🇬🇧 Londonun piyada keçidlərində maraqlı yenilik gözlənilir.
⠀
Bundan sonra nizamlanan piyada keçidlərində daimi olaraq piyadalar üçün yaşıl işıq yanacaq. Yalnız keçidə yaxınlaşan nəqliyyat vasitəsi aşkar olunanda svetofor avtomobillərin hərəkətini icazə verən siqnala keçəcək.
⠀
Qısaca desək, əvvəllər piyadalar svetoforun düyməsini basıb maşınları gözləyirdilər, indi isə əksinə olacaq.
⠀
Bu yenilik şəhəri daha piyadayönümlü edilməsində növbəti bir addım olacaq.
⠀
İlkin olaraq bu qayda 18 piyada keçidində tətbiq olunacaq.

Media is too big
VIEW IN TELEGRAM
🇦🇿 İnsan yönümlü Ağdam.
⠀
Dünən Prezident İlham Əliyevə Ağdamın baş planı təqdim edilib və həmin şəhərdə piyadalara ən üstün prioritet verilməsi nəzərdə tutulduğu bildirilib.
⠀
Ağdamda geniş səkilər, relssiz tramvay və 79 km velosiped zolaqlarının təşkili planlaşdırılıb.
⠀
Bu arada, təqdimatı Ruslan Sadıqov - "Bakı Ağ Şəhər" layihəsinin icraçı direktoru həyata keçirib. Ağ Şəhər isə Bakının ən piyadayönümlü rayonlarından biri hesab olunur.
⠀
Ümid edirəm, Qarabağda bərpa olunan bütün şəhərlərdə belə müasir yanaşma tətbiq ediləcək.

"Formula 1"-ə görə bağlanan küçələr (qara ilə işarələnmiş dairə). Hər ehtimala qarşı xəbəriniz olsun.
⠀
Bulvar açıqdır, amma piyadaların hərəkəti ətraf küçələrdə çox narahatdır. Müvəqqəti quraşdırılan yerüstü keçidlərdə panduslar mövcud deyil.
⠀
Bir sözlə, zərurət yoxdursa, bu ərazidən 7 iyuna qədər uzaq durun.

This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚇Metronun qədrini hər kəs dəyərləndirdi, çünki əsas amillərdən biri evə və işə tez çatmaqdır.
⠀
Videodakı insanların bu cür rəyləri bir daha sübut edir ki, müasir dövrdə nəqliyyatın əsas meyarı mobilliyin təmin edilməsidir.
⠀
Hazırda metro Bakıda yeganə ictimai nəqliyyat növüdür ki, qrafik üzrə və tıxaclardan asılı olmayaraq insanları "A" nöqtəsindən "B" nöqtəsində çatdırır.
⠀
🚋İndi təsəvvür edin, Bakıda metro qədər rahat və sürətli tramvay bərpa olunur. Görün nə qədər insan öz avtomobilindən imtina edib ona minəcək ki, mümkün qədər tez iş dalınca və ya evinə çatsın.
⠀
Tıxaclardan qulturmaq istəyirikə, ilk növbədə şəhəri cəlbedici ictimai nəqliyyatla təmin etməliyik.
⠀
Yeni metrostansiyaların tikintisi çoxlu pul və vaxt aparır, amma tramvayların bərpası üçün Bakıda bu gün bütün şərait var, kimi gözləyirik?

⛽️ Premium (AI-95) benzinin qiyməti 1,40 AZN oldu.
Əslində, bu hələ pik bahalaşma sayılmır, 2019-cu ildə Premiumun qiyməti 1,50 AZN olub.
İndiki bahalaşma birbaşa olaraq dünya bazarlarında neftin qiymətinin artmasının səbəbidir. Neftin qiyməti aşağı düşsə, bu markalı benzinin qiyməti də düşə bilər.
Tarif Şurası yalnız AI-92 qiymətini müəyyən edir.

Bugündən etibarən Bakı-Sumqayıt dəmiryol səyahətlərini təmassız bank kartları ödəmək mümkündür.
⠀
Yəni, gedib bilet və ya kart almağa ehtiyac yoxdur. Bank kartını turniketə yaxınlaşdırıb gediş haqqını ödəmiş olursunuz.
⠀
Belə bir sistemi avtobus və metroda tətbiq edilməsini 2 il əvvəl hələ söz veriblər, amma "BakıKart"-ın tələsin yeri yoxdur, deyəsən.
⠀
Yəni, gedib bilet və ya kart almağa ehtiyac yoxdur. Bank kartını turniketə yaxınlaşdırıb gediş haqqını ödəmiş olursunuz.
⠀
Belə bir sistemi avtobus və metroda tətbiq edilməsini 2 il əvvəl hələ söz veriblər, amma "BakıKart"-ın tələsin yeri yoxdur, deyəsən.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚲 Velosipedçiləri hələ də sevindirə bilməyən şəhərlərimiz.
⠀
Bu gün Dünya Velosiped günü qeyd olunur. Bu video keçən ilin yayında hazırlansa da, hələ də şəhərimizdə velosiped infrastrukturuna dair heç bir işlər görülməyib.
⠀
Bakı Nəqliyyat Agentliyi bu il mərkəz küçələrində velosiped zolaqlarının salınmasına söz verib. Ümid edirəm, "bu il" dekabr ayını nəzərdə tutmur...
⠀
Tıxacları azaltmaq üçün alternativ nəqliyyat növləri mütləq inkişaf olunmalıdır.

🚲 Bakı Nəqliyyat Agentliyinin planlaşdırdığı velosiped yollarının xəritəsi.
⠀
Burada məndə sual doğuran iki ərazidir - İçərişəhər və Yusif Səfərov küçəsi.
⠀
İçərişəhər daşla döşənilmiş və eniş-yoxuşlar çox olan ortaq küçələrdən ibarətdir. Burada velosiped sürmək narahatdır. Əgər bu daşlar sökülüb yerində asfaltlanmış velosiped yolları salınacaqsa, mən bunun əleyhinəyəm. Şəhərin tarixi əraziləri mümkün qədər autentik şəkildə qorunmalıdır.
⠀
Yusif Səfərov küçəsində isə səkilər onsuzda dardır, bura velosiped yolu əlavə olmaq çətin olacaq. Deməli, bunun üçün Yusif Səfərovda hərəkət hissəsi daraldılmalıdır və yanında velozolaq təşkil olunmalıdır. Bu küçənin dövlət əhəmiyyətli ("tras") olduğunu nəzərə alaraq, inanmıram ki, yaxın vaxtlarda polis buna icazə versin.

🇺🇦 Ukraynanın Odesa şəhərində 9 mərkəz küçəni istirahət günlərində piyadalaşdırmaq qərarına gəliblər.
⠀
Hələ ki, bu tədbir eksperimental xarakter daşıyır, lakin gələcəkdə istirahət və bayram günlərində bu ərazilər avtomobil hərəkəti üçün tam bağlanacaq.

Yusif Səfərov küçəsindəki avtobus zolağına nəzarət edə bilmirsinizsə, rədd eləyin getsin. Heç olmasa özünüzü belə biabır etməyin 🤦♂️
⠀
Sürücüləri qınamaq da lazım deyil. Əgər nəzarət yoxdursa, əgər cərimələr yazılmırsa - niyə bir insan özünə əziyyət verib tıxacda dayansın ki?
⠀
Bütün sivil ölkələri sivil və mədəni edən məhz qaydalara nəzarət mexanizmin olmasıdır.

Elə bil hiss edirdim ki, ötənki postda "insanlar çörək qazanır" tipli şərhlər gələcək (facebook-da görənlər görüb).
Təəssüf ki, buna da ayrıca bir izah verməliyəm.
⠀
Birincisi, mən heç vaxt insanların pul qazanmağın əleyhinə olmamışam. Əksinə, bu səhifəni çoxdan izləyənlər bilir ki, insan yönümlü şəhərlər konsepsiyası o cümlədən iqtisadiyyata müsbət təsir edir, belə şəhərlər əhaliyə əlavə gəlirləri stimullaşdırır.
⠀
Piyadayönümlü küçələrdə hər zaman biznes aktiv çalışır, çünki piyadalar və velosipedçilər yolüstü nəisə almağa daha meyilli olur. Küçələrdəki kafelər və "street food" adlandıran biznes bütün ölkələrdə var, mən buna qarşı heç vaxt olmamışam, əksinə dəstəkləmişəm. Dəfərlərlə özüm onların xidmətlərindən yararlanmışam.
⠀
Amma gəlin unutmayaq ki, bir insanın azadlığı və haqqları digər insanların azadlığı başlayan yerdə bitir. Piyadaların yolunu kəsən köşklər, həmin piyadaları məcburi olaraq yolun hərəkət hissəsinə çıxmağa vadar edən, onların həyatını təhlükəyə atırsa - bunların heç birinə "çörək pulu" bəhanəsi gətirmək olmaz. Bu halal pul deyil. Mən hələ şəhərin estetik görünüşünə dəyən ziyanından danışmıram.
⠀
Bilirsiniz nəyə bənzəyir? Avtoşluq edən, digər sürücülərin həyatını təhlükəyə atan taksilərə heçnə demirlər ki, bəs əl dəyməyin, kişi çörək puluna çıxıb. Bu düzgün deyil, əzizlərim. Biz sivil ölkədə yaşamaq istəyirik ya yox?

🇺🇸 Kaliforniyada yaşayan bir dostum bu fotonu paylaşıb. Deyir, bu tıxacdan çıxmaq üçün 6 saat vaxt itirmişəm.
⠀
Amerika dünyada ən geniş yolları ilə tanınır. Və bu foto bir daha sübut edir geniş yollar sadəcə daha çox avtomobil cəlb edir.
⠀
Yolların genişləndirilməsi tıxac problemini həll etmir. İzahı birinci şərhdə.

🚊Kim deyir ki Bakıda tramvay üçün yer yoxdur?
⠀
Hər dəfə xəbərlər və sosial şəbəkələrdə tramvay mövzusu gündəmə gələndə dərhal “bizim küçələrdə tramvay üç yer yoxdur” və “maşınlar üçün yer azdır, tramvay hara yerləşsin?” tipli şərhlərə rast gəlmək olar.
⠀
İntuitiv olaraq bu rəylər məntiqli görünə bilər, lakin həm Bakının tarixini, həm də müasir mobilliyi haqqında anlayışı olan ixtisasçılar başa düşür ki, bu gün Bakı şəhərinə müasir tramvay hava-su kimi lazımdır. Tramvayın əleyhinə arqumentlər səslənsə də, onları təkzib etmək çətin bir iş deyil. Gəlin, üç ən tez-tez sadalanan arqumentlərə nəzər salaq.
⠀
Yeni məqalə 👇
https://city4people.az/post/bakida-tramvay/