İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.57K photos
321 videos
2 files
817 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
​​🚊🇺🇿 Daşkəndə tramvaylar qayıdır. Rəsmi olaraq müqavilə imzalandı.

Özbəkistanın paytaxtında tramvayların bərpası ilə Fransanın tanınmış "Alstom" şirkəti məşğul olacaq.

İlkin rəqəmlər belədir:
🔸 Xətlərin uzunluğu ilkin mərhələdə - 9,1 km
🔸 Sərnişinlərin sayı - gündə 78 min insan
🔸 Layihənin məbləği - 167 milyon avro.

Son rəqəmə xüsusi ilə diqqət yetirmək istəyirəm. Cəmi 167 milyon avroya (~300 milyon manata) şəhərə yenidən tramvay qaytarmaq olar. Müqayisə üçün - Bakı şəhərində 1 metrostansiyasının tikintisi 150 milyon manata başa gəlir.

Bu, təəccübli deyil, çünki həqiqətən tunellər və yeraltı stansiyalar tikmək ucuz bir iş deyil. Amma faktiki olaraq 2 metrostansiyanın qiymətinə ən azı 1 tramvay xətti tikmək mümkündür. Eyni zamanda, tramvay metrodan daha əlçatan bir ictimai nəqliyyatdır, ona minmək üçün yerin altına girmək lazım deyil, həm də dayanacaqları daha qısaməsafəli etmək mümkündür.

🇦🇿 Bu gün Bakıya tramvayların qaytarılması üçün hər şey var - həm relyef, həm şərait, həm də vəsait. Əsas məsələ - siyasi iradənin olmasıdır. Bakıya mütləq tramvaylar qayıtmalıdır.
👍335💯3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️ Dünyanın ən məşğul piyada yolayrıcılardan biri.

🇯🇵 Tokio şəhərində yerləşən bu kəsişmədən hər gün 390 min piyada keçir.
👍22
🚍 ❗️Avtobus zolaqları nəyə görə vacibdir? Bu sualın çox sadə izahı var.

Avtobus yolda 2-3 maşın qədər yer tutur, amma eyni zamanda təxmini 70 dəfə daha çox insan daşıyır. Ortastatistik rəqəmlər deyir ki, bu gün avtomobildə 1,4 adam daşınır (yəni 10 avtomobildə 14 nəfər gedir).

Tıxaclarla effektiv mübarizənin əsas yanaşması budur ki, hərəkət edən nəqliyyat vasitələrinin sayını azaldın, maşınlara alternativlər yaradın.

Əsas alternativ ictimai nəqliyyatdır. Ayrılmış zolaqlar ictimai nəqliyyata həm də tıxacsız və sərt qrafik üzrə hərəkəti təmin etmək imkan verir, bu da onu daha da cəlbedici edir.

Bu gün tıxacda dayanan sürücülər görsə ki, avtobus daha tez və tıxacsız hərəkət edir, sabah onların bir qismi maşını evdə qoyub avtobusa üstünlük verərək. Bu da tədricədən tıxac probleminin təbii şəkildə həllinə gətirib çıxaracaq.
👍273
Media is too big
VIEW IN TELEGRAM
❗️ 4 il əvvəl Azərbaycanda "Yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı" qəbul olundu.

Bu proqramda bir çox vacib bəndlər nəzərdə tutulmuşdur - qanunveriliciyin yenilənməsi, sürət həddinin azaldılması, sürücülük vəsiqəsinin verilməsində və texniki baxış prosedurlarında dəyişikliklər və digərlər.

Proqramın müddəti 2023-cü ildə bitir, lakin əksər bəndlər hələ ki icra olunmayıb. Növbəti il həlledici olmalıdır.

Ən vacib 10 yenilikləri o vaxt bu videoda toplamışdım, izləməyənlər üçün maraqlı olacaq.
👍15
Bakını bu addımlarla xilas etmək olar.

Bu gün Bakı tıxaclardan boğulur, nə rahat avtomobil sürmək, nə ictimai nəqliyyatdan rahat istifadə etmək ya da piyada gəzmək mümkündür. Velosiped istifadəçiləri üçün infrastruktur isə demək olar ki yoxdur.

❗️ Bəs indiki şəraitdə, məhz bu gün, bu saatda hansı təcili tədbirlərin görülməsi effekt verə bilər? Çıxış yolu var.

Bloqumuzdakı aktuallığını itirməyən bu məqalədə hər şeyi izah etdim. Tanış olun və mütləq paylaşın ki, daha çox insan görsün və ictimaiyyətdə düzgün sorğu yaransın. Dövlət qurumları o zaman mütləq bizə qulaq asacaqlar.

👉 https://city4people.az/post/baki-ucun-10-tecili-addim/
👍203💯1
🚍 Bir əfsanin sonu.

🇭🇺 Budapeşt şəhərində son "İkarus-280" avtobusu xətdən çıxarıldı.

Macarıstanın hələ 1967-ci ildə buraxdığı bu avtobuslar Bakı daxil olmaqla bir sıra post-sovet şəhərlərində də istismar olunurdu, yadınızdadır? 🙂

Bu paytaxtın ictimai nəqliyyatı çox irəlləyib, burada Avropanın ən inkişaf etmiş tramvay sistemi fəaliyyət göstərir.

🔹 Budapeştin küçələri və nəqliyyatı haqqında ətraflı videoreportaj hazırlamışdım bu ilin əvvəlində, izləməyi tövsiyə edirəm.

https://youtu.be/tu9lu92SuZs
12👍4😢1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
👮‍♂️ Dövlət Yol Polisi nümayəndəsi tərəfindən belə sözlər eşitmək xoşdur.

Həqiqətən də şəhər daxili optimal sürət 30-50 km/s-dır. Bakı Nəqliyyat Agentliyi bu ideyanı dəstəkləyir, DYP tərəfindən də müvafiq dəstək olsa böyük irəlləyiş saymaq olar.

AzTv-də yayımlanan "Çıxışa doğru" verilişindən bir hissə.
👍19
💡 Bu havada sürücülərə müraciət etmək istəyirəm.

Yağışlı və tutqunlu hava şəraitində həm gecə, həm gündüz mütləq işıqlarınızı yandırın ki, sizin avtomobiliniz yolda həm digər sürücülərə həm piydalara vaxtında görünsün.

Bu arada, bir çox ölkələrdə payız-qış mövsümündə gündüz vaxtı faraların istifadəsi mütləqdir.
👍27
"Əkinçi" layihəsi haqqında güman ki, eşitmisiniz. Müxtəlif formatlarda maarifləndirici videolar və müsahibələr hazırlayan, ən əsası bunu daimi şəkildə edən nadir layihələrdən biridir.

Bir sıra vacib sosial mövzulara, o cümlədən şəhər və nəqliyyata dair də maraqlı məzmunlar paylaşırlar.

Keçən il mən də "Əkinçi"-nin qonağı oldum, insan yönümlü şəhərlər haqqında danışdım. Buradan izləyə bilərsiniz: https://youtu.be/GCKYhX9P8m4

"Əkinçi" layihəsinin Telegram-kanalında yeni videolar haqqında anonslar dərc olunur, onları buraxmamaq üçün kanala abunə olarsınız: @akinchiproject
👍133
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇫🇮 Bura Finlandiyanın Oulu şəhəridir.

Gələn səfər sizə kimsə desə ki Azərbaycanda velosiped sürmək üçün iqlim əlverişli deyil, ona bu videonu göstərin.
👍278
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔊 Avtobuslarda dayanacaqların səsləndirilməsi qayıtdı.

Hələ ki ancaq nağdsız işləyən avtobuslara aiddir.
👍441
🇪🇬 Misirdə parkı söküb bütün küçəni asfaltladılar.

Kişinin oğulları güya tıxaclara belə qalib gələcəklər. Bakının belə "inkişafını" bəyəm istəyirsiniz?
💩28🤮8👍2
❗️ Bakının memarlıq görünüşü böyük təhlükə altındadır.

Küçəyə çıxıb özünüzdə neqativ hisslər və stress keçirirsinizsə, bilin ki, sizi əhatə edən uğursuz memarlığın burada öz tövhəsi var.

"Novostroyka"lar şəhərdə göbələk kimi çıxır və onların çox vaxt heç bir memarlıq dəyəri olmur. Bakıda dizayn-kodu olmadığına görə binaların fasadları iyrənc görünür. Biz hər gün bunun şahidi oluruq.

🚶‍♂️ Memar Dilqəm İsmayılovla Bakını gəzdim, köhnə və yeni tikililərlə nə etmək olar, insanların zövqünü necə formalaşdırmaq olar kimi suallar verdim. Həmçinin konkret binaların misallarına da baxdıq. Məncə çox maraqlı alındı.

Yeni video artıq YouTube-kanalında ⤵️
https://youtu.be/hal_kPFhIBg
13👍8
🚍 Bu gün Ziya Bünyadov prospektində avtobus zolağının təşkili üzrə işlər bitib.

Diqqəti çəkən zolağın vahid enini saxlamaq üçün yolun sağ hissəsində bufer zonasının salınmasıdır.

Maraqlıdır ki, misal üçün Moskvada bufer zonanı sağda deyil, avtobus zolağının sol tərəfindən təşkil edirlər. Moskvanın nümunəsini mən burada göstərmişdim.

Təbii ki, əsas bu xətlənmə deyil, ciddi nəzarətin olmaısıdır. Baxaq görək, polis bunun öhdəsindən necə gələcək.

❗️ Özüm də bu məsələni diqqətdə saxlayıb, kanalda paylaşacam.
👍35
Bu artıq traqikomediyadır.

"Həzi Aslanov"da bir kafe səkini qanunsuz zəbt edib, amma ağacı kəsməmək üçün onu tikintinin içərisinə salıb.

❗️ Ağacın kəsilməsinə görə 2000 manat cərimə tətbiq olunur deyə, çıxış yolunu "işbazlar" belə görüb.

Foto: Bakı Gündəliyi səhifəsindən.
😱9💩8😁6🤮4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️ Xatirələri bax bu cür "öldürdülər".

Memar Dilqəm İsmayılov "SpaceTV" binasının misalında arxitektura və urbanistikanın insanların emosiya və xatirələrinə təsiri haqqında.

Tam video:
➡️ https://youtu.be/hal_kPFhIBg
8👍6
🏙 Urbanistika və kasıbçılıq. Şəhərin rolu niyə bu qədər vacibdir?

Son vaxtlar belə bir söhbət eşidirəm ki, bəs, bu gün insanların sosial refahı get-gedə aşağı düşür, ölkəmizdə günü gündən artan qiymətlər əhalini çox narahat edir, yumşaq desək.

Nə səkilər? Nə arxitektura? Tıxaclar ümumiyyətlə indi ikinci planın məsələsidir və s.

❗️Əslində isə, yaşayış keyfiyyəti və insanların rifahı birbaşa şəhər mühitinə bağlıdır. Gəlin, sadə dildə danışım.

🔸 Bugünki dövrdə ən vacib dəyərlərdən biri — vaxtır. Hər gün 2-3 saat vaxtını tıxaclarda itirən insanlar daha az işə zaman ayıra bilir, daha əsəbi və stressli olur. Bunların cəmi imkan vermir ki, biz daha çox və daha effektiv çalışaq. Yəni birbaşa olaraq iqtisadiyyata dəyən bir zərərdir. Bu da hər birimizi daha kasıb edir.

🔸 Vətəndaşlarımız mükəmməl ictimai nəqliyyatın olmadığına görə, çox vaxt gedib özünə avtomobil alır. Əlavə olaraq, hər ay 100-200 manat benzin pulu, usta pulu. və s. — sürücü olanlar özləri sizə bu haqda danışa bilər. Halbuki bu pulları insanlar öz ailəsi üçün xərcləyə bilərdi.

🔸 Piyada gəzən əgər 20 dəqiqə ərzində 10 dəfə maşın yoluna çıxası olur, həyatını təhlükəyə atırsa — belə vətəndaş necə xoşbəxt ola bilər? Bura stress yaradan səs çirkliyi və şəhərdli vizual zibilliyi əlavə edin.

🔸 Və əsas məsələlərdən biri də sağlamlıqdır. Şəhərdə köhnə avtomobillərin buraxdığı zəhərli qazlar səhhətimizə çox pis təsir edir bizi daha zəif edir. Oan-qalan pullarımızı həkimlərə xərcləməli oluruq. Velosiped üçün əlverişsiz şərait isə imkan vermir ki, biz heç olmasa velosiped sürərək sağlam həyat tərzi aparaq.

Biz bu gün daha inkişaf etmiş ölkədə yaşamaq istəyiriksə şəhər mühitini mütləq yaxşılaşdırmaq lazımdır.

💬 Bunu tək mən demirəm. Dünya Bankının (World Bank) “Urban development” mövzusunda hesabatları ilə tanış olsanız, marketdəki çörək qiymətinin şəhərdə tramvayın olmamasına nə dərəcədə bağlı olduğunu şəxsən öyrənə bilərsiniz.

Keyfiyyətli və zəngin yaşayış istəyiriksə, şəhərlərimiz mütləq insan yönümlü olmalıdır.
👍316😱1
Media is too big
VIEW IN TELEGRAM
🚷 Şəhərdə yeraltı piyada keçidləri niyə olmamalıdır?

Bu mövzunu səhifəmizdə mütəmadi olaraq qabardırıq, son reportajda isə Hüseyn Cavid prospektindəki keçidlərinin nümunəsində onların niyə lazımsız və hətta təhlükəli olduğunu qısa olaraq izah etdim.
👍184💯1
🇺🇸 Ostin şəhəri, ABŞ.

Amerika dünyanın ən avtomobilləşmiş ölkəsi, şəhərlərin isə əksəriyyəti avtomobilyönümlü olması bəllidir.

Buna baxmayaraq, bu ölkənin bir sıra şəhərləri İsveçin "Vision Zero" təhlükəsizlik proqramını tətbiq etməyə başlayıb. Küçələri daha təhlükəsiz etmək üçün piyada, velosiped və ictimai nəqliyyata üstünlük verilir, sürət azaldılır, yolayrıcıları isə daha təhlükəsiz edilir.

Texas ştatının paytaxtı hər il Amerikanın ən yaşamalı şəhərlər siyahısına düşür.

#ABŞ #visionzero
👍12😁1💩1