İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.57K photos
321 videos
2 files
817 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
8 Noyabr prospekti bir az da təhlükəsiz oldu.

Keçən ay bu prospektinin problemlərindən videobloqda işıqlandırmışdım.

Ümumi olaraq isə prospekt, necə deyərlər, "sökülüb, təzədən yığılmalıdır", çünki insanyönümlü deyil, çox yerdə səki ümumiyyətlə yoxdur.

Video: BNA

#8noyabrprospekti
17👍8
​​❗️ Deyir, əvvəllər 30 qəpiyə tıxacda qalırdıq, indi 40 qəpik verib ilişib qalırıq.

🚌 Bura Mikayıl Useynov küçəsidir. 2 ildir ki, burada avtobus zolağı çəkilib, amma onun tələbinə riayət edən yoxdur. Dərd orasındadır ki, nəzarət də demək olar ki yoxdur.

🔹 İctimai nəqliyyatın qiymətini qaldırdıq, amma onun əvəzində sərnişinlərə heçnə vermədik. Halbuki, heç olmasa ayrılmış zolaqlara nəzarət olsaydı, dərd yarı, sərnişinlər heç olmasa şəxsi avtomobilə nisbətən tez çatardılar, avtobusların qrafiki bir az normaya düşərdi.

🔹 İndiki vəziyyətdə isə bu mənzərə təəssüfdən başqa heçnə doğurmur. Taksi ilə qiymət fərqi daha da az oldu, deməli küçələrə daha çox maşın çıxacaq, tıxaclar daha da bərbad olacaq, biz isə daha çox zəhərli dəm qazlarını uducağıq.

🔹 Biz isə nə edirik? Alovu benzinlə söndürməyə çalışırıq, sürücülərə qayda pozmağa çağırırıq, "gəlin, avtobus zolağın girin, sizə hər şey olar" çağırışlarla çıxış edirik.

⚠️ Fotoda ən azı 5 avtobus tıxacda ilişib qalıb, bu hardasa 400 nəfər deməkdir. 400 insan təyinat nöqtəsində vaxtında çata bilmir, çünki 10-15 sürücü avtobus zolağına girərək onların yolunu kəsib.

🚨 Dövlət Yol Polisini avtobus zolaqlarına çox ciddi nəzarət etməsinə bir daha çağırıram. Belə olmaz, belə şey dünyanın heç bir ölkəsində yoxdur.

#ictimainəqliyyat #avtobuszolaqları
👍26💯1
📜 Maraqlı bir tarixi fakt: Keçən əsrin əvvələrində Böyük Britaniyada yalnız uşaqların oyması üçün nəzərdə tutulmuş küçələr var idi.

Belə küçələrə heç bir maşın və ağır texnika daxil ola bilməzdi. Tək Britaniyada 700 belə küçə var idi. Oxşar təcrübə Nyu-Yorkda var idi.

Kütləvi avtomobilləşmə başlayandan sonra, belə təcrübə demək olar ki yox oldu. Lakin uzun illər sonra, inkişaf etmiş ölkələrin şəhərlərində bir sıra küçələri maşınlar üçün yenidən bağlayıb, piyadalaşdırırlar. Uzağa getməyək, elə bizim "Tarqovı"da (Nizami küçəsinin bir hissəsi) 2000-ci ilə qədər maşınlar hərəkət edirdi.

Bakı şəhərinin mərkəzində daha bir neçə küçələrinin piyadalaşdırması isə yenidən gündəmdədir.

Soruşarsınız, bəs ümumiyyətlə bu nəyə lazım? Camaat maşın sürməsin?

Şəhəri piyadalar üçün etməyin 40 səbəblərini burada yazmışdıq.
12👍9
Media is too big
VIEW IN TELEGRAM
🚑 Türkiyədə təcili tibbi yardıma belə yol verdilər.

Fövqalədə hallarda hər kəsin həmrəy olması olduqca vacibdir.

Video İstanbulda çəkilib. Paylaşdı: Dr. Fahrettin Koca
👍16
🇹🇷 Türkiyədən çəkilən fotolarda görünür ki, müasir tikili evlər zəlzələyə daha dözümlü olub. Daha köhnə və tikinti texnologiyalası pozulduğu evlər isə dağıdılıb.

Fotolarda: Osmaniye - Diyarbəkir - Adana - Kahramanmaraş.

Paylaşdı: Rüstəm Adaqamov
😢10
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚠️ Türkiyədə zəlzələ nəticəsində baş verən fəlakəti ən yaxşı izah edən video budur.
😱13👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📊 Bakıda dörd milyona yaxın insan yaşayır.

Belə bir şəhərdə tıxacda dayanan avtobuslar üzərində dayanıqlı yerüstü ictimai nəqliyyat qurmaq olarmı?

💬 Nəqliyyat eksperti Rauf Ağamirzəyev çox yaxşı izah edir.

🔗 "Əkinçi" layihəsinin hazırladığı çıxışdan bir hissə. Tam video: https://youtu.be/Hclgmheq0DI
👍173
🚘 Şəhərdə prioriteti şəxsi maşınlara verəndə, nəticə belə olur.

Avtomobil yönümlü şəhər şəhəri və mühiti öldürür.

🇺🇸 Fotoda: ABŞ

Siz Bakını və digər böyük şəhərlərimizi belə görmək istəyirsiniz?
👍8😢7🤮6😱1
💬 Bəzi dostlarımız deyir ki, onların zövgünə görə "avtomobillər üçün şəhər" daha gözəldir. Mən hər kəsin şəxsi fikrinə hörmətlə yanaşıram.

Gəlin səmimi səs verək, hansı mənzərə sizə daha gözəldir?

#əvvəlsonra
💯14
⬆️ Hansı mənzərə sizə daha gözəldir?
Anonymous Poll
7%
Əvvəl
93%
Sonra
🔴 Canlı yayımda velosiped və kuryerlərin təhlükəsizliyi mövzusunda müzakirə gedir.

Bu səhifədə izləyə bilərsiniz, suallarınızı yaza bilərsiniz: https://www.facebook.com/muzdalan/videos/2568964079921344/
👍9
🔸 Heydər Əliyev prospekti 60 il əvvəl və indi.

#heydərəliyevprospekti
😢37💩53🤮2
🇬🇪 Tbilisi şəhərində piyada keçidinin birində nişanlanmanı "klas-klas" oyunu formasında ediblər.

Şəhəri bir az canlandırmaq və maraqlı etmək üçün hərdən belə həllər tətbiq edirlər.

Biz isə heç olmasa silinmiş "zebra"larının vaxtında rənglənməsini istəyirik 🙂

#Tbilisi
29👍5💩5