İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.45K photos
308 videos
2 files
770 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🌉 Deyəsən, Cavanşir körpüsünü sökmək istəyirlər.

AAYDA-nın mətbuat xidməti deyir ki, körpünün mənası qalmayıb, çünki əvvəl dəmir yolu körpüsünün rolunu oynayırdı, indi relslər yoxdur, körpünün mənası qalmayıb.

🔸 Körpünün əvəzində yol tikmək təklif olunur. Çox güman ki, yol olsa, elə Üzeyir Hacıbəyov kimi geniş "maqistral", piyada keçidi isə yeraltı olacaq.

🔹 Maraqlıdır ki, bu konsepsiya burada elə dünən göstərdiyim müasir Port Baku-nun layihəsinə heç də uyğun olmayacaq.

🔹 Baş plana baxsaq isə, bura yaşıl dəhlizin davamı olmalıdır ümumiyyətlə. Yəni burada yol deyil, məhz yaşıllıq və piyada zonası olmalıdır. Avtomobil hərəkətini isə kiçik körpü vasitəsilə dəhlizin altı ilə aparmaq olar.

❗️ P.S. Qərar hələ qəbul olunmayıb, ümid edək ki, heç olmasa COP29-un bəhanəsi ilə insanyönümlü bir layihə verilər bura.

#cavanşirkörpüsü
🚧 Cavanşir körpüsü ilə vidalaşma.

Bakının ən tanınmış körpülərdən biri 1962-ci ildə inşa edilmişdir, əsas məqsədi Bakı Dəniz Limanına gedən yük qatarlarının dəmir yolunu və avtomobil axınların ayırmaq idi.

🔹 Körpü ilk sovet kosmonavtı Yuri Qaqarinin adını daşımış (eyni adlı küçənin davamı idi), müstəqillik dövründə isə Qafqaz Albaniyasının hökmdarı Cavanşirin xatirinə adlandırmışdır.

🔹Maraqlıdır ki, orijinalı Sankt-Peterburqun Ermitaj muzeyində yerləşən heykəlin kiçik mulyajları körpünün hasarında səki boyu düzülmüşdür.

🔸 20 may 2024-cü il tarixindən etibarən körpü bağlanacaq, onun söküntü işlərinə başlanılacaq. Bakının bu məkanı birdəfəlik tarixə qovuşacaq.

#cavanşirkörpüsü
🎞️ Cavanşir körpüsünün tarixi fotosu.

🔸 Vaxtilə körpüdə ikitərəfli hərəkət təşkil olunmuşdur və bir hissəsində svetofor quraşdırılmışdı.

Fikir verin arxa plandakı zavodlar indiki Ağ Şəhərin ərazisidir.

🚧 Körpünün söküntüsünə artıq başladılar.

📷 Foto 2000-ci illərin əvvəlinə aiddir.

#cavanşirkörpüsü
Bu da son…

🔘 Cavanşir körpüsü. 1962-2024.

#cavanşirkörpüsü
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
İnsan yönümlü şəhərlər ️
Cavanşir körpüsünün sökülməsini, onun yerində hansı layihənin olmasını və ümumiyyətlə şəhərdə bu cür proseslər necə getməlidir - bu gün “Sabah Saxlamayaq” verilişində qonaq qismində bu mövzuda çıxış etdim. ➡️ https://youtu.be/SAh3-gwe5i0?si=5zYrO58cJGJBTRh2
🚧 Cavanşir körpüsünün sökülməsini "Sabaha saxlamayaq" verilişində müzakirə edəndə, AYNA və AAYDA-nın nümayəndələri məlumat verdilər ki, onun yerində tikilən layihənin variantları hazırda Nəqliyyatın Əlaqələndirmə Şurasında müzakirə edilir.

🔸 Masadar bir neçə layihə var, onlardan biri yaxın 20 gün ərzində seçiləcək. Ümid edək ki, şəhərin düz mərkəzində olan küçədə insan yönümlü bir mühit yaradılacaq.

🔸 Baş planan baxsaq, burada "yaşıl dəhliz" keçməlidir (körpüyə perpendikulyar), və avtomobil axınını bu yaşıl dəhlizlə necəsə ayırmaq lazım olacaq. Əgər bunu icra etməsələr, deməli, baş planın elə birinci ildə ondan kənara çıxmış olacağıq.

#cavanşirkörpüsü
☑️ OK, Cavanşir körpüsü söküldü. Bəs bu ərazinin aqibəti necə olacaq?

Hazırda vəziyyət necədir və niyə bura məhz insan yönümlü layihə vermək lazımdır?

🚧 Sökülən körpünün ətrafında gəzişdim, fikirlərimi paylaşdım və hətta bura üçün zamanında təklif edilən layihəni də göstərdim.

➡️ https://youtu.be/eiyZ2PEic48?si=H5L1V1qkrxxCnGPD

🔹 Kanalın fəaliyyətinə dəstək göstərmək üçün ➡️ bu link
🔹 Özəl Telegram-kanalına qoşulmaq üçün ➡️
bu link

#vloq #cavanşirkörpüsü
🚧 Sökülmüş Cavanşir körpüsünün yerində piyada "zebra"ları olacaq.

🔸 Nəhayət yeni layihənin əsas detalı açıqlandı. "Port Baku Walk" və "Port Baku Tower" ərazisi eynisəviyyəli piyada keçidi ilə birləşəcək, bunun üçün çox güman ki burada svetofor quraşdırılacaq, çünki zolaqların sayı çoxdur, avtomobil və piyada axınını növbəli şəkildə buraxacaqlar.

Maraqlıdır ki, bu məlumatı AAYDA açıqlayıb, hər kəs isə AYNA-dan gözləyirdi.

#cavanşirkörpüsü
Keçmiş Cavanşir körpüsünün ərazisinə asfalt vurmağa başladılar.

🔸 Burada heç bir yolötürücüsü olmayacaq. Düz yol və eynisəviyyəli piyada keçidi.

#cavanşirkörpüsü
🚷 Cavanşir körpüsü layihəsi - səkilər nəzərə alınmadı?

🚧 Ərazidən son fotolarda yaxşı misallara da rast gəlinir. Belə ki, burada eynisəviyyəli piyada keçidlərin təşkili, təhlükəsizlik adacıqlarını görürük. Lakin "Port Baku Walk" və Qızılgül parkı tərəfində qalan 1,5-metrlik səki elə olduğu kimi dar olaraq qalıb. Şəkillərdə görünür ki, parkın yanında geniş asfalt yolu salınıb, hansını ki bir qədər daraldıb səkiyə qatmaq olardı.

🔸 Adətən bitməmiş layihələr üzrə nəticələr çıxarmırlar, amma görünür ki, məhz sözügedən hissədə artıq tamamlanma işləri gedir. Əgər buranı müasir bir məkana çevirmək niyyəti varsa, səkilər mütləq nəzərə alınmalıdır, xüsusi parkın və ictimai məkanın ətrafından söhbət gedirsə.

#cavanşirkörpüsü
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚷 Təzəlikcə istifadəyə verilmiş ərazidə piyadalara belə əziyyət verirlər.

🔸 2024-cü ildir, hətta yeni layihələrdə səkiləri nəzərə alınmır.

#minivloq #səkilər #cavanşirkörpüsü