İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.46K photos
308 videos
2 files
773 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
💬 İzləyici yazır ki, "Xətai park" yaşayış kompleksində sürücülər həyətdə bu cür səkiləri zəbt edib park edir.

Yeraltı parkinqin ödənişli olması bu cür davranışa bəraət qazandıra bilməz. Hər kəs avtomobil alanda onu harada saxladığını düşünməlidir.

Ümumiyyətlə danışsaq isə, yaxşı yaşayış kompleksin həyətində maşınların girişi tam qadağan olmalıdır. Həyət sakinlərin və onların uşaqların ixtiyarına verilməlidir.

P.S. Nömrələri özüm gizlətmişəm, çünki sözügedən məsələdə maşının konkret kimə məxsus olduğu heç bir əhəmiyyət kəsb etmir.

#parklanma #həyətlər
❗️Bura Yeni Yasamaldır.

Bu foto bir daha göstərir ki, buradakı yanaşma təmamilə insan yönümlü deyil.

🔹 Yeni Yasamalda yaşayış massivindən ətraflı bir videomuz var, izləməyi tövsiyyə edirəm.

#həyətlər