. Ətraflı vloqlar da olacaq.

🔹 Qarlı havadan sonra yollar təmizlənsə də, velozolaqlara məhəl qoyan olmadı.

🔹 Bakıda daha bir səki zəbt olundu. Tədbir görən qurum tapılmadı.

🔹 Piyadalara hörmət hər cəhətdən sıfır səviyyəsindədir. İşıqfor fazalarında insanları çox gözlətdirirlər, səkilər də illərlə belə vəziyyətdə qalır.

🔹 Keşlə bazarının yaxınlığında yeni yol üçün ağaclar məhv olundu. İnsan yönümlü istiqamətində addımlayan Bakı üçün bu utancverici mənzərədir.

💡 Yaxın həftələrdə yeni maraqlı vloqlar çıxacaq. Əməkdaşlıq və reklam üçün əlaqə saxlayın, müzakirə edək (şərtlər adekvatdır): anar@city4people.az

Kanalın fəaliyyətinə dəstək.
💡 Kanalda reklam.
⭐️ Eksklüziv müzakirinə qrupuna giriş.

#urbanhəftə
🪴 Təhlükəsizlik adacıqların qorunması üçün sadə həllər.

🅿️ Bakıdakı küçə parkinqlərin ən böyük problemlərdən — təhlükəsizlik adacıqlarının zəbt edilməsidir. Belə parklanma tək qayda pozuntusu deyil, birbaşa olaraq təhlükədir, xüsusilə piyada keçidlərinin önündə.

☑️ Yaxşı misallardan birini Budapeştdə tapmaq olar. Sadəcə dibçək qoymaqla, həm təhlükəsizlik artırılır, həm də şəhərə az da olsa, amma bir kol yaşıllıq gətirir.

🇨🇿 Praqada isə başqa misal var — adacıqlarda mikromobillik parkinqi təşkil edirlər (vloqda göstərmişdim).

Hər iki variantı ssenaridən asılı olaraq tətbiq etmək olar.

✍️ Tərəfimizdən rəsmi təklif verilib. Ümid edək ki, təklifimiz eşidiləcək.

#parklanma #təhlükəsizlik
💬 Dostlar, Facebook-da belə bir qrup var. Şəhərdə gördüyünüz problemlərin foto və videolarını paylaşa bilərsiniz.

🔹 Küçələr, səkilər, yollar, ictimai nəqliyyat və digər məsələləri paylaşın və çıxış yollarını da təqdim edə bilərsiniz.

❗️Ən aktual olanlar səhifədə də işıqlandırılacaq.

➡️ https://www.facebook.com/share/g/1BbHJpQNu7/
✍️ Bu arada, hər zaman xatırlayıram ki, problem, şikayət və təklifləri dövlət qurumlarının özlərinə də göndərmək lazımdır.

🔹 İctimai nəqliyyat və yol infrastrukturu: AYNA (office@ayna.gov.az) + bu yaxınlarda WhatsApp-da müraciətləri qəbul etməyə başladılar: +994 77 100 01 41

🔹 Dövlət Yol Polisinə: info@dyp.gov.az və yaxud "E-Polis" tətbiqi (AppStore / Google Play)

🔹 NİİM (işıqforlarla bağlı problemlər): info@bakuits.gov.az

🔹 Bakı Şəhər İcra Hakimiyyəti: mail@baku-ih.gov.az

➡️ Əlavə olaraq, müraciətinizin nəticələrinizi, Teleqram-qrupumuzda paylaşın, birgə müzakirə edək.
İnsan yönümlü şəhərlər ️ pinned «✍️ Bu arada, hər zaman xatırlayıram ki, problem, şikayət və təklifləri dövlət qurumlarının özlərinə də göndərmək lazımdır. ⠀ 🔹 İctimai nəqliyyat və yol infrastrukturu: AYNA (office@ayna.gov.az) + bu yaxınlarda WhatsApp-da müraciətləri qəbul etməyə başladılar:…»
💬 Yazırlar ki, "28 May" (Vağzal Meydanı) nəqliyyat habında dayanacaqların bir hissəsində asfalt çöküb.

🔹 Belə halların qarşısını almaq üçün, bir çox şəhərlərdə belə bir təcrübəsi var ki, dayanacaqlar olan yerləri qat-qat daha dözümlü beton örtüyü edirlər (2-ci foto). Bratislavada (3-cü foto) hətta səki daşı ilə örtülən dayanacaqlar var. Bunu Vağzal Meydanında tətbiq etmək hələ də gec deyil.

#VağzalMeydanı
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚌 20 saniyədə ⏩️ 5 avtobus.

🔹 Xocalı prospektində avtobus zolağının vacibliyini vurğulayan video.

🔹 İctimai nəqliyyatı cəlbedici etmək üçün onun prioritetini təmin etmək mütləqdir.

#avtobuszolaqları
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Son günlər müşahidə olunan tıxaclar haqqında.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌸 Şəhərlərimiz xanımlarımız kimi hər zaman gözəl olsun.

Əziz xanımlar, bayramınız mübarək! 🌹

#8mart #BayramınızMübarək
💐 Gül zolağı 🌞

📍 Füzuli küçəsində avtobus zolağı da bayram əhvali-ruhiyyəni yaşayır 🌼

#8mart #avtobuszolaqları
Şəhərin mərkəzində səkilərin vəziyyəti.

Sizcə avtomobil yolu bu halda olsaydı, neçə gündən sonra onu bərpa edərdilər? Və TikTok-da neçə video bu haqda artıq paylaşılardı?

📍 Dilarə Əliyeva və 28 May küçələri.

#səkilər