İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.54K photos
319 videos
2 files
809 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Sabah Operativ Qərargahın brifinqi gözlənilir.

Məni belə tədbirlərə təəssüf ki, çağırmırlar, ona görə özünə hörmət edən bir jurnalist varsa, çatdırsın ki, qeyri-iş günlərində ictimai nəqliyyatın işləməməsi yoluxma sayına heç bir təsir göstərmir.

Kimin şübhəsi varsa Novruz Bayramından sonrakı statistikaya nəzər yetirsin, xəstələrin sayı əksinə artmışdır.

Lakin, bu adi insanların büdcəsinə ciddi təsir edir (taksidən istifadə etmək məcbur qalır), tıxacların əlindən isə şəhərdə tərpənmək mümkün deyil.
Belə başa düşdüm ki, brifinqdə jurnalistlərə heç sual verməyə icazə vermədilər.

Qərargah deyil e, multfilmdir.
Bir ilə yaxın müddət ərzində ictimai nəqliyyatda məhdudiyyətlərin hələ də tətbiq edilməsində qismən günahı Bakı Metropoliteni, Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisində görürəm.

Bu qurumların heç birinin operativ qərargahının qərarlarına təsir edə bilməyəcəyinə inanmıram.
Hövsan qəsəbəsində BNA yaxşı bir piyada keçidi təşkil edib.

Eynisəviyyəli
Nizamlanan
Təhlükəsizlik adacıqlı
Panduslu
İşıqlandırılan (ümid edirəm işıq dirəkləri işlək vəziyyətdədir)

Düzdür, burada keçiddən sonra səki harasa yox olur, amma bu artıq digər problemdir.
Analoqu olmayan şəhərimiz ❤️
Mənasız yerüstü keçidinin tikintisini dayandırdılar, deyəsən.

Yadınıza gəlirsə, Koroğlu Rəhimov küçəsində yerüstü piyada keçidinin tikintisinə başlamışdılar. Beləliklə, buradakı nizamlanmayan "zebra"nı silib daha bir küçəni əlçatmaz etmək istəyirdilər.

Amma deyəsən bu qərar təxirə salındı. Artıq burada eynisəviyyəli piyada keçidini saxlayıb, onu svetoforla nizamlayacaqlar.

P.S. "İndi burada tıxaclar olacaq, imkan verin maşın sürək" şərhlər gəlsin 😅

Əksinə, svetoforlar avtomobil axınını tənzimləyir, onu bütün küçə boyu bərabərləşdirir. Şəhər küçələri minlərlə avtomobilin eyni anda hərəkət etməsinə uyğunlaşdırılmayıb. Ətraflı birinci şərhdə.
👍👎Bakı Nəqliyyat Agentliyinin yaxşı və pis əməlləri

Bir müddət əvvəl Bakı Nəqliyyat Agentliyinin press-konfransından sonra, bir paylaşım etdim, həmin qurumu, qısaca desək, təriflədim. Gözlədiyim ki, bəzi şərhlər neqativ xarakter daşıdı, hətta BNA-nın bəzi səhvlərinə haqq qazandırmağımda ittiham etdilər.

Düşündüm ki, ayrıca bir bloq-post hazırlayım və tək yaxşı əməllərini yox, bəyənmədiyim işləri haqqında bəhs edim, nümunələrlə izah edim. Balansı qorumaq üçün 5/5 proporsiyasını qoruyacam.

👉 https://city4people.az/post/bna-yaxsi-pis-amallari/
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gün Moskva metropolitenin 86 yaşı tamam olur.

1935-ci ildən bəri həmin metroda istifadə olunan qatar tiplərinin əksəriyyəti Bakıda da istismar olunub.

Əhalisi 1 milyondan çox olan şəhərlərdə metro ən effektiv ictimai nəqliyyat hesab olunur.

Rusiyanın paytaxtında pandemiya başlayandan metro 1 gün belə fasilə etməyib. Bakıda isə hələ də onun bağlı qalması yollarda və avtobuslarda sıxlığının əsas səbəbi olaraq qalır.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🤦‍♂️DYP yenə də yeraltı və yerüstü piyada keçidlərinin tikintisini təbliğ edir, baş verən qəzalarda isə piyadaların özlərini günahlandırır.

Bu "StreetsforLife" və "Love30" kağızda gözəl lozunq kimi görünə bilər.

Amma nə qədər ki, yol hərəkətinin təhlükəsizliyinə cavabdeh olan dövlət strukturu belə mövqelər saxlayacaq, piyadaların təhlükəsizliyindən danışmaq mənasızdır.

Bu arada, Bakıda 30 km/s təyin edilən heç bir küçə yoxdur (hətta planda), ona görə bu cür həftəliklər sadəcə bir şou xarakterini daşıyır.
Bakıda 30 km/s-lıq küçələr sən demə var - Əhməd Cavad küçəsində BNA-nın təşəbbüsü ilə müvafiq nişan quraşdırılıb.

Belə tədbirlərin sistem xarakterin daşıması və ayrı-ayrı küçələrə yox hər hansı bir zonalara tam olaraq aid olması da çox məqsədəuyğun olardı.

İlkin mərhələdə bunu daha çox piyada axını olan mərkəz küçələrində (ikinci şəkildə təxmini təklif).

P.S. Nizami (Torqovaya) küçəsinin ətrafında bir sıra küçələri isə tam olaraq avtomobillər üçün bağlanaması söhbətləri də artıq gedir.

#təklif
10-15 il əvvəl Bakı şəhərinə salınan tunel, körpü və yol qovşaqlarının nəqliyyat strategiyasının ən böyük fiaskosudur.

Dövlət büdcəsinə milyardlar bahasına başa gələn bu layihələrin tıxaclara heç bir təsiri olmadı. Eyni zamanda, şəhər mühiti və şəhərin görünüşü xeyli pisləşdi, nə qədər yaşıllıq məhv olundu, əraziyə cəlb olunan avtomobil axını isə nəfəs aldığımız havaya ciddi təsir etdi, ölkədə onkoloji xəstələrin sayı artdı.

Ziya Bünyadov prospektindəki tunelin üstü isə belə bir beton səhrasına çevrildi.

Foto: Facebook / Baki Gundeliyi
Şayiələr gedir ki, Tbilisi prospektində layihələndirilən bu keçid də tikilməyəcək.

Əvəzində Koroğlu Rəhimovda olduğu kimi buradada svetoforla nizamlanan "zebra" təşkil olunacaq.

Hələ ki BNA-da bu məsələni şərh etmirlər, amma elədirsə, daha bir pozitiv xəbərdir.
🛣 Bakı şəhərinin bir neçə küçə və prospektində sürət həddinin aşağı salınması təklif olunur.

Hələ ki, yeni limitlər açıqlanmır, amma belə təxmin edirəm:

Zığ, Zağulba yolları - 90 km/s (hazırda 110 km/s)
Heydər Əliyev pr. - 70 (hazırda 90)
Ziya Bünyadov pr. - 70 (hazırda 90)
Babək - 60 (hazırda 80)
Mikayıl Useynov - 60 km/s (hazırda 70)
8 noyabr - 60(bəzi hissələri hazırda 80-dir)

Yüksək sürət ağır qəzaların əsas səbibidir, yaşayış məntəqələrində maksimal sürət ümumiyyətlə 50 km/s olmalıdır. Sıx yaşayış zonalarında isə 30 km/s.
Sürət həddinin məhdudlaşdırılması tək yol nişanlarının quraşdırılması ilə bitmir. Küçə özü elə layihələndirilməlidir ki, burada fiziki olaraq yüksək sürətlə hərəkət etmək rahat olmasın.

🇬🇧 Bura London şəhəridir. Qaldırılmış piyada zolağı və səki çıxıntıları axını sakitləşdirilməsini təmin edir. Buna "traffic calming" deyilir.
Evinizin həyəti yaxşı bir ictimai məkan olmalıdır. Həyətdə parkinq deyil, istirahət və əyləncə üçün imkanlar olmalıdır.

Əksər həyətlərimizdə isə vəziyyət belədir 👆