İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.54K photos
319 videos
2 files
809 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇺🇦 Ukraynanın Odesa şəhərində 9 mərkəz küçəni istirahət günlərində piyadalaşdırmaq qərarına gəliblər.

Hələ ki, bu tədbir eksperimental xarakter daşıyır, lakin gələcəkdə istirahət və bayram günlərində bu ərazilər avtomobil hərəkəti üçün tam bağlanacaq.
Yusif Səfərov küçəsindəki avtobus zolağına nəzarət edə bilmirsinizsə, rədd eləyin getsin. Heç olmasa özünüzü belə biabır etməyin 🤦‍♂️

Sürücüləri qınamaq da lazım deyil. Əgər nəzarət yoxdursa, əgər cərimələr yazılmırsa - niyə bir insan özünə əziyyət verib tıxacda dayansın ki?

Bütün sivil ölkələri sivil və mədəni edən məhz qaydalara nəzarət mexanizmin olmasıdır.
Yadıma gəlir 2000-ci ildə Hacıbala Abutalıbov icra başçısı kimi fəaliyyətə başlayanda 1 həftəyə bütün eybəcər köşkləri Bakının küçələrindən və səkilərdən yığışdırdı.

Deyəsən, Eldar Əzizovu bu vəziyyət narahat etmir. Futboz üzrə Avropa Çempionatı keçirən şəhər sanki Banqladeşdir.
Elə bil hiss edirdim ki, ötənki postda "insanlar çörək qazanır" tipli şərhlər gələcək (facebook-da görənlər görüb).

Təəssüf ki, buna da ayrıca bir izah verməliyəm.

Birincisi, mən heç vaxt insanların pul qazanmağın əleyhinə olmamışam. Əksinə, bu səhifəni çoxdan izləyənlər bilir ki, insan yönümlü şəhərlər konsepsiyası o cümlədən iqtisadiyyata müsbət təsir edir, belə şəhərlər əhaliyə əlavə gəlirləri stimullaşdırır.

Piyadayönümlü küçələrdə hər zaman biznes aktiv çalışır, çünki piyadalar və velosipedçilər yolüstü nəisə almağa daha meyilli olur. Küçələrdəki kafelər və "street food" adlandıran biznes bütün ölkələrdə var, mən buna qarşı heç vaxt olmamışam, əksinə dəstəkləmişəm. Dəfərlərlə özüm onların xidmətlərindən yararlanmışam.

Amma gəlin unutmayaq ki, bir insanın azadlığı və haqqları digər insanların azadlığı başlayan yerdə bitir. Piyadaların yolunu kəsən köşklər, həmin piyadaları məcburi olaraq yolun hərəkət hissəsinə çıxmağa vadar edən, onların həyatını təhlükəyə atırsa - bunların heç birinə "çörək pulu" bəhanəsi gətirmək olmaz. Bu halal pul deyil. Mən hələ şəhərin estetik görünüşünə dəyən ziyanından danışmıram.

Bilirsiniz nəyə bənzəyir? Avtoşluq edən, digər sürücülərin həyatını təhlükəyə atan taksilərə heçnə demirlər ki, bəs əl dəyməyin, kişi çörək puluna çıxıb. Bu düzgün deyil, əzizlərim. Biz sivil ölkədə yaşamaq istəyirik ya yox?
🇺🇸 Kaliforniyada yaşayan bir dostum bu fotonu paylaşıb. Deyir, bu tıxacdan çıxmaq üçün 6 saat vaxt itirmişəm.

Amerika dünyada ən geniş yolları ilə tanınır. Və bu foto bir daha sübut edir geniş yollar sadəcə daha çox avtomobil cəlb edir.

Yolların genişləndirilməsi tıxac problemini həll etmir. İzahı birinci şərhdə.
🔞

Bu insan özünü nəqliyyat eksperti adlandırır. "Avtosfer" adlı saytın redaktorudur.

Dünən köşklər haqqında paylaşdığım postda hətta izah verəndən sonra yazdığı şərhə bax. Mədəniyyət "cırır".

Amma bu adam öz dünyasında peşəkardır, onu sensasiya axtaran jurnalistlər dəvət edib, intervyu götürür.
🚊Kim deyir ki Bakıda tramvay üçün yer yoxdur?

Hər dəfə xəbərlər və sosial şəbəkələrdə tramvay mövzusu gündəmə gələndə dərhal “bizim küçələrdə tramvay üç yer yoxdur” və “maşınlar üçün yer azdır, tramvay hara yerləşsin?” tipli şərhlərə rast gəlmək olar.

İntuitiv olaraq bu rəylər məntiqli görünə bilər, lakin həm Bakının tarixini, həm də müasir mobilliyi haqqında anlayışı olan ixtisasçılar başa düşür ki, bu gün Bakı şəhərinə müasir tramvay hava-su kimi lazımdır. Tramvayın əleyhinə arqumentlər səslənsə də, onları təkzib etmək çətin bir iş deyil. Gəlin, üç ən tez-tez sadalanan arqumentlərə nəzər salaq.

Yeni məqalə 👇
https://city4people.az/post/bakida-tramvay/
🏞 "Crescent Bay" layihəsi və Dənizkənarı Bulvar.

Bu layihənin tikintisi təxmini 10 ilə yaxındır davam edir. Sahildə yerləşən hotelin yerində də əvvəllər dəniz olub, iki il ancaq onun qurutmasına sərf olunmuşdur. Həm də iqtisadi böhran və pandemiya işləri ləngitdi.

Şəhərsalma cəhətindən bu layihə "Köhnə bulvar" və "Ağ Şəhər bulvarı" adlanan ərazilərin əlaqələndirilməsinə müsbət təsir göstərməlidir. İndiki halda köhnə bulvardan Ağ Şəhərə getmək üçün dar səki, dəniz vağzalının dayancağından, maşınların arasından hərəkət etməlisən, bəzi yerlərdə yolun hərəkət hissəsinə çıxmaq lazımdır.

Şəhərin ən hündür binaları olmasa da, məncə bu kompleks birmənalı olaraq Bakı buxtasının yeni dominantasına çevriləcək.

Foto: URBN Limited (video birinci şərhdə)
Şəxsi mesajlara tez-tez şikayət edilən problemlərdən biri piyada zolaqları və yol xətlənməsində istifadə edilən boyaların dözümsüzlüyüdür.

Həqiqətən, şəhərin əksər yerlərində bu cizgilər çox tez silinir. Problemə diqqət verən vətəndaşların şikayətlərinə rəsmi qurumlar cavab verir ki, bu hava şəraiti və avtomobil təkərlərindəki çirk və palçıqdan irəli gəlir.

Bunun çıxış yollarından biri yol xətlənməsində adi boya deyil xüsusi termoplastik boyalardan istifadə etməkdir. Maraqlıdır ki, Bakıda bir sıra kəsişmələrdə məhz dözümlü termoplastikdən istifadə edilib (misal üçün Üzeyir Hacıbəyov küçəsində).

Məntiqli sual yaranır - niyə hər yerdə termoplastikdən və yaxud heç olmasa daha dözümlü boyadan istifadə olunmur? İnanmıram ki buna pul yoxdur, çünki hər il yolların təmirinə dövlət büdcəsindən milyonlara pul ayrılır.
İnternet məkanımızda yeni bir sayt açılıb - "Elektron ictimai nəzarət".

Gündəlik rastlaşdığınız problemlərə dair foto/video göndərirsiniz, platformanın əməkdaşları isə dövlət orqanlarına ilə müraciət edib problemi həll etməyə çalışırlar.

Təşəbbüs ABŞ Beynəlxalq İnkişaf Agentliyinə məxsusdur, amma belə bir platforma əslində dövlət tərəfindən yaradılmalı və dəstək olunmalıdır.

Küçələrə dair də müraciətlər göndərmək olar, amma bizim küçələrdə hazırda ən çox rast gəlinən problemlər məhz səkilərdir. Hal-hazırda saytda bu məsələ öz əksini tapmayıb.

Müraciət göndərmək üçün sayt: https://www.enezaret.az/
🇺🇦 Lvov şəhəri, əvvəl və sonra.

📷: Ihor Ivanov
Asfalt örtüyünün və səkinin vəziyyətini müqayisə edin (əgər buna səki demək olarsa).

Bu foto Bakı şəhərində əsl prioritetləri çox gözəl ifadə edir. Avtomobilin yoxdursa - sən bu şəhərin ikinci sort vətəndaşısan.

📍 Səbayıl rayonu, Saraykin küçəsi.
🇦🇪 Digər ölkələrdən danışaraq, adətən Dubay şəhərini daha çox avtomobil yönümlü bir misal kimi gətiririk. Bu, həqiqətən elədir. Son 30-40 il ərzində sürətlə inkişaf edən BƏƏ-nin ən böyük şəhərində 8-10 zolaqlı yollar salınıdı və mürəkkəb yol qovşaqları tikildi.

İlkin baxışdan bu şəhərdə avtomobil həqiqətən küçələrin şahıdır. Bütün şəhər sanki yollara qurban verilib.

Buna baxmayaraq, Dubayda piyadaların təhlükəsizliyindən vaz keçmirlər. Son illər ərzində velosiped və elektroskuterlər üçün də infrastruktur yaradılır.

Ətraflı yeni məqalədə 👇
https://city4people.az/post/avtomobil-insan-dubay/

#Dubay
🌳 Şəhər ağaclarının üstünlükləri

Transport for Baku səhifəsindən
🇦🇿 Ağdam şəhərində küçələr təxmini belə olacaq.

Tramvay keçən prospektlərdən birinin eskizi. Velosiped zolaqları da nəzərdə tutulub.