İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.51K photos
315 videos
2 files
791 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚧 Cavanşir körpüsü ilə vidalaşma.

Bakının ən tanınmış körpülərdən biri 1962-ci ildə inşa edilmişdir, əsas məqsədi Bakı Dəniz Limanına gedən yük qatarlarının dəmir yolunu və avtomobil axınların ayırmaq idi.

🔹 Körpü ilk sovet kosmonavtı Yuri Qaqarinin adını daşımış (eyni adlı küçənin davamı idi), müstəqillik dövründə isə Qafqaz Albaniyasının hökmdarı Cavanşirin xatirinə adlandırmışdır.

🔹Maraqlıdır ki, orijinalı Sankt-Peterburqun Ermitaj muzeyində yerləşən heykəlin kiçik mulyajları körpünün hasarında səki boyu düzülmüşdür.

🔸 20 may 2024-cü il tarixindən etibarən körpü bağlanacaq, onun söküntü işlərinə başlanılacaq. Bakının bu məkanı birdəfəlik tarixə qovuşacaq.

#cavanşirkörpüsü
🌳 Xaqani bağı belə olacaq.

Yenidənqurma işləri bitəndən sonra burada yaşıl piyada zonası olacaq. Sizin üçün buranın fotoları çəkdim, amma paylaşmaqda Bakı Gündəliyi səhifəsi qabaqladı.

Necədir?
⬆️ Xaqani bağının layihəsində ən çox bəyənilməyən məqam bu oldu, deyəsən.

Təbii ki, burada parkinqin olması heç bir məna daşımır, çünki sağında 5-mərtəbəli qaraj var.

Ən yaxşı halda bu ərazi sərnişinlərin düşürdülməsi və mindirilməsi (drop-off/pick-up) üçün istifadə edilə bilər.

Başqa bir məsələ isə bu ərazi və ümumiyyətlə bütün mərkəzi küçələr asfalt yox, daşla döşənilməlidir.
🎞️ Cavanşir körpüsünün tarixi fotosu.

🔸 Vaxtilə körpüdə ikitərəfli hərəkət təşkil olunmuşdur və bir hissəsində svetofor quraşdırılmışdı.

Fikir verin arxa plandakı zavodlar indiki Ağ Şəhərin ərazisidir.

🚧 Körpünün söküntüsünə artıq başladılar.

📷 Foto 2000-ci illərin əvvəlinə aiddir.

#cavanşirkörpüsü
Bu da son…

🔘 Cavanşir körpüsü. 1962-2024.

#cavanşirkörpüsü
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
İnsan yönümlü şəhərlər ️
Cavanşir körpüsünün sökülməsini, onun yerində hansı layihənin olmasını və ümumiyyətlə şəhərdə bu cür proseslər necə getməlidir - bu gün “Sabah Saxlamayaq” verilişində qonaq qismində bu mövzuda çıxış etdim. ➡️ https://youtu.be/SAh3-gwe5i0?si=5zYrO58cJGJBTRh2
🚧 Cavanşir körpüsünün sökülməsini "Sabaha saxlamayaq" verilişində müzakirə edəndə, AYNA və AAYDA-nın nümayəndələri məlumat verdilər ki, onun yerində tikilən layihənin variantları hazırda Nəqliyyatın Əlaqələndirmə Şurasında müzakirə edilir.

🔸 Masadar bir neçə layihə var, onlardan biri yaxın 20 gün ərzində seçiləcək. Ümid edək ki, şəhərin düz mərkəzində olan küçədə insan yönümlü bir mühit yaradılacaq.

🔸 Baş planan baxsaq, burada "yaşıl dəhliz" keçməlidir (körpüyə perpendikulyar), və avtomobil axınını bu yaşıl dəhlizlə necəsə ayırmaq lazım olacaq. Əgər bunu icra etməsələr, deməli, baş planın elə birinci ildə ondan kənara çıxmış olacağıq.

#cavanşirkörpüsü
🇺🇦 Kiyevdə belə bir yol qovşağı təşkil etdilər.

Fikir verin velosiped zolaqları və təhlükəsizlik adacıqları da var. Adətən bu cür qovşaqlar (tək bizdə yox, ümumiyyətlə) heç də insan yönümlü olmur, burada yeraltı keçidlər edirlər, velosiped üçün isə şərait heç olmur.

🔹 Belə baxanda, hətta misal üçün hava limanı yolu qəsəbələri velosiped yolları ilə birləşdirmək olar. Təbii ki, bu cür velozolaqlar fizik olaraq sürətli yoldan ayrılmalıdır.
🇺🇦 Müharibə şəraitində yaşayan Ukraynada baş verən urbanistik transformasilayar.

Dnepr şəhərində səkilər insanlara bu cür qaytarılır.