İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.54K photos
319 videos
2 files
809 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Dənizkənarı Bulvarın ərazisində velosiped yollarının salınması üçün bütün şərait var.

Piyada və velosiped axınlarını ayırmaq üçün və konfliktləri minimuma salmaq üçün çox sadə bir nişanlanma işlərini aparmaq kifayətdir. Təxmini belə 👆
Media is too big
VIEW IN TELEGRAM
2 gün ərzində Zaqulba-Bilgəh yolunda velosiped zolağı təşkil etdilər, qoruyucu konusları da quraşdırdılar.

Şəhərdaxili küçələrdə isə bunu 5 il gözləyirik.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gün Bakı Nəqliyyat Agentliyi şəhər infrastrukturun inkişafına dair "Mosqortransport"-la saziş imzalayıb.

Ümid edirəm, BNA Moskvanın uğurlu təcrübəsini tətbiq etməyə başlayacaq.

Misal üçün daha effektiv avtobus zolaqlarının təşkili. Bu haqda mən artıq yazmışdım (link şərhdə).

BNA mənə qulaq asmasa da, heç olmasa Moskvadakı həmkarlarından birbaşa öyrənsin.
🇺🇦 Ukraynanın Lvov şəhərində küçə təmirdən sonra 👆

Bizim regionlarla müqayisə ediləsi deyil. Ən azı 20 il geridə qalmışıq.
İnsanları ictimai nəqliyyata yönləndirmək üçün piyada infrastrukturu da əlverişli olmalıdır.

Fotoları göndərən izləyici yazır ki, bura Qara Qarayev prospektindən Koroğlu metrosu tərəfə gedən piyada yoludur (əgər buna yol demək olarsa).

Evdən və iş yerindən nəqliyyata tanın "last mile" (sonuncu mil) infrastrukturuna şəhərimizdə mütləq yenidən baxılmalı, səkilər və piyada yolları mümkün qədər rahat və əlçatan olmalıdır.
Üç gündür Bilgəh yolunda çəkilən velosiped zolağının müzakirəsi gedir və nəhayət BNA onun müəllif olduğunu təsdiqlədi.

Velozolaqların və ümumiyyətlə müasir mobillik infrastrukturunun inkişafı, təbii ki çox sevindiri bir haldır. Düzdür, Buzovna-Bilgəh yolunda velosiped zolağının fiziki baryer olmadan təşkili tam təhlükəsiz sayıla bilməz, amma nədənsə başlamaq lazım idi.

Ümid edirəm, şəhər küçələrində yeni velozolaqları yaxın aylarda görəcəyik, ən azı BNA sədri press-konfransda buna söz verib.

Amma nəbadə şəhərdəki zolaqlar Puşkin küçəsindəki uğursuz "demo-versiya" kimi olsun (xüsusi ilə kəsişmədəki sürüşkən örtük). Eyni zamanda piyadalardan onsuzda ensiz səkilər veloyollar üçün alınması yolverilməzdir.

Şəhər küçələrində velozolaqlar hərəkət hissəsində təşkil olunmalıdır, təbii ki qoruyucu konuslar quraşdırmaqla və bufer zonalarını nişanlamaqla. Nəzərə alsaq ki əksər küçələrimizdə avtomobil zolaqların eni 3,5-4 metrdir bu işləri sürücülərin haqqına girmədən təşkil etmək mümkündür, sadəcə zolağın eni azaldılmalıdır.

Bəs əslində necə olacaq? Biz bunu bilmirik, çünki istər BNA, istər digər dövlət qurumları öz planlarını və eskizlərini ictimaiyyətlə bölüşmək istəmir. Qapalı qalmaqla isə heç vaxt insanların etibarını qazanmaq mümküm deyil.

Odur ki, sürprizləri gözləyək...
🚲 Müvəqqəti velosiped zolaqları.

Bura Moskvadır və yay aylarında bu şəhərin bir sıra küçələrində müvəqqəti velosiped zolaqları salınır. Bu, daha çox Moskvanın iqliminə bağlı olan məsələdir, çünki qış aylarında hələ velosiped sürənlərin sayı çox deyil.

Bakıda müvəqqəti velosiped zolaqları fəsilə görə deyil, həmin zolaqlarının küçənin buraxılış qabiliyyətinin təsiri və velosipedçilərin cəlb edilməsi üçün salına bilər. Uğurlu təcrübə olduğu halda müvəqqəti zolaq daimi varianta çevirmək olar.
Çox təəssüf ki, bizim cəmiyyətdə yol-nəqliyyat hadisələrinin qurbanlarına "təsadüf" və "qismət" kimi yanaşırlar.

Bu ağıllı oğlan ölkəmizin gələcəyində böyük rol oynaya bilərdi. Bəlkə hər hansı bir icadın müəllifi olacağdı.

Amma bu gün o yol qəzasında həlak olub. Çünki biz yol hərəkəti təhlükəsizliyinə dair demək olar ki heç bir tədbir görmürük.

Sabah bu hadisəni heç kim yadına salmayacaq, ona görə ki bir insan həyatının dəyəri Azərbaycanda çox aşağıdır.

Allah rəhmət eləsin.
Həftəniz qəşənq mənzərədən başlasın 💚

📍 Helsinki, Finlandiya
Bu gecə Ziya Bünyadov prospektində yenə piyada vurulub.

Sürücülər isə hər dəfə bu xəbərlərin şərhlərin girib "piyadaları cərimələmək lazımdır" fikirləri səsləyirlər.

Ziya Bünyadov prospektində sürət həddi aşağı salınmalıdır, lazım olan yerlərdə isə eynisəviyyəli piyada keçidləri təşkil etmək lazımdır.

Başqa çıxış yolu yoxdur. Və bunu əsas sürücülər deyil, gərək yolların təhlükəsizliyinə cavab verən dövlət qurumları başa düşsün.