📹 🇹🇷 Bu şəhəri ağaclar xilas etdi. Alanya kimi kiçik kurort şəhərindən ətraflı video reportaj.
Alanyada ilin 8-9 ayı çox isti keçir, havanın hərarəti 35-40 dərəcəyədək yüksəlir. Buna baxmayaraq, bu şəhərin küçələrini gəzərkən çoxlu ağaclara rast gəldim ki, onların kölgəsi tərləmədən və yorulmadan piyada gəzməyə imkan verir.
Türkiyənin bu kurort şəhəri Bakıdan kiçikdir, lakin hətta Bakı kimi paytaxt bu şəhərdən yaxşı misalları özündə tətbiq edə bilər.
Çalışdım bu videoda imkan daxilində onların hamısını göstərim.
👉 https://youtu.be/O_fJ9TTKw24

YouTube
Alanya - bu şəhəri ağaclar xilas etdi | Kurort şəhərindən nəyi öyrənə bilərik?
Alanyada ilin 8-9 ayı çox isti keçir, havanın hərarəti 35-40 dərəcəyədək yüksəlir. Buna baxmayaraq, bu şəhərin küçələrini gəzərkən çoxlu ağaclara rast gəldim ki, onların kölgəsi tərləmədən və yorulmadan piyada gəzməyə imkan verir.
Türkiyənin bu kurort şəhəri…
Türkiyənin bu kurort şəhəri…
👍8❤5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Bu insanları Allah saxladı.
Amma belə konstruksiyaları açıq saxlayan və yolların təhlükəsizliyinə cavabdeh olan şəxslər məsuliyyətə cəlb olunmalıdır.

😱16
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌳 Yaxşı ictimai məkanın nümunəsi.
Bura yeni salınan Çəmbərəkənd parkıdır. İndi buranı cansız mərmər parklar ilə müqayisə edin.
Bakıda yavaş-yavaş yaxşı parkların konsepsiyasını anlamağa başlayırlar. Regiolarda, deyəsən, hələ ki vəziyyət ürəkaçan deyil.

👍33
Küçəni minimal xərclə daha sakit və təhlükəsiz edilməsi. 👍
Bunu 2 günə etmək mümkündür, əslində. Amma bizimkilərə təklif etsən, 1000 bəhanə tapacaqlar ki, "bizdə mümkün və məqsədəuyğun deyil".

👍23
🚨 Yol Polisi üçün piyadaların təhlükəsizliyi və rahatlığı ən son prioritetdir?
⠀
❗️ÇOX VACİB BİR POSTDUR.❗️
⠀
Artıq uzun illərdir ki, müxtəlif səhifələrdə, şərhlərdə və şəxsiyə gələn mesajlarda oxuyuram ki, vətəndaşlar hər hansı bir küçədə piyadalar üçün keçid və ya yolu təhlükəsiz keçmək üçün BNA-ya müraciət edirlər, sonra təxmini belə cavab alırlar ki, "Siz düz deyirsiniz, amma DYP razılıq vermir".
⠀
İnsanlar birbaşa müraciət edirlər Yol Polisinə, oradan da yenidən imtina məktubu gəlir. Ən məşhur cavabın məğzi isə təxmini belədir:
⠀
💬 "Piyada keçidinin təşkili avtomobil hərəkətinin ləngiməsinə gətirib çıxaracaq".
⠀
Belə çıxır ki, tıxac problemi piyadaların təhlükəsizliyindən və insanların həyatından daha vacibdir? Dövlətin prioriteti budurmu? İnanmıram.
⠀
Hər ehtimala qarşı, birdən kimsə həqiqətən düşünür ki, piyada keçidləri və svetoforlar tıxacın səbəbi ola bilər, o zaman sizə şəhərsalmanın bəzi əsas prinsiplərini sadalamaq istəyirəm:
⠀
▪️ Siz şəhərdə piyadalar üçün kifayət qədər rahat və təhlükəsiz şərait yaratmasanız, insanlar maşın almağa daha meyilli olacaq, tıxaclar daha da pisləşəcək.
⠀
▪️Svetoforlar əgər düzgün tənzimlənsə, onlar tıxacın səbəbi olmayacaq. Əksinə, svetoforlar hərəkət axınını bütün küçə boyu düzgün paylayır. Bakıda son illər ərzində Xətai metrosu və yaxud "28-Mall"-un qarşısında quraşdırılan piyada svetoforları hərəkəti iflic etmədi.
⠀
▪️Yeraltı və yerüstü piyada keçidləri təhlükəsiz deyil. Onlar əlçatan olmadığş və narahat olduğu üçün qayda pozmağı daha da şövq edir. Bütün sivil ölkələrdə belə keçidlərinin tikintisindən artıq imtina ediblər (sürətli maqistrallar istisnadır). Bu haqda qısa videomuz da var (keçid şərhdə).
⠀
✅ Sonda, Dövlət Yol Polisinə müraciət edərək, bildirmək istəyirəm ki, Azərbaycanın üzv olduğu Birləşmiş Millətlər Təşkilatının yol təhlükəsizliyinə və şəhər mobilliyinə dair tövsiyə və təlimatları var. Eyni zamanda, yol təhlükəsizliyi üzrə lider dövlətlər Norveç və İsveçin uğurla tətbiq etdiyi "Vision Zero" proqramları var.
⠀
DYP-nin əməkdaşlarını həmin proqramlarla böyük məmnuniyyətlə tanış etməyə hazırıq. "Vision Zero" haqqında Azərbaycan dilində tərcümə olunmuş videonu da birinci şərhdə tapa bilərsiniz.

👍11❤3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bazar günü bir az da üzünüz gülsün 🙂
😁23👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Eskalatorun işləməməsi bir dərd. Bu keçiddən araba ilə necə istifadə edəsən? Nəzərə alsaq ki, eskalatora arabı ilə girmək qeyri-mümkündür, hətta qadağandır.
❌ Yeraltı və yerüstü piyada keçidləri LƏĞV EDİLMƏLİDİR!
Bu video hər şeyi izah edor: https://fb.watch/eALoi3lZ1L/

👍19
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚷 Yeraltı və yerüstü piyada keçidləri insanları öldürür!
⠀
Belə keçidlər əlavə qəzalara gətirib çıxarır, tıxacların problemini isə onsuzda həll etmir. Üstəgəl onlar əlçatan deyil və çox bahalıdır.
⠀
🔄 Bu video hər şeyi izah edir. Bu videonu mütləq özünüzdə saxlayın və maksimum dərəcədə paylaşın.
⠀
Köhnə təfəkkürü cəmiyyətin beynindən çıxartmaq lazımdır.

❤25👍10
🏴 Edinburq şəhərindən çox gülməli bir misal.
Bəzi insanlar avtomobil ilə parka gəlir, maşını velosiped zolağının üzərində saxlayır. Sonra isə həmin parkda velosiped trenajorunda məşq edir. 😅
Foto: Dave McCraw

😁16😢2
🎙 Canlı yayım fikrinə necə baxırsınız?
⠀
Dostlar, səhifənin auditoriyası böyüdükcə şəxsi mesajlara hər gün çox oxşar suallar gəlir, qurumların fəaliyyətinə şikayət qaydası, şəhər və küçələrdə baş verənlərin sonu necə olacaq və s.
⠀
📩 Eyni zamanda, səhifəyə yeni gələn dostlarımız nəyə görəsə biz bəslədiyimiz prinsipləri "Siz sürücüləri düşmən görürsünüz", "Şəhərdə maşın olmamalıdır" kimi qiymətləndirirlər.
⠀
✅ Qərara gəldim ki, buna bənzər sualları elə canlı yayımda cavablandırım, həmçinin sizinlə interaktiv ünsiyyət quraq, söhbət edək.
⠀
❓Öz suallarınızı elə bu postun altında da verə bilərsiniz, onları canlı yayımda müzakirə edərik.
⠀
🗓 Yayımın tarixini müəyyən etmək üçün isə sizə müraciət edirəm - nə vaxt olsun? İstirahət günü, yoxsa həftəiçi? Səs vermə bundan sonrakı postda.
⠀
💡 Canlı yayımda, həmçinin, urbanistika haqqında ən maraqlı ədəbiyyatdan biri olan "İnsan için kentler" kitabını hədiyyə edəcəm. Şərtləri yayımın əvvəlində elan edəcəm. 🙂

👍10❤1
Canlı yayıma qoşulmaq sizə nə vaxt rahatdır?
Anonymous Poll
7%
Həftəiçi, günorta
37%
Həftəiçi, axşam
10%
Həftəsonu, günorta
46%
Həftəsonu, axşam
👍1
İnsan yönümlü şəhərlər ️ pinned «🎙 Canlı yayım fikrinə necə baxırsınız? ⠀ Dostlar, səhifənin auditoriyası böyüdükcə şəxsi mesajlara hər gün çox oxşar suallar gəlir, qurumların fəaliyyətinə şikayət qaydası, şəhər və küçələrdə baş verənlərin sonu necə olacaq və s. ⠀ 📩 Eyni zamanda, səhifəyə…»
🌳 Yenidənqurulan Bəsti Bağırova küçəsində ağaclar da əkdilər.
Ağaclar burada həqiqətən çatışmırdı, bu məsələ də öz həllini tapmağa başlayır.
⠀
Bəsti Bağırova küçəsi çox nadir bir layihə olub ki, burada müsbətə doğru çox şey dəyişib. Təəssüf ki, ona parallel olan küçəni (Naxçıvani küç.) artıq "necə-gəldi" prinsipi ilə təmir etdilər, halbuki, orada da yeni yanaşma tətbiq edilməli idi.
⠀
❗️ Bəsti Bağırova küçəsindən ətraflı reportaj da etmişdim, BNA nümayəndəsi Tərlan Səfərov burada tətbiq olunan yeniliklərdən özü danışdı:
👉 https://youtu.be/42VLaOpFR4A

👍20
♦️ Əbdülvahab Salamzadə küçəsinin acınacaqlı vəziyyəti.
⠀
İllər əvvəl Bakı şəhərində körpü, tunel və geniş prospektlər tikiləndə bütün diqqət və maliyyə sırf küçələrin hərəkət hissəsinə ayrılırdı. Burada piyada necə gəzəcək, səkiləri bərpa etmək lazımdır ya yox kimi suallar heç kimi maraqlandırmırdı. Velosiped infrastrukturundan ümumiyyətlə söhbət yox idi.
⠀
Tikintinin bir məqsədi var idi - yol maksimum genişlənsin, avtomobil zolaqlarının sayı çoxalsın. Güya, bu tıxac problemini həll edəcək. Lakin urbanistik qanunlar bütün dünyada eyni işləyir, ona görə o vaxt yolların genişləndirilməsi tıxac problemini həll edə bilmədi, əksinə daha da pisləşdirdi.
⠀
İndi belə küçə və prospektlərdə həm sürücülər tıxacda vaxt itirir, həm də burada yaşayan və piyada gəzən insanlara da hörmət yoxdur.
⠀
❗️ P.S. Körpünün tikinti "keyfiyyəti" də artıq öz sözünü deyir.
⠀
Foto: Elvin Huseynov.

😢9🤮5👍3