İnsan yönümlü şəhərlər ️
3.66K subscribers
2.56K photos
321 videos
2 files
814 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
512 milyon dollara Bakıda dünyanın ən yaxşı tramvay sistemini qurmaq olardı 😒
💡Clubhouse-da söhbət etmək istəyən profilimə abunə ola bilər. Kifayət qədər auditoriya yığılsa, canlı efirdə urbanistika haqqında müzakirə edə bilərik.
🚍 Avtobus zolaqların sayı artmaqdadır. Vaqif Əsədov isə deyir ki, zolağa daxil olan sürücülər cərimələnəcək.

İctimai nəqliyyat üçün ayrılmış daha bir zolaq Atatürk prospektində təşkil olunub.

Sürücülər, möhkəm olun 🙂
SÜRÜCÜLƏRƏ SUAL
Hər gün sürdüyünüz küçələrdə avtobus zolaqları olsa və avtobus fasiləsiz hərəkət etsə, avtobusa minərsiniz?
Anonymous Poll
87%
Avtobus tıxacda qalmasa - bəli
13%
Tıxaca dözərəm, təki öz maşınımla gedim
Bu da bizim iqtisadi ekspertlərimiz 🤦‍♂️

Nəqliyyat sahəsini araşdırmadan belə şeylər yazmaq xalis populizmdir. Aktual mövzulara dair nəsə yazıb özünü trenddə saxlamaq sanki hər kəs özünə borc bilir.

Natiq bəyə isə avtobus zolaqların ümumiyyətlə nə üçün təşkil olunduğu haqqında heç olmasa bir məqalə ilə tanış olmağı təklif edərdim.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️DİQQƏT, TƏSİREDİCİ GÖRÜNTÜLƏR❗️

Əslində, bütün müasir standartlara görə 4 zolaqlı yollarda nizamlanmayan piyada keçidi təşkil olunmur. Bu cür keçidlər svetoforla nizamlanmalıdır və yaxud ən azı təhlükəsizlik adacağı ilə təmin edilməlidir.

Bizdə isə reallıq başqa cür olacaq. Yerüstü piyada keçidini tikəcəklər (artıq başlayıblar), daha sonra "zebra" silinəcək. Piyadalar, təbii ki, yeni keçiddən istifadə etməyəcəklər (mövcud keçiddən uzaqdır və narahatdır), və yenə də qəzalar baş verəcək. Məsələ həll olunmayacaq, amma Yol Polisi deyəcək ki, "Biz neyləyək ki, bizdə piyadalar yolu keçə bilmir, sürücülər isə sürə bilmirlər". Heç kim pis infrastrukturdan danışmır və danışmayacaq.

Yanaşma dəyişməyənədə qədər, hər hansı bir yol təhlükəsizliyindən söz gedə bilməz.
🕙 Bu gün saat 22:00-da Clubhouse-da şəhər və yollarımızdakı problemləri müzakirə edəcəyik.

Ümumi olaraq urbanistikadan danışacağıq, həm də xüsusi ilə bizdə aktual olan məsələlərə dair sual verə və yaxud təcrübənizlə bölüşə bilərsiniz. Təklifləriniz də müvafiq qurumlara çatacaq.

💡 Qoşulmaq üçün link: https://www.joinclubhouse.com/event/xj6JGWZg

P.S. Android istifadəçiləri inciməsin, hələ ki bu platforma üçün mobil tətbiq hazır deyil 🤷‍♂️
Deməli, pandemiya başlayanda hər kəs epidemioloq olub dövlətə məsləhət verməyə başladı.

Sonra müharibə dövründə hamı hərbi ekspertə çevrildi, "Laçın koridorunu kəsmək lazımdır" çıxışları ilə ordumuza tövsiyələr verirdi.

İndi avtobus zolaqları salındı hər kəs nəqliyyat üzrə ekspert olub.

Bu cür "Tolik"lər hələ çox narazı qalacaq, saxta deputatlar BNA-nı tənqid etməyə davam edəcək. Dünyanın hər bir yerində keçid dövrü etirazsız keçməyib.

P.S. Sadəcə bir məsələ ilə haradasa razı olmaq olar ki - şənbə-bazar avtobuslar işləmir deyə, bu zolağa daxil olanlara cərimə yazmamaq olar.

👉 https://www.facebook.com/aliyevtarikh1/posts/2791105534492105
Muzeyə qoyulası komment
🚌🚴‍♂️ Avtobus zolağında velosiped sürmək olar!

Velosiped klublar və qruplarda son zamanlar belə bir sual verilir - avtobus zolaqlarında velosipedlə hərəkət etmək olar, yoxsa yox?

Qaydalar deyir ki, velosipedçi əgər velozolaq yoxdursa yolun kənarı ilə hərəkət etməlidir. Bizdə mövcud avtobus zolaqları məhz yolun kənarında yerləşdirdiyindən, burada velosiped idarə etmək qanuna tam uyğundur.

Bu məsələyə "nöqtə" qoymaq üçün asfalt nişanlanmasına kiçik əlavələr etmək kifayətdir (nümunəsi 1-ci və 2-ci fotoda). Dünyanın bir çox ölkələrdə belə təcrübə var.
♻️ Bakıda faciəvi şəkidlə zibil qabları çatışmazlığı var.

Onlar isə demək olarki əsasən şəhərin mərkəzindədir.

Dayanacaqlara qoyulan zibil qabları günlərlə təmizlənmir. Adicə Nizami küçəsində yerləşən binaların heyətlərinə girsəz natəmizliyi müşahidə edəcəksiniz.

Yaxşı şəhərlərdə zibil qabları necə olur? Ətraflı yeni məqalədə 👉 https://city4people.az/post/zibil-medeniyyeti/
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Avtobus zolağına daxil olanlar dövlət büdcəsinin qeyri-neft sektoruna yatırım edirlər :))

(c) "Şedevr" səhifəsindən.
Bizim küçələri daha təhlükəsiz etmək və buraxılış qabiliyyətini artırmaq üçün bu cür transformasiyalara ehtiyac var.
Bura Sinqapurdur 🇸🇬

Bəzən deyirlər bu istiqamətdə inkişaf ancaq Avropada mümkündür, biz isə daha çox Asiyaya yaxın olan xalqıq.

Əslində, yol hərəkətinin təşkili və şəhərlərdə prioritetlər məhz bu istiqamətdə gedir. Amerika və Avstraliyada da belə nümunələr çoxdur.

Odur ki, bəhanə axtarmayaq.
🇳🇴 Norveçdə yaşayan izləyicimiz bu fotonu göndərib və qeyd edir:

Bu qədər boş ərazi olmasına rəğmən sırf piyadaların nizamlanmayan keçiddə rahat hərəkət etməsi üçün 1 zolaqlı avtomobil yolunun hissəsidir. Qarşı qarşıya gələn maşınlar bir-birinə yol verərək gözləyir.
Bu şəhəri necə sevməyəsən?

Foto: Lala Babayeva
​​❗️SƏNİN MAŞININ - SƏNİN MƏSULİYYƏTİNDİR❗️
⠀⠀
Bilirəm, bu post sürücü olan bir çox dostlarımızın xoşuna gəlməyəcək. Amma göydən düşüb bəzi reallıqları anlamaq lazımdır.

Dünyanın heç bir ölkəsində, o cümlədən Azərbaycanda, parkinq zəruri sosial xidmətlərə aid deyil. Dövlət vətəndaşlara pulsuz orta təhsil, keyfiyyətli tibb xidmətləri, işsizliyə görə müavinətlə təmin etməlidir. Parkinq yeri haqqında bizim Konstitusiyamızda heçnə deyilmir.

Maraqlıdır ki, maşın alan insanlar dövlətdən pulsuz benzin, pulsuz yağ dəyişmə və pulsuz təkər təmiri tələb etmir. Eyni zamanda, hamı düşünür ki, dövlət hər bir vətəndaşa avtomobilin saxlanmılması üçün şəhərin istənilən yerdə pulsuz 10 kvadrat metr yer təmin etməyə borcludur. Niyə?

Maşını park etməyə yer tapmamaq, onu səkidə və yaxud uşaq meydançasında saxlamaq hüququnu qazandırmır.

Avtomobil alanda onu harada saxlayacağını hər kəs düşünməlidir. Eyni zamanda, maşını olan vətəndaş ev alanda həmin binada maşın saxlamaq üçün yerin olub-olmaması ilə maraqlanmalıdır.

Bakı kimi şəhərdə avtomobil zərurət deyil. Sakinlərimizin əksəriyyətində avtomobil yoxdur, onlar ictimai nəqliyyatdan istifadə edir. İctimai nəqliyyatın keyfiyyəti sizi qane etmirsə, dövlətdən parklanma yerləri deyil, daha yaxşı ictimai nəqliyyat tələb edin.

Dünyanın bütün inkişaf etmiş şəhərlərində hətta məhləarası küçələrdə parklanma ödənişlidir. Çünki şəhər sahəsi məhdud resursdur, məhdud resurs isə pulsuz və ya ucuz ola bilməz. Biz əgər sivil ölkədə yaşamaq istəyiriksə, sivil ölkələrinin təcrübəni tətbiq etməliyik.
⠀⠀
Sənin maşının - sənin məsuliyyətindir. Bir avtomobil sahibi olaraq bu cümləni özümə də aid edirəm. Və sürücülərlə heç bir şəxsi qərəzliyim yoxdur. Avtomobil həqiqətən bəşəriyyətin böyük bir ixtirasıdır.

Lakin, avtomobilə sahib olmaq heç bir vətəndaşa əlavə imtiyazlar və digər insanların hüquqlarını taptalamaq haqqını vermir.