İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.54K photos
319 videos
2 files
809 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🌳 Şəhər ağaclarının üstünlükləri

Transport for Baku səhifəsindən
🇦🇿 Ağdam şəhərində küçələr təxmini belə olacaq.

Tramvay keçən prospektlərdən birinin eskizi. Velosiped zolaqları da nəzərdə tutulub.
BakuBus-a göz dəydi? 😏

Bu qəza bu gün baş verib, deyilənə görə iki avtobus "DənizMall"-ın yanında toqquşub.

Hələ ki qəza ilə bağlı heç bir şərh vermək istəmirəm, səbələri məlum deyil. Görüntü olsa daha obyektiv danışmaq olar.

Lakin ümumi olaraq son vaxtlar BNA-nın tabeliyində olan (və sonradan İnvestisiya Holdinqinə verilən) bu daşıyıcının fəaliyyətində müşahidə olunan nöqsanların sayı az deyil.

Belə ki, şəxsi təcrübəmdən deyirəm ki, artıq neçə vaxtdır ki, avtobusların daxilində dayanacaqların adları elan olunmur, avtobusların onlayn izləməsi (bakubus.az) işləmir, sürücülər dayanacaq pavilyonundan xeyli uzaq, az qala ikinci sırada saxlayır.

Bəli, bir çox digər daşıyıcılara nisbətən Bakubus hələ də çox müasir avtobus parkına malikdir, sürücüləri isə daha hazırlıqlıdır. Amma ictimai nəqliyyatın cəlbedici olması üçün yeni avtobusların alınması kifayət deyil. Hərəkət cədvəli və tıxacsız hərəkət kimi amillərlər hətta daha vacibdir (yəni avtobus zolaqlarının salınması və onlara nəzarət).

⚠️ P.S. Düşünürəm kimsə gəlib şərhlərdə yazacaq ki, "gördünüz, avtobuslar təhlükəlidir, ondansa maşınla gedərəm" - nəzərə alın ki, statistikaya görə avtomobil qəzaları avtobuslardan qat-qat daha çoxdur. Sadəcə ictimai nəqliyyatın iştirakı ilə qəzalar mətbuatda daha çox işıqlandırlır.
Pandusların təşkil edilməsi Bakı şəhərində piyadalar üçün ən yaxşı yeniliklərindən biridir.

Gün gələr onların vəziyyətinə nəzarət və vaxtında qulluq etməyi də öyrənərik.
Forwarded from Əkinçi
“Ağıllı şəhər insan yönümlü şəhərdir və insanın davranışına uyğun olaraq təkmilləşir”

Memar Toğrul Bayramov deyir ki, ağıllı şəhər deyəndə bir çox insanın ağlına robotlar, göydə uçan avtomobillər gəlsə də, əslində, bu şəhərlər sadəcə olaraq, insanı mərkəzə qoyan və ona xidmət edən şəhərlərdir.

🔗 https://youtu.be/Nqw5kTKTeos

@akinchiproject
Yaxşı haldır ki cəmiyyətdə "insan yönümlü şəhər" termini gündəmə gəlir, getdikçə daha çox istifadə olunur. Maraqlı videodur, izləyin 👆
Bu gün Ələt-Astara maqistralı ilə gedəndə fikir verdim ki, Salyana qədər olan hissə yavaş-yavaş Quba-Bakı yoluna çevrilir - sağ zolaq yamaqlarla doludur.

Maqistralın təhvil verilməsindən heç 4 il keçməyib.

Yollarımız niyə bu qədər dözümsüzdür?
♿️ Baryersiz mühitə hər yerdə laqeyd yanaşma.

Biz öyrəşmişik ki, küçələrimizin əksəriyyətində hərəkət edərkən mütləq qabağında çoxlu pillələr və maneələr çıxacaq. Paytaxtın bir sıra küçələrində panduslar olsa belə, regionlarda vəziyyət Bakıdan qat-qat acınacaqlıdır.

Çox vaxt hətta fərdi sahibkarlar bu haqda təmamilə unudurlar. İstirahət və iaşə obyektlərinin sahibləri üçün azmobilli və araba ilə hərəkət edən insanlar qrupu ümumiyyətlə mövcud deyil.

"Kimsə bura uşaq arabası ilə gələ bilər" fikirləri əksər hallarda sahibkarların və mühəndislərin ağlından keçmir.

Məkanların adlarını çəkməyin bir mənasını görmürəm, çünki bu bir sistem problemidir. Bircə deyim ki, regionlarda bu problem daha da aktualdır.

Hər yerdə bu qədər lüzumsuz pillələr tikmək sevgisi haradandır? Əksər yerlərdə hamar eniş təşkil etmək olardı.

Müştərinin rahatlığı ön planda olmalıdır, əgər uğurlu biznesin qurulmasından danışırıqsa.
​​Bakı Nəqliyyat Agentliyi və Bakı Metropolitenini qınayıram! 👎

Gələn aydan ictimai nəqliyyat yenə şənbə-bazar günlərində işləməyəcək...

Hörmətli Vüsal Kərimli və Zaur Hüseynov, vəziyyəti dəyişmək üçün tərəfinizdən hansısa addımlar atıldımı? Hər birinizin həm Baş Nazirə, həm Dövlət Başçısına birbaşa çıxışınız var. Niyə səsiniz çıxmır?

Əlinizdə sərnişinlər gündəlik daşınma sayı, AVRO çempionatı zamanı yoluxma statistikası və s. var.

Ümumiyyətlə bunun nə qədər məntiqsiz olduğunu artıq N-cı dəfə təkrar etməyə ehtiyac yoxdur.

"Transport for Baku"-nu izləyin, hər həftə bunun məntiqsizliyini və fəsadlarını izah edir. İnsanlara əziyyət vermək - bunun başqa adı yoxdur.

Öz rəhbərliyinizə buna başa salmaq və təsir etmək üçün özünüzdə cəsarət tapa bilmirsiniz?

Bəlkə biz, qara camaat olaraq, nəisə bilmirik? Çıxış edin, insanlara başa salın.

Bəlkə qanunsuz sərnişindaşıma və 1-manatlıq taksilərin fəaliyyətindən sizin də şəxsi marağınız var?

Hər şeyi Operativ Qərargahın boynuna yıxmaq çox asandır, lakin hətta hüquqda "cinayət hərəkətsizliyi" deyilən bir termin var. Hal-hazırda hər iki qurum yarandığı vəziyyətin məsuliyyətini daşıyır.
Bu xəbər ölkəmizdə öz vətəndaşlarımıza və xarici vətəndaşlara münasibəti çox aydın göstərir.

Ayıb olsun.
Maqistralda velosiped zolağı?

"2 təkər" səhifəsi paylaşıb ki, Bilgə-Zaqulba yolunda belə bir velosiped zolağı təşkil olunub.

Açığı dəqiq anlamaq olmur bu hansı tərəfdir, amma əgər bura 110 km/s olan hissədirsə, belə yolda fiziki baryer olmadan velosiped zolağı çəkmək olmaz.

Sonra bədbəxt hadisə olanda deyəcəklər ki, "görürsünüz, bizə yaraşmır!" və qısa zamanda bu zolağ silinəcək.

Yenilikləri düzgün tətbiq etmək lazımdır ki, onlar diskreditasiya olunmasın.

Yoxsa bura tras deyil? Kimin məlumatı var?
🔌 UPDATE: Yeni tariflər əhali üçün deyil, müəssisələr üçün nəzərdə tutulub. Xəbər saytlarına inandım 🤦‍♂️

🔌 Elektrik avtomobillərin sahibləri üçün yaxşı xəbər var.

Axşam saat 22:00-dan səhər 08:00-ə qədər elektrik enerjisinin qiyməti iki dəfə ucuzlaşdırılıb (1 kilovatı 7 qəpikdən 3,5 qəpiyə).

Bizdə elektrik avtomobillər üçün infrastruktur çox zəif təşkil olunub və sözügedən maşınların sahibləri adətən onları evdə "rozetka"dan doldururlar.

Gecə tarifi ilə 50% qədər qənaət etmək mümkün olacaq.
London, İstanbul və Moskva kimi iri meqapolislərdə hətta gecələr xüsusi marşrut avtobusları fəaliyyət göstərir.

"Night bus" adlanan marşrutlar gecə vaxtı tələbat yarana biləcək istiqamətlər üzrə (turistik məkanlar, əhalinin sıx işlədiyi və yaşadığı zonalar) xidmət göstərir.

Bakıda isə bir ildir ki "pandemiya" bəhanəsi ilə şənbə-bazar günlərində avtobuslar qarajlarda boşuna dayanır.

"AVRO" çempionatını keçirməklə ölkəyə Avropa gəlməyəcək. Gərək qərar qəbul edən beyinlər dəyişsin.