İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.51K photos
315 videos
2 files
791 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
⚠️ Bu gün pis xəbər də var.

🔸 Baxmayaraq ki, bütün dünyada artıq sübut olunub ki, yeni yol qovşaqların tikintisi tıxac problemini həll etmir, baxmayaraq ki, Bakı artıq bunu öz misalında sübut etdi, bu yaxınlarda Bakıda daha bir yol layihənin reallaşdırması nəzərdə tutulub.

❗️ Və təəssüf ki, bunun üçün çox güman ki, ağaclar qurban veriləcək. Keşlə bazarının yaxınlığında yeni tunel tikiləcək, yol 8 zolağa qədər genişləndirəcək, səs kirliyi artacaq, ekologiya mənfi təsir göstəriləcək (Salam, COP29). Yeni küçənin salınması pis hal deyil, amma şəhər daxilində o maqistral kimi salınmamalıdır, burada bütün yol iştirakçıları nəzərə alınmalıdır (təqdim olunan layihədə avtobus zolaqları və velozolaqlar misal üçün yoxdur).

🔸 Bonus olaraq, burada yeni yeraltı keçidlər tikiləcək. Bunların hamısı onun fonunda baş verir ki, baş planda Bakının daha çox avtomobil yox, piyada və ictimai nəqliyyat yönümlü şəhər kimi inkişaf etməsi nəzərdə tutulub.
🚧 “Geniş yollar, tunellər, körpülər bizi tıxaclardan qurtulacaq!”

❗️ Spoyler: XEYR.

15-20 il əvvəl Bakıda nahəng yol qovşaqlarının layihələrini reallaşdıranda, bizə məhz bu cür vədlər vermişdilər.

🔸 Bu gün həmin geniş yollar və körpülər elə ən çox tıxac olan prospektlərdir.

💬 Bəziləri deyə bilər ki, “Biz bunları tikməsəydik, vəziyyət bundan pis olacaqdı", amma xeyr. Məhz avtomobillər üçün şərait yaratmaq cəhdimiz daha çox avtomobil istifadəsini stimullaşdırdı.

🔹 Biz vaxtında tramvayı qaytarsaydıq, fasiləsiz hərəkət edən ictimai nəqliyyat təşkil etsəydik, şəhərdə bu qədər avtomobil istifadəsi və asılılığı olmazdı.

🔸 Bakıda yaxın zamanda tikiləcək yolu da insanların beyni ilə manipulasiya edib “sıxlığı azaldılacaq yol” kimi təqdim edirlər. Amma yadımıza salaq ki, indiyə qədər Bakıda genişləndirilən HEÇ BİR YOL tıxac problemini həll etmədi. Çünki riyaziyyat və həndəsə kim fundamental elmləri aldatmaq mümkün deyil.

Tıxacların həlli yeni yolların tikintisi və onların genişləndirilməsindən keçmir.

🔹 P.S. Dünən şərh yazan bəzi izləyicilər üçün xatırlatma: yeni küçələrin salınmasına heç kim etiraz etmir, alternativ marşrutlar lazımdır, lakin bunlar məhz KÜÇƏ olmalıdır, altı-zolaqlı AVTOMAQİSTRAL yox. Burada səki, yaşıllıq, velozolaq, svetoforlar və eynisəviyyəli keçidlər olmalıdır.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
COP29-a hazırlıq yüksək sürətlə davam edir.

🔹 Video: EcoFront səhifəsindən.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⬆️ Baş plan üzrə buradan tramvay keçməli idi, amma indi burada vəziyyət belədir.

Cavanşir körpüsünün yaxınlığında tikinti işləri davam edən ərazidən kiçik minivloq.

🔸 Görünür ki, tramvay həqiqətən yalnız xəyallarda qalacaq…
⬆️ Bu da bulvardakı velosiped zolağı. Şlaqbauma dirənir.

İstəyirsiniz 100 dənə qəşənq ideya verin, nə qədər ki icra səviyyəsində bu qədər öz işini bilməyən “mütəxəssislər” oturacaq - ciddi bir dəyişikliklərdən danışmaq mümkün olmayacaq.

🔸 Deyəsən ki, bunu başqa cür etmək olmazdı? Olardı - Park Bulvarın arxa hissəsində yer var.

❗️ Bu, yeni salınan velosiped zolaqlarında aşkarladığım artıq üçüncü ciddi səhvdir. Bundan əvvəl nizamlanmayan velokeçid və piyada keçiddən ayrıca salınmış velokəsişməni göstərmişdim.
Media is too big
VIEW IN TELEGRAM
📹 Bu səfər qısa urban vloq izləyicimiz Fətulla Məmmədov hazırladı.

🇮🇹 İtaliyanın Perugia şəhərində mini metroda belə bir gəzinti. Bu cür sistemlər kanat yollarının bir variantıdır. Kütləvi sərnişin daşıma funksiyasını daşıya bilməsə də, ictimai nəqliyyatın bir növü sayılır.

➡️ Maraqlı foto və videolarınızı bura göndərə bilərsiniz: @City4people_az_bot
🌉 Deyəsən, Cavanşir körpüsünü sökmək istəyirlər.

AAYDA-nın mətbuat xidməti deyir ki, körpünün mənası qalmayıb, çünki əvvəl dəmir yolu körpüsünün rolunu oynayırdı, indi relslər yoxdur, körpünün mənası qalmayıb.

🔸 Körpünün əvəzində yol tikmək təklif olunur. Çox güman ki, yol olsa, elə Üzeyir Hacıbəyov kimi geniş "maqistral", piyada keçidi isə yeraltı olacaq.

🔹 Maraqlıdır ki, bu konsepsiya burada elə dünən göstərdiyim müasir Port Baku-nun layihəsinə heç də uyğun olmayacaq.

🔹 Baş plana baxsaq isə, bura yaşıl dəhlizin davamı olmalıdır ümumiyyətlə. Yəni burada yol deyil, məhz yaşıllıq və piyada zonası olmalıdır. Avtomobil hərəkətini isə kiçik körpü vasitəsilə dəhlizin altı ilə aparmaq olar.

❗️ P.S. Qərar hələ qəbul olunmayıb, ümid edək ki, heç olmasa COP29-un bəhanəsi ilə insanyönümlü bir layihə verilər bura.

#cavanşirkörpüsü
Bu günə neqativ xəbər kifayətdir.

Gözünüz gözəllik görsün. ❤️

🇷🇴 Buxarest.

📸: Gabi Gabriel.
🚊 Tramvay ümidi ölməyib?

💬 AYNA-nın səhifəsində belə bir şərhə rast gəldim. Deyir ki, tramvaylarla bağlı hazırda təhlillər aparılır və müvafiq qərar verilə bilər.

🔹 Xatırladım ki, baş planda tramvayların salınması nəzərdə tutulub, lakin ehtimal edilir ki, əvəzində BRT/metrobus tipli xətlər olsun. Bizim cəmiyyətdə və rəsmi açıqlamalarda indi "təkərli tramvay" ifadəsi dəb olub, amma nəyə görə təkərli tramvay pisdir - onu da bu yaxınlarda ətraflı izah etmişdim.