İnsan yönümlü şəhərlər ️
2.66K subscribers
1.49K photos
190 videos
490 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirik.

Bakı və digər regionlardan xəbərlər, yeniliklər, təhlil və xarici təcrübə.

Bloq: www.city4people.az
Əlaqə: @City4People_az_Bot
Download Telegram
❗️ Gəlin bu postu saxlayaq bir qırağa, ilin sonuna qismət olsa yenidən qayıdarıq.

Bugünki metro səhnəsini bir neçə səhifə paylaşıb, müxtəlif rəylər gəlir. Yazılanların arasında stereotip düşüncələr olsa da, birmənalı olaraq onunla razılaşmaq lazımdır ki, bu gün Bakı şəhərində rahat və əlçatan ictimai nəqliyyat mövcud deyil.

Bəli, bəzi marşrutlarda müasir avtobuslar və nadir hallarda işləyən avtobus zolaqları var, 27 metrostansiyası var ki, şəhəri tam kollapsdan xilas edir. Amma mövcud vəziyyət insanları şəxsi avtomobildən və taksidən imtina etmək iqtidarında deyil.

Bunun üçün nə lazımdır? Gəlin əsas prinsipləri sadalayaq:

🔹 Avtobus dayanacaqlarına təhlükəsiz çatmaq üçün normal səkilər olmalıdır.

🔹 Dayanacaqlarda avtobusların qrafikləri olmalıdır.

🔹 Avtobuslar müasir və sayı kifayət qədər olmaldır.

🔹 Avtobusların HEÇ BİRİ tıxacda dayanmamalıdır, ayrılmış zolaqlar HƏR YERDƏ olmalıdır.

🔹 Avtobusların hamısında gediş kart ilə olmalıdır, pulsuz transfer olmalıdır.

🔹 Aylıq və illik abunəlik sistemi olmalıdır.

🔹 GoogleMaps və ya digər tətbiq üzərindən marşrut qurmaq imkanı dəqiq işləməlidir.

Neçəsini Bakıda saydınız? Hələ tramvayların qayıtmasını və metronun genişləndirməsini qıraqda qoyaq.

Təbii ki, Bakıda vahid bələdiyyə olsaydı və onun öz büdcəsi formalaşsaydı vəziyyət çox güman ki başqa olacaqdır. Amma inanmağım gəlmir ki, mövcud yaşanan kritik vəziyyəti həll etmək heç kim istəmir.

Çünki bu böhrandan hər kəs uduzmuş olur. Hər birimiz tıxaclardan və yollardakı stresdən bezmişik. Küçəyə çıxan kimi aqressiv mühit bizim ömrümüzü azaldır, həyatımıza mənfi təsir edir.

🇦🇿 İlin sonunda Bakıda "COP29" keçiriləcək. Adətən tədbir qabağı şəhərdə vacib məsələləri çalışırlar həll etsinlər. Düşünürəm ki, bu gün Bakı şəhərində mobillik ən önəmli məsələlərdən biridir. Elə ona görə yuxarıdakı siyahıya ilin sonunda bir daha qayıtmağı təklif edirəm. "COP"-a görə yox, özümüzə görə. Axı bu şəhər bizimdir, onun yaşamalı olması ilk növbədə bizim marağımızdadır.
🔄 Daha bir maraqlı "Əvvəl/Sonra".

Təsəvvür edin, əgər Bakıda tramvay sökülməsəydi, yuxarıdakı fotoda olan vaqon indiyə qədər Bakıda tarixi tramvay kimi fəaliyyət göstərə bilərdi.

🇪🇺 Belə misallar Avropada var, şərhlərdə paylaşıram.

Kollaj: Arif Hacısoy.
🚲 Yeni salınan velosiped zolaqlarında səhvlər davam edir.

Xəqani küçəsində 3 geniş avtomobil zolağının üzərindən bu cür velokeçid təşkil ediblər. Soruşarsınız, problem nədir?

🔸 3 hərəkət zolağının üzərindən nə velosiped, nə də piyada keçidi təşkil etmək olmaz, təhlükəlidir.
🔸 Velosiped keçidi gedir birbaşa Firkət Əmirov parkına daxil olur, hansı ki hətta piyadalar üçün kiçikdir, velosiped burada necə hərəkət edəcək?
🔸 Əgər velokeçid təşkil edilirsə, olmaz ki, piyada keçidi də birdəfəlik təşkil olunsun?

Necə edilməli?

🔹 Yolayrıcı nizamlanan olmalıdır.
🔹 Velosiped və piyada svetoforları da təşkil edilməldiir.
🔹 Velozolaq Xəqani küçəsi ilə yolun hərəkət hissəsi ilə davam etməlidir.
🔹 Piyada keçidi təşkil edilməlidir.


Bundan öncə başqa velokeçiddə problemi göstərmişdim. Ardıcıl olaraq belə səhvləri buraxaraq bu zolaqlardan istifadəsini stimullaşdıra bilməyəcklər, təəssüf ki.
💥 Bu gün səhər aparıcı Aytən Səfərova "8 noyabr" prospektində qəzaya düşüb.

Toqquşduğu digər avtomobildə sərnişin dünyasını dəyişib, özü isə ağır vəziyyətdədir. Dünyasını dəyişənə Allah rəhmət eləsin deyir, Aytən xanıma isə tezliklə sağalmağı arzu edirəm.

🔸 Mən dəfələrlə qeyd etmişəm və göstərmişəm ki, "8 noyabr" əsl qəzalar prospektidir. Qəzalarda ölüm sayına görə liderlərin sırasındadır. Şəhərin mərkəz hissəsi ilə birləşən bu prospekt maqistral kimi layihələndirilib. Hər il bu prospektdə ölümlə nəticələnən qəzalar baş verir.

🔹 Düzdür, indi burada yenidənqurma işləri aparılır, zolaqların eni azaldılacaq, küçə daha sakit olmalıdır nisbətən. Layihədə ağacların nəzərdə tutulmaması başqa bir problemdir. Ümumiyyətlə, bu layihəyə suallar çoxdur. Ən azı burada mövcud olanlar yeraltı və yerüstü keçidlərin aqibəti necə olacaq?

Başqa bir məsələ, hazırda burada aparılan təmir işləri zamanı təhlükəsizlik tədbirləri tam düşünülübmü? Keçmiş təcrübə göstərir ki, bizdə belə tədbirlər çox aşağı səviyyədədir.
🎙️ Axşam canlı yayım edək burada?

Yarımçıq urbanistik islahatlarının səbəblərindən danışarıq.
Live stream scheduled for
Live stream finished (1 hour)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⬆️ Neftçilər prospektində velosiped keçidi çəkdilər, amma hər kəs onu piyada keçidi kimi istifadə edir.

Bu yeraltı keçidlərin insanlar üçün narahat olduğu bir daha sübut edir.
❗️ 8 noyabr prospekti bu gün daha bir can aldı.

Təmir işləri başlayandan bu artıq ikinci ölümlə nəticələnən qəzadır burada.
🚲 Bülbül prospektində yolun hər iki tərəfindən ikitərəfli velosiped zolaqları niyə salınıb?

Məsələ ondadır ki, ilin əvvəlində burada velosiped zolağını yolun sağ tərəfi ilə, parkinq cibinin içi salmışdılar. Hansı ki bu cib gedib yeraltı piyada keçidinə dirənib, heç yolayrıcına çatmırdı. Bunu mən o vaxt stories-də işıqlandırmışdım.

🔹 İndi isə səhvi başa düşüb, velozolağı keçirdilər yolun sol tərəfinə və düz Neftçilər prospektinə qədər maneəsiz gedir və bulvar ilə birləşir. Amma sağ tərəfdəki zolağı da silmədilər, nəticədə gülməli vəziyyət yaranır - yolun hər iki tərəfindən ikitərəfli velozolaqlar salınıb.

🔸 Bu parkinq cibini ümumiyyətlə bağlayıb səkini genişləndirmək lazımdır, çünki Sahil metrosunun girişini önündə böyük insan axını var. Bu işlər vaxtında düzgün görülsəydi, indi lağa qoyulmazdı.

Foto: Elçin Əliyev.
İnsan yönümlü şəhərlər ️
🚲 Bülbül prospektində yolun hər iki tərəfindən ikitərəfli velosiped zolaqları niyə salınıb? ⠀ Məsələ ondadır ki, ilin əvvəlində burada velosiped zolağını yolun sağ tərəfi ilə, parkinq cibinin içi salmışdılar. Hansı ki bu cib gedib yeraltı piyada keçidinə dirənib…
⬆️ Bu da sözügedən ərazi.

🔹 Bu arada, deyirdilər velosiped zolaqlarından istifadə edən olmayacaq. Bu zolaqları AYNA normal şəbəkə olaraq bütün şəhərdə təşkil edə bilsə, həm velosipedə həm də skuter istifadəçiləri xeyli artacaq.

Foto: Fuad Tofigoglu.
🇦🇿 BURA GƏNCƏDİR.

Ərazisinə görə ölkənin ikinci ən böyük şəhərindən urbanistik icmal hazırladıq. Tarixi binaları və küçələri necə qoruyaq, turistik potensialı necə inkişaf edək? İctimai nəqliyyatı nə vəziyyətdir? Və hətta tramvayın qaytarılması perspektivlərindən danışdıq.

➡️ https://youtu.be/UHiQl795eKs

Səhnəarxası kadrları izləmək və vloqu daha ətraflı müzakirə etmək üçün isə özəl Telegram-kanalımıza qoşula bilərsiniz. Həmçinin bizə Patreon-da dəstək verməklə vloqun daha geniş versiyasını izləyə biləcəksiniz.
🇵🇱 Polşada son illər baş verənlər urbanistik transformasiyalar.

Cəmi 35-40 il əvvəl bura Azərbaycan kimi Şərqi Avropanın ortastatistik sosialistik ölkəsi idi. İndi isə fərqə baxın.
Forwarded from Əkinçi
Bakının inkişaf tarixi haradan başlayır? Yeni təsdiq edilmiş baş planda hansı maraqlı məqamlar var? Bakını kimlər idarə etməlidir?

Növbəti videomuzda memar Dilqəm İsmayılov Bakının baş planı və idarəetmə barəsində danışıb.

@akinchiproject