İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.57K photos
321 videos
2 files
817 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨 Dövlət Yol Polisi insan yönümlü şəhərlər konsepsiyasının dəstəkləməsi və bu cür fikirlərin səsləndirilməsi çox müsbət bir göstəricidir. 👍

💬 DYP təmsilçisi Rövşən Tağıyev qeyd edir ki, şəhərlər hər kəs üçün əlçatan olmalıdır, şəhərdə isə eynisəviyyəli piyada keçidləri üstünlük təşkil etməlidir.

🙏 Ümid edirəm ki, Bakı şəhərində bir çox lazımsız yeratlı-yerüstü piyada keçidlər yaxın gələcəkdə əlçatan versiyaları ilə əvəz olunacaq. Çünki bu cür keçidlər heç bir problemi həll etmir və bütün müasir dünyada uğursuz bir təcrübə adlandırılıb.
👍26
🎄 Yeni il bayramına bəzədilmiş tramvaylar.

🚃 Tramvayların şəhərdəki ən vacib rolu sərnişin daşımaq olsa da, onlar eyni zamanda şəhəri xüsusi aura gətirir. Müxtəlif şəhərlərdə tramvayları yeni il ərəfəsində bu cür bəzəyirlər, şəhər küçələri görün necə gözəlləşir!
26👍2😱2
🇦🇿 Bakıda daha bir 30 km/s-lıq küçə salınıb.

Mərkəzi Parkın yanından keçən Bəşir Səfəroğlu küçəsində həmçinin səki çıxıntıları təşkil edilib.

Çatışmayan bircə qaldırılmış piyada keçidləridir.

❗️ Bu cür yenidənqurmanın əsas məqsədi küçəni daha sakit və təhlükəsiz etməkdir. Bu, bir standart olmalıdır.
👍237
💡 Yeni ildə səkiləriniz geniş, ictimai nəqliyyatınız rahat, yollarınız isə hər zaman təhlükəsiz və açıq olsun.

2023-cü ildə fəaliyyətimizi, maarifləndərməni və şəhərlərimizi daha yaşamalı və insanyönümlü edilməsi üçün əlimizdən gələni etməyə davam edəcəyik.

Bakı və digər şəhər və ölkələrdən reportajlarımız daha da çox olacaq. Mövqeyimizi isə dövlət qurumlarına çatdırmaq üçün daha da sıx əlaqələr qurmağa çalışacağıq.

İzlədiyiniz və paylşadığınız üçün hər birinizə təşəkkürlər! 💚

Bizə maliyyə dəstək göstərənlərə ayrıca çox sağol demək istəyirəm 🤝

Bayramınız mübarək! 👍
👍307
❗️ İlin ilk faciəvi qəzasının videosunu paylaşmıram, yəgin ki başqa səhifələrdə görmüsünüz.

Çox uzun da şərh etməyəcəm. Yalnız "Vision Zero"-nun əsas şuarını xatırladacam:

İnsanlar səhv edə bilər, heç kim ideal deyil. Amma yollar elə layihələndirilməlidir ki, kimsə səhv edəndə bu onu həyat bahasına başa gəlməsin.

İnsan yönümlü şəhər - ilk növbədə təhlükəsiz bir şəhərdir.

⚠️ "Vision Zero" nədir və o bizi necə xilas edə bilər? Azərbaycan dilinə tərcümə etdiyim bu videonu izləməyə tövsiyə edirəm.

#visionzero #təhlükəsizlik #qəzalar
👍27
⚠️ Bu videoya yazılan şərhləri oxuyun sonra isə "Bizdə niyə bu qədər adam qəzalarda ölür" sualına özünüz cavab tapacaqsınız.

Bir məxluq qaydaları kobud pozaraq ətrafda olan insanların həyatını riskə atır, avtoxuliqanlıq edir, şərhlərdə isə yalnız tək-tük izləyici bu hərəkətləri qınayır.

Qalanların hamısı "Qaqa zor edir, halaldır", "Bacarana can qurban", "Kayfla sürüş" kimi şərhlərdir.

Bu isə o deməkdir, bu şərhləri yazanlar sabah özləri belə hərəkət edəcək, bizi, sizi və yaxınlarınızı bədbəxt edə bilərlər.

❗️ Amma eyni zamanda unutmasınlar ki, həmin bədbəxtçilikdən onların özləri də sığortalanmayıblar.

Allah hər birimizi belə sürücülərdən qorusun.

#qəzalar
😢14👍10💯1
💯 Müəssər və baryersiz Mərkəzi Park.

Bakının bu parkında həm köhnə, həm yeni açılmış ərazisi demək olaraq 100% əlçatan və baryersizdir. Mərkəzi Parkda insanların hərəkəti üçün yaradılan şərait şəhərimizin küçələrinə bir nümunə olmalıdır.

#yaxşınümunə
👍396